Kəngər xuruştu

Sintaktik üsulla yaranmış xörək adıdır. Cənubi Azərbaycanda xuruşt kimi istifadə edilir. Hazırlanma qaydası belədir: “Kəngərləri doğrayıb, sonra yağda qovurub ona ət, zəfəran, ət suyu, duz və abqora artırırlar” (28, 312)
Kəngər boranısı
Kərəməz
OBASTAN VİKİ
Kəngər körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي‎ - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.
Kəngər İttifaqı
Kəngər İttifaqı — (qaz. Қaңғар Oдағy (Qangar Otağı)),Yeddisu ərazisindən başqa bütün müasir Qazaxıstan ərazisini əhatə edən Türk dövləti. Etnik adı olan Kəngər adı, indi qazax, özbək və qaraqalpaq xalqlarının bir qolu olan Qanqlı xalqı üçün erkən orta əsr adlarıdır. Kəngər İttifaqınnı paytaxtı Ulıtau dağlarında yerləşirdi. Oymaqlarından üçü Kəngər (yun. Καγγαρ) olaraq bilinən peçeneqlər, oğuzlar, qarluqlar və kimək-qıpçaqlar tərəfindən məğlub edildikdən sonra bulqarlara hücum edərək Şərqi Avropada Peçeneq dövlətini qurdular (840-990). Orxon abidələrində xatırlanan kəngərlər, İslam dünyasında və qərbdə Kəngər, üç Peçeneq qəbiləsinin ümumi adı (səkkiz) kimi bilinir. Bizans imperatoru imperatoru VII Konstantin Porfiroqenet Kəngərin nəciblik və şücaət ifadə etdiyini bildirdi. Ukraynalı tarixçi Omelyan Pritsak, Kəngərin Toxar dilindən * kânk "daş" sözündən qaynaqlandığını və ehtimal ki, Kəngəri *ârs < *âvrs < *Aoruša (yun. Αορσοι) yunan sözünə dayanan, İran etnonimi As ilə birləşdirdi.