kabinet portreti

= a cabinet photograph = кабинетный портрет
kabab olmaq
kadr arxasına çəkmək
OBASTAN VİKİ
Oval kabinet
Oval kabinet (ing. Oval Office) — ABŞ Prezidentinin Ağ Evdəki iş otağıdır (ofisi). Binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var. Şərqi Qızılgül bağına, qərbi kiçik şəxsi ofis və yeməkxanaya, şimal-qərbi qərb qanadının dəhlizinə, şimal-şərqi isə Prezidentin katibinin kabinetinə açılır. Dövlət başçısının masası cənub pəncərələrinin qarşısındadır. Şimal tərəfdə kamin var. Oval kabinetin ilk versiyası 1909-cu Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanmışdır. 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulmuşdur. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilmişdir.
Nizaminin portreti
"Nizaminin portreti" - Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin 1940-cı ildə Azərbaycan sovet rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portretidir. Əsər hazırda Bakı şəhərində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir. Bu portret Xalıkovun ciddi yaradıcılıq nailiyyəti hesab olunur.. Portretdə Nizami dizində kitab tutmuş şəkildə təsvir edilmişdir. Sənətşünas N. M. Miklaşevskaya qeyd edir ki, tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xəttləri ilə insanı cəlb edir. 1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilmişdi. Baxmayaraq ki, Qəzənfər Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etməmişdi, lakin, rəssam böyük şairin dərin ifadəli portretini işləmişdi. Məşhur şərqşünas və nizamişünas alim Yevgeni Bertels bu portret haqqında qeyd etmişdir ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi." Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir.
Kardinalın portreti
Kardinalın portreti bu mənaları ifadə edə bilər:
Ancelo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Anyolo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Aqnolo Doninin portreti
Ancelo Doninin portreti (it. Ritratto di Agnolo Doni) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Ancelo Doninin portreti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Arnolfini cütlüyünün portreti
Arnolfini cütlüyünün portreti (nid. Portret van Giovanni Arnolfini en zijn vrouw) — Bir Digər Adı İlə Arnolfini'nin Evlənməsi məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir; o, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir. Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186). Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir. Gözəlliyi, ikonoqrafiya kompleksi, həndəsi ortoqonal perspektivi, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nikah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqla, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilir. Ernst Qombriçə görə "İtaliyada Donatello və Mazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdir. Sanki real dünyanın sadə bir küncündə adi həyat səhnəsi sehrli çubuğun gözlənilməz hərəkəti ilə olduğu kimi kətan üzərində həkk edilmişdir… Tarixdə ilk dəfə rəssam sözün həqiqi mənasında ideal göz şahidi olmuşdur." Van Eyk tərəfindən 1434-cü ildə imzalanmış əsər, həmin rəssam və onun qardaşı Hubert tərəfindən işlənmiş Gent altarı ilə yanaşı tempera ilə yox, yağlı boya ilə işlənmiş ən qədim məlum əsərlərdir. Əsər 1842-ci ildə London Milli Qalereyasına gətirilmişdir.
Dorian Qreyin portreti
Dorian Qreyin portreti bütövlükdə ilk dəfə 1890-cı ildə Lippinkott aylıq jurnalında nəşr olunmuş, Oskar Vayldın müəllifi olduğu fəlsəfi romandır. Nəşriyyatçının əxlaq dəyərlərinə uyğun olmadığı üçün əsərin 500-sözə yaxın hissəsini silməsinə baxmayaraq, kitab tənqid atəşinə tutuldu. "Londonun Gündəlik Xronikası" qəzeti əsəri "cəmiyyəti çürüdə biləcək iyrənc fikirlərlə dolu","kirli" və "zəhərli" adlandırdı, "St.Ceyms Qəzeti" isə kitabı "ürəkbulandırıcı","iyrənc" hesab edir və yazarın edam olunmasını təklif edirdi. Kitab 1891-ci ildə yenidən çap olunduqda altı yeni fəsil əlavə olunmuşdu. Əsər ingilis dilində yazılmış yüz ən yaxşı romandan biri seçilib və Oskar Vayldın yayımlanmış tək romanıdır, Azərbaycan dilinə Kamran Nəzirli tərəfindən tərcümə olunub. Dorian Qrey xalası-xanım Brendonun evində tanınmış rəssam Bazil Holvardla tanış olur. İnanılmaz dərəcədə yaraşıqlı olan Dorian rəssamın diqqətini cəlb edir və rəssam onun bir neçə portretini çəkir. O, bu portretlərdə Dorianı qədim yunan qəhrəmanı və ya mifik bir fiqur olaraq təsvir edir. Çox bəyənilməsinə baxmayaraq əsərini satmaqdan imtina edən Bazil dostu Lord Henriyə şəxsi hisslərini həddən artıq ələ verdiyi üçün portretə qarşı narahatlığını dilə gətirir. Sensasiyalı çıxışları ilə ad qazanmış dostu Lord Henri ilə Dorianın yaxınlaşmasından qısqanclıq duyan Bazil buna mane ola bilmir və Henrinin Doriana təsiri get-gedə güclənir.
Elizabet Qonzaqanın portreti
Yelizaveta Qonzaqanın portreti (it. Ritratto di Elisabetta Gonzaga) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Yelizaveta Qonzaqanın portreti" hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Gənc xanımın portreti
"Gənc xanımın portreti" (təxm. 1470) holland rəssamı Petrus Kristus tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Xüsusi dəqiqliklə işlənilmiş bu əsər holland portret rəssamlığı məktəbində yeni inkişaf mərhələsinə təkan vermişdir. Əsərdə çox gənc yaşlarında olan xanımın qapalı məkanda və aydın fonda surəti yaradılmışdır. Bu naməlum qəhrəman əsilzadələrə məxsus zərifliyi ilə diqqəti cəlb edir. Dəbdəbəli və bahalı qiyafələri bu xanımın fransız əsilli olmasına işarə edə bilər.
Kardinalın portreti (Rafael)
Kardinalın portreti (it. Ritratto di cardinale) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1510-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Kardinalın portreti əsəri hal-hazırda İspaniyada, Madrid şəhərində Prado muzeyində saxlanılır. Tabloda təsvir olunan kardinalın kim olduğu bilinmir. Tablo Roma papası Papa II. Luisin sarayında çəkilmişdir. Əsərin məşhur sahiblərindən biri İspaniya kralı olmuş IV. Carlos hesab olunur.
Kişi portreti (Rafael)
Kişi portreti (it. Ritratto virile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Kişi portreti əsəri hal-hazırda İtaliyada Roma şəhərində Galleria Borghesedə saxlanılır. Əsər məşhur Alman rəssamı Hans Holbeinə həsr olunmuşdur.
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Peruginonun portreti (Rafael)
Peruginonun portreti (it. Ritratto del Perugino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504—cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Peruginonun portreti əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Peruсinonun portreti (Rafael)
Peruginonun portreti (it. Ritratto del Perugino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504—cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Peruginonun portreti əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Yelizaveta Qonzaqanın portreti
Yelizaveta Qonzaqanın portreti (it. Ritratto di Elisabetta Gonzaga) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Yelizaveta Qonzaqanın portreti" hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Suzanna Blochun portreti
Suzanna Bloçun portreti — ispan rəssamı Pablo Pikassonun 1904-cü ildə Parisdə Mavi Dövrünün sonuna doğru çəkdiyi kətan üzərində yağlı boya tablosudur. Tablonun əsas mövzusu Suzanne Bloç Vaqner şərhləri ilə tanınan bir müğənni və skripkaçı Henri Blochun bacısı idi. Bu rəsm San Paulo İncəsənət Muzeyində saxlanılır. 20-ci əsrin əvvəllərində Pikassonun tez-tez ziyarət etdiyi Paris korifeyi Suzan Bloç Vaqneriyalı müğənni və skripkaçı Henri Bloçun bacısı idi. O, 1904-cü ildə fransız şairi Maks Yakob vasitəsilə ispan rəssamı ilə tanış oldu və o Parisdə, Ravingan küçəsi 13 ünvanındakı Bateau-Lavoir studiyasında, yazın sonu və yazın əvvəli arasında Pikassonun portreti üçün əyləşirdi. Pikassonun imzası olan, yağlı boya ilə çəkilmiş rəsmdən əvvəl gouache ilə möhkəmləndirilmi. qələm və mürəkkəb eskiz ; o indi İsveçrənin Ascona şəhərindəki Neubury Coray kolleksiyasında qorunur.. Yağlarla çəkilmiş portret, Unicamp- ın sənət tarixi professoru Luiz Markes tərəfindən "tamamilə aid olduğu mavi dövr" ün nümunəsi kimi təsvir edilmişdir. . Bu mavi dövrün son mühüm əsəri adlandırılırdı. Baxmayaraq ki, Palau i Fabre " bir dövrdən digərinə keçid mərhələsini bu günə qədər müəyyənləşdirmək və müəyyən etmək çətindir- bu, hər halda, ani bir yerdəyişmə deyildir, lakin mülayim nüanslı, ara-sıra olsa da, irəliləyiş."Bənzər şəkildə Denys Çevalyer yazırdı: "Mavi dövrü çox dəqiq təyin etmək üçün hər hansı cəhd yalnız səhvlərə səbəb ola bilər" Tamamilə qaranlıq, həzin aura ilə hopdurumuş rəsmmavidən mavi-yaşıla qədər dəyişən monoxromatik çalarlarda, daha isti tonların sporadik iştirakı ilə təqdim edilir.
Həkim Qaşenin portreti
"Doktor Qaşenin portreti" (fransızca: Portrait du Dr Gachet avec branche de digitale / Le Docteur Paul Gachet) — holland rəssamı Vinsent van Qoqun ölümündən az əvvəl, 1890-cı ilin iyununda çəkdiyi rəsm əsəridir. Rəssamın sonrakı illərdə səhhətinə nəzarət edən Pol Qaşenin tülkü budağı ilə (o, rəssam üçün dərman iksiri hazırlamışdı) portreti 1990-cı il mayın 15-də Christie's hərracında rekord məbləğə — 82,5 milyon dollara satıldı. Sonrakı 15 il ərzində rəsm ən bahalı rəsmlər (satışa çıxarılanlar) siyahısında birinci oldu. Van Qoqun ölümündən sonra rəsm onun bacısına miras qalmış, o da öz növbəsində 1897-ci ildə onu şəxsi kolleksiyaçıya satmışdır. Rəsm 1911-ci ildə Stadel İncəsənət İnstitutu tərəfindən alınana qədər bir neçə dəfə əl dəyişdirdi. Rəsm 1937-ci ilə qədər Frankfurt-Mayndə qaldı. 1933-cü ildə nasional-sosialistlər hakimiyyətə gəldikdən sonra rəsm sərgidən çıxarılaraq muzeyin saxlanc anbarına təhvil verilib. 1937-ci ildə, "degenerativ sənət" adlanan şeydən qurtulmaq üçün aparılan kampaniyanın ardınca, rəsm Reyx Təhsil və Təbliğat Nazirliyi tərəfindən müsadirə edildi. 1938-ci ildə Hermann Goering rəsm əsərini Amsterdamda bir sənət dilerinə satdı, o da öz növbəsində onu müharibə zamanı onunla birlikdə ABŞ-yə qaçan şəxsi kolleksiyaçı Ziqfrid Kramarskiyə satdı. Sonradan rəsm tez-tez Metropolitan İncəsənət Muzeyində sərgilənirdi.
Denyıl- Henri Kenoulierin portreti
Denyıl- Henri Kenoulierin portreti (İspan.Retrato de Daniel-Henry Kahnweiler) — 1910-cu ilin Pablo Pikasso tərəfindən yağlı boya kətan rəssamlığının analitik kubizm üslubunda yaradılan rəsm əsəri. Əsər 1910-cı ildə Çikaqo İncəsənt İnustutunda tamamlandı.Sənət əsərinin ölçüləri 100.5 sm × 73 sm-dir. Rəssam Fransadaki sənət qalereyasının sahibi olan Denyıl- Henri Kenoulieri təsvir edir. 1948-ci ildə Qilbert V.Çepman tərəfindən Çarlz B.Gudspidin xatirəsinə Çikaqo İncəsənt İnustutuna hədiyyə edildi. The Guardian jurnalının incəsənət tənqidcisi olan Canıtın Cons əsəri "Yəqin ki, hazırda Londonda göstərilən müasir incəsənətin ən yaxşı əsəri." şəklində adlandırdı.
Gənc oğlanın portreti (İrəvani)
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi. Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var.
Gənc qadının portreti (İrəvani)
Gənc qadının portreti və ya Əyləşmiş qadın portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm XIX əsrin 70-ci illərinə aiddir və Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Portret “Populyar incəsənət ensiklopediyası”nda, rəssama aid məqalədə verilir. Portret sifəti azacıq qəmgin ifadəli gənc qadını təsvir edir. Üz cizgiləri düzdür, geniş, bir-biri ilə birləşən qara qaşlar böyük, ifadəli qonur gözlərə diqqəti çəkir. Dalğalı telləri çiyinlərinə qədər tökülən tünd şabalıdı saçları düz cərgədə hamar daranıb. Qadın ağ mərmər divarın yanında, xalça üzərində oturan vəziyyətdə təsvir edilib. Baş geyimi tirmə şaldır, tamamlayıcı element kimi saça sancaqla qızılgül bənd edilib. Qadının üzərində qara işləmələrlə haşiyələnmiş və böyük dairəvi yaxalığı olan nazik sarın kofta var. Böyük və kiçik buta naxışı İrəvaninin koftanın üstündə çəkdiyi tirmə cübbənin qırmızı fonunu bəzəyir.
Hacı Zeynalabdin Tağıyevin portreti
"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret. İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu. İ. Brodski qeyd edir ki: Əsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir.
I Karlın atlı portreti
I Karlın atlı portreti (fr. Charles Ier à cheval avec Monsieur de Saint Antoine) - Flomand rəssam Antonio Van Deyk tərəfindən 1637-1638-ci illər ərzində çəkilmiş rəsm əsəri. Kralın bu əzəmətli portreti bizə I Karlın bütün döyüş yaraq-sursatları ilə birlikdə gözəl at belində təsvirini verir. Burada kral millətin əzmli və mənəvi öndəri kimi təqdim olunmuşdur. Kralın görünüşü qəsbkar hökmdarın Böyük ingilis möhüründəki surətindən götürülmüşdür ki, həmin möhürlə də bütün mühüm sənədlər təsdiqlənirdi, lakin portret də Bağlantı ordeni ilə təsvir olunur ki, bu da van Deykə Kralı cəngavərlər sərkərdəsi və ədalət müdafiəçisi kimi təqdim etmək imkanı verir. Atlı portret kralın mədhinə xidmət etməli idi və Uaytholl sarayının divarlarından birinin bəzədilməsi üçün nəzərdə tutulmuşdu.
Kardinal Alessandro Farnesenin portreti
Kardinal Alessandro Farnezenin portreti (it. Ritratto del cardinale Alessandro Farnese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1511-ci illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Kardinal Alessandro Farnezenin portreti" hal-hazırda İtaliyada, Neapol şəhərində saxlanılır.
Kardinal Alessandro Farnezenin portreti
Kardinal Alessandro Farnezenin portreti (it. Ritratto del cardinale Alessandro Farnese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1511-ci illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Kardinal Alessandro Farnezenin portreti" hal-hazırda İtaliyada, Neapol şəhərində saxlanılır.