Kəngər İttifaqı

Kəngər İttifaqı — (qaz. Қaңғар Oдағy (Qangar Otağı)),Yeddisu ərazisindən başqa bütün müasir Qazaxıstan ərazisini əhatə edən Türk dövləti.

İttifaq
Kəngər İttifaqı
Kəngər Otağı
Qərbi Göytürk xaqanlığının süqutundan sonra Kəngər İttifaqı, 659-750
Qərbi Göytürk xaqanlığının süqutundan sonra Kəngər İttifaqı, 659-750
 
 
 
 

Paytaxt Ulıtau dağlarında yerləşir
Rəsmi dilləri Qədim türk dili
Dövlət dini Tenqriçilik
Ərazisi 5.000.000 km2 (1.900.000 kv mil)
İdarəetmə forması Qurultay
Gültigin abidəsi
Gültigin abidəsi
Türk tarixi
XIV əsrə qədər
Göytürk xaqanlığı 552–744
  Qərbi Göytürk
  Şərqi Göytürk
Avar xaqanlığı 564–804
Xəzər xaqanlığı 618–1048
Böyük Bolqar xanlığı 632–668
  Dunay Bolqariyası
  İdil Bolqariyası
Türkeş xaqanlığı 699–766
Uyğur xaqanlığı 744–840
Qaraxanlılar dövləti 840–1212
  Qərbi Qaraxanlılar
  Şərqi Qaraxanlılar
Peçeneq xaqanlığı
860–1091
Kimək xaqanlığı
743–1035
Dəşt-i Qıpçaq
1067–1239
Oğuz dövləti
750–1055
Şato sülalələri 923–979
  Sonrakı Tan
  Sonrakı Tszin
  Sonrakı Xan (Şimali Xan)
Qəznəvilər dövləti 963–1186
Böyük Səlcuq İmperiyası 1037–1194
Xarəzmşahlar dövləti 1077–1231
Rum sultanlığı 1092–1307
Dehli sultanlığı 1206–1526
  Müəzzilər sülaləsi
  Xələclər sülaləsi
  Tuğluqoğulları sülaləsi
Məmlük dövləti 1250–1517
  Bəhri sülaləsi

Etnik adı olan Kəngər adı, indi qazax, özbəkqaraqalpaq xalqlarının[1] bir qolu olan Qanqlı xalqı üçün erkən orta əsr adlarıdır. Kəngər İttifaqınnı paytaxtı Ulıtau dağlarında yerləşirdi. Oymaqlarından üçü Kəngər (yun. Καγγαρ) olaraq bilinən peçeneqlər, oğuzlar, qarluqlarkimək-qıpçaqlar tərəfindən məğlub edildikdən sonra bulqarlara hücum edərək Şərqi Avropada Peçeneq dövlətini qurdular (840-990).

Orxon abidələrində xatırlanan kəngərlər, İslam dünyasında və qərbdə Kəngər, üç Peçeneq qəbiləsinin ümumi adı (səkkiz) kimi bilinir.[2] Bizans imperatoru imperatoru VII Konstantin Porfiroqenet Kəngərin nəciblik və şücaət ifadə etdiyini bildirdi.[3] Ukraynalı tarixçi Omelyan Pritsak, Kəngərin Toxar dilindən * kânk "daş" sözündən qaynaqlandığını və ehtimal ki, Kəngəri *ârs < *âvrs < *Aoruša (yun. Αορσοι) yunan sözünə dayanan, İran etnonimi As ilə birləşdirdi.[4]

Bəzi şərqşünaslar, Jozef Marquart, Sergey Toltsov, Sergey Klyaştornı, Kangər və Kəngərləri Qanqlılara , Dəşt-i Qıpçaq və Kuman ittifaqının şərq qruplaşması ilə bağlamağa çalışdılar. Axinjanov, qıpçaqların Kanq bölgəsini ələ keçirdikdən sonra sadəcə Qanqlı (sözün əsl mənasında "vaqon") adını götürmələri fikrini irəli sürdü.[5] Buna baxmayaraq, bütün bu əlaqələr, əgər varsa da, aydınlaşdırılmayıb.

Yeddisunun çinlilər tərəfindən tutulmasından sonra,Kəngərlər Göytürk (göytürkcə: 𐱅𐰇𐰼𐰰:𐰜𐰇𐰛 Kök Türük veya 𐱅𐰇𐰼𐰛 Türk)[6] asılılğından azad olub, müstəqil olurlar. Sırdərya sahili şəhərləri öz muxtariyyətlərini qorudular. Cənubi Qazaxıstandakı Oğuz türkləri, İrtış çayı vadisindəki Kiməklər, Muqodjardakı Kumanlar və Şimali Qazaxıstandakı Qıpçaqlar Kəngər İttifaqından vassal asılılığını qəbul etdilər.

VII əsrin sonunda Sırdərya şəhərləri üsyan qaldırdı və Soqdiana ilə ittifaq qurdular. Üsyan uğurlu oldu, lakin müsəlman ərəb orduları Soqdianaya cənubdan hücum etdilər. Üsyan yatırıldı və Kəngərlər Sırdərya şəhərlərinin davamlı muxtariyyətinə razı oldular.

İttifaqın dağılması

[redaktə | mənbəni redaktə et]

VIII əsrin əvvəllərində Oğuz türkləriDaşkənd dövləti Kəngər İttifaqından ayrıldı. Ərəblər Sığnaq, Cend və digər zəngin Kəngər şəhərlərinə basqın etməyə davam etdilər. Oğuzlar, kiməklərqarluqlarla ittifaq qurdular və onların birgə hücumu dağılmaqda olan kəngərləri məğlub etdi.[7] Peçeneq adı altında birləşən üç kəngər və beş müttəfiq Türk oymağı, sonra Şərqi Avropada xəzərlərlə həmsərhəd olan dövlətlərini qurdular.

  1. Tolstoi V.P. Origin of the Karakalpak people//KSIE, Moscow, 1947. p.75
  2. P.Golubovsky, Pechenegs, Torks, and Polovetses before Tatar invasion, SPb, 1884. p.55, in L.Gumilev, Ancient Türks, Ch.20 Arxivləşdirilib 2021-12-17 at the Wayback Machine (In Russian)
  3. Constantine Porphyrogenitus, De Administrando Imperio
  4. Golden, Peter B. An Introduction to the History of the Turkic People. Otto Harrassowitz, Wiesbaden. 1992. səh. 264–265.
  5. Golden, 1992. səh. 273
  6. "Kultegin's Memorial Complex". bitig.kz. 20 iyun 2020. 2022-02-26 tarixində arxivləşdirilib.
  7. Golden, Peter B. (1992). An Introduction to the History of the Turkic People. Otto Harrassowitz, Wiesbaden.
  • Gumilev L.N., History of Hun People, Moscow, 'Science', (In Russian) Ch.11.
  • Kadyrbaev A.Sh. Chinese sources of Mongolian epoch about foreign political relations of Kazakhstan Türkic nomads (Kypchaks-Kangly) with peoples of Central Asia and Far East//Society and state in China. Moscow, 1982, (In Russian)
  • Zuev Yu.A., Early Turks: Essays on history and ideology, Almaty, Daik-Press, 2002, (In Russian), ISBN-9985-4-4152-9

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]