KALDERA

(ispan. caldera-böyük qazan) vulkan mənşəli dik, bəzən pilləli yamaclarla səciyyələnən dairəvi, yaxud oval formada geniş çökəklik. Kalderanın eninə kəsimi 10-20 km-ə, dərinliyi isə bir neçə yüz metrə çatır. Partlayış və uçqun mənşəlidir. кальдера caldera
KALAFA
KALİNİN BUZLAQ EPOXASI
OBASTAN VİKİ
Kaldera
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Norman Xose Kaldera Kardenal
Norman Xose Kaldera Kardenal (isp. Norman José Caldera Cardenal; d. 21 oktyabr 1946, Manaqua, Nikaraqua) — Nikaraqua Respublikasının xarici işlər naziri (2002–2007). 21 oktyabr 1946-cı ildə Manaqua şəhərində anadan olmuşdur. İlk təhsilini Kalasanz Kollecində almışdır. Daha sonra təhsilini Qranadanın Mərkəzi Amerika Kollecində davam etdirmişdir. 1968-ci ildə Leksinqton şəhərinin Hərbi Ventvors Akademiyası və Gənclər Kollecinin Müəssisələr Administrasiyası üzrə texnik peşəsinə yiyələnmişdir. 1975-ci ildə Mərkəzi Amerika üçün Nikaraqua İxracat Mərkəzinin administratoru seçilmişdir. 1980–1984-cü illərdə Qvatemalada beynəlxalq ticarət üzrə məsləhətçi kimi xidmət göstərmişdir. 1984-cü ilin yanvar ayında Hondurasda baş texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdur.
Kalderaş
Kalderaş, həmçinin kelderarlar və ya kelderari (rum. căldărari sözündən) — qaraçıların subetnosu. Rumıniya ərazisində etnik qrup kimi formalaşmışdır. Onlar daha kiçik qruplara bölünür: moldovan, serb, yunan və başqaları. Rusiyada və dünyada ən böyük və ən geniş yayılmış qaraçı etnik qruplarından biri olan kelderarlar Avropada və Amerikada geniş şəkildə məskunlaşıblar. == İstinadlar == == Əlavə ədəbiyyat == Деметер Н. Г., Бессонов Н. В., Кутенков В. К. История цыган — новый взгляд / РАН. Ин-т этнологии и антрополгии им. Н. Н. Миклухо-Маклая; под ред. Деметера Г. С. — Воронеж, 2000. — 334 с.: ил. ISBN 5-89981-180-3 Друц Е. А., Гесслер А. Цыгане.
Yellouston kalderası
Yellouston kalderası və ya Yellouston supervulkanı — Amerikanın qərbində Yellouston Milli Parkında yerləşən vulkanik kaldera və supervulkan. Kaldera və parkın böyük bir hissəsi Vayominqin şimal-qərb küncündə yerləşir. Kalderanın əsas hissəsi təxminən 34–45 mil (55–72 km) ölçüsündədir.

Значение слова в других словарях