kalandr

kalandr
kalan-kalan
kalandrçı
OBASTAN VİKİ
Kalandr
Kalandr süni materialların qızdırılmış halda ən azı iki val arasından keçirməklə nazik təbəqələrin hazırlanması üçün tətbiq olunan yayma maşınıdır. Yayılan materialın hazırlanması və qızıdırılması kənarda, başqa qurğuda yerinə yetirilir. Material vallar arasında emal olunduqdan sonra o, xüsusi qurğunun köməyi ilə tutulur və burada soyuma, bərkimə, yığma və ya kiçik hissələrə doğrama əməliyyatı icra olunur. Bir-birinə qarşı fırlanan, 2÷5 sayda və kiçik araboşluqlara malik vallarla təchiz olunmuş kalandrlar daha geniş yayılmışdır. Xüsusi maşınlarda bir və iki əlavə valldan istifadə olunur. Standart kalandrlar F və L quruluşuna malikdirlər. Valların diametri 400÷850 mm, eni isə 1200÷3000 mm arasında yerləşir. Vallar dayaq formalı gövdədə bərkidilirlər. Vallardakı temperatur onun daxilindən keçən maye ilə tənzimlənir. Kalandr valları metaldan hazırlanaraq işçi səthləri pardaqlanır.

Значение слова в других словарях