kahl

adj. 1. (haarlos) daz, keçəl, danqır; ~ geschoren saçı (qılı) dibindən qırxılmış; 2. (Landschaft) quru, ağacsız; 3. (Baum) yarpaqsız; 4. (Wand) yalın
Kaffeetasse
Kahlkopf
OBASTAN VİKİ
Frida Kahlo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Paul Ernst Kahle
Paul Ernst Kahle (alm. Paul Ernst Kahle‎; 21 yanvar 1875[…] – 24 sentyabr 1964[…], Bonn) — Almaniya şərqşünası. Paul Ernst Kahle 21 yanvar 1875-ci il tarixində Hohensteinda doğuldu. 1894–1898 illər arasında Marburq və Halledə teologiya və şərqşünaslıq elmlərinə yiyələndi. 1898-ci ildə "Textkritische und lexikalische Bemerkungen zum samaritanischem Pentateuchtargum" başlıqlı çalışması ilə fəlsəfə, 1902-ci ildə "de Der masoretische Text des Alten Testaments" adlı dissertasiyasıyla ilahiyyat doktoru oldu. Səkkiz ay qədər Rumıniyada keşiş olaraq çalışdıqdan sonra 1903-cü ildə Qahirəyə gedib beş il müddətiylə yenə keşişlik və oradakı Alman məktəbinin müdiri oldu. 1914-cü ildə Giessendə professor oldu; 1923-cü ildə Enno Littmanın yerinə Bonna təyin edildi. Siyasi basqılar üzündən 1938-ci ildə İngiltərəyə sığındı. II Dünya müharibəsi boyunca Londonda Chester Betty koleksiyasında və Oksfordda Bodleian Librarydə olan Ərəb dilində əlyazmaların kataloqlarını hazırladı. Savaşın ardından Bonnda buraxdığı evinə və kitabxanasına yeniden qovuşduğu kimi ona Alman hökuməti tərəfindən əməkli professor maaşı bağlandı.
Paul Kahle