Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbdülbaqi Fövzi
Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində almışdır (1911-1916). Eyni zamanda çəkməçi yanında şagird olmuş, oradan tütün fabrikinə fəhləliyə keçmişdir. 1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur (1919). Əksinqilabi qiyam nəticəsində seminariya müvəqqəti bağlanmışdır (1920). 1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, Həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924). Təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir (1924-1928).
Əbdülbaqi Yusifzadə

Əbdülbaqi Yəzdi
Əbdülbaqi Yəzdi (XV əsr, Yəzd – 1514, Çaldıran ilçəsi, Van vilayəti) — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı. == Həyatı == İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur. == Vəkillik == 1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur. == Yaradıcılığı == Baqi təxəllüsü ilə şeirlər yazmışdır. == Ailəsi == Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir.
Əbdülbaqi Zülalov
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bugünə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir.
Əbdülbaqi Təbrizi
Mir Əbdülbaqi Təbrizi (az.-əbcəd میر ابدولباقی تبریزی‎), təxəllüsü Baqi (az.-əbcəd باقی‎) — XVI əsrin sonu–XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan xəttatı. == Həyatı == Təbriz, Bağdad və İsfahanda fəaliyyət göstərmiş, elm və sənətin müxtəlif sahələrində şöhrət qazandığına görə "danişmənd" (alim) təxəllüsü almışdır. Mir Əbdülbaqi Təbrizi İsfahanda bir sıra məscidin kitabələrini işləmiş (Əli Rza Təbrizi ilə birgə), nəsx, süls və rüqə xətləri ilə "Qəsideyi-bürda" ("Peyğəmbərin əbası haqqında qəsidə", 1588) və s. əsərlərin üzünü köçürmüşdür. Şah I Abbasın dövründə yaşamış, Ələddin Təbrizi və Əlirza Təbrizinin tələbəsi olmuşdur. O, 1629-cu ildə vəfat etmişdir.
Mirzə Əbdülbaqi Danişmənd
Mirzə Əbdülbaqi Danişmənd (v. 1629) — Azərbaycan şairi == Həyatı == Həyatı haqqında məlumat azdır. Ərəb və fars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir. === Vəfatı === Mirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Əsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidə və rübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur.
Mir Əbdülbaqi Təbrizi
Mir Əbdülbaqi Təbrizi (az.-əbcəd میر ابدولباقی تبریزی‎), təxəllüsü Baqi (az.-əbcəd باقی‎) — XVI əsrin sonu–XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan xəttatı. == Həyatı == Təbriz, Bağdad və İsfahanda fəaliyyət göstərmiş, elm və sənətin müxtəlif sahələrində şöhrət qazandığına görə "danişmənd" (alim) təxəllüsü almışdır. Mir Əbdülbaqi Təbrizi İsfahanda bir sıra məscidin kitabələrini işləmiş (Əli Rza Təbrizi ilə birgə), nəsx, süls və rüqə xətləri ilə "Qəsideyi-bürda" ("Peyğəmbərin əbası haqqında qəsidə", 1588) və s. əsərlərin üzünü köçürmüşdür. Şah I Abbasın dövründə yaşamış, Ələddin Təbrizi və Əlirza Təbrizinin tələbəsi olmuşdur. O, 1629-cu ildə vəfat etmişdir.
Abdülbaqi Gölpınarlı
Mustafa İzzət Baqi və yaxud da bilinən adı ilə Abdülbaqi Gölpınarlı (12 yanvar 1900, Konstantinopol – 25 avqust 1982, İstanbul) — Azərbaycan əsilli Türkiyə ədəbiyyat tarixçisi, tərcüməçi və alim. Xüsusən Sufizmi, divan ədəbiyyatını, İran ədəbiyyatını araşdırmışdır. Türkiyənin ən böyük sufizm araşdırmaçısı hesab edilir. == Yaşayışı == Atası Əhməd Agah Əfəndi əslən azərbaycanlı və Gəncənin Gölbulaq kəndindən idi və anası Aliyə Şöhrət Xanım qafqaz əsilli olan ubıxlardan idi.Jurnalist olan atası Əhməd Agah Əfəndi Mevlevi idi. Gelenbevi məktəbində son sinifdə olarkən atasını itirmişdir. Bundan sonra təhsilinə ara vermiş və işləməyə başlamışdır. İstanbuldakı Vezneçilərdə kitabçılıqla məşğul olmuşdur. Çorumun Alaca bölgəsindəki Mənbə-i İrfan ibtidai məktəbində müəllimlik və idarəçilik etmişdir. 1922-ci ildə İstanbula dönmüş, imtahanla son sinfinə girdiyi İstanbul kişi Müəllim Məktəbini, ardından da İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və Ədəbiyyatı bitirmişdir. 1930-cu ildə Professor Köprülüzadə Fuad bəyin rəhbərliyində hazırladığı "Məlamilik və Məlamilər" mövzusunu müdafiə edərək məzun olmuşdur.
Əbdülbağı Zülalov
Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; 1841, Şuşa, Kaspi vilayəti – avqust 1927, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür.1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bugünə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir.
Abdülbaki Gölpınarlı
Mustafa İzzət Baqi və yaxud da bilinən adı ilə Abdülbaqi Gölpınarlı (12 yanvar 1900, Konstantinopol – 25 avqust 1982, İstanbul) — Azərbaycan əsilli Türkiyə ədəbiyyat tarixçisi, tərcüməçi və alim. Xüsusən Sufizmi, divan ədəbiyyatını, İran ədəbiyyatını araşdırmışdır. Türkiyənin ən böyük sufizm araşdırmaçısı hesab edilir. == Yaşayışı == Atası Əhməd Agah Əfəndi əslən azərbaycanlı və Gəncənin Gölbulaq kəndindən idi və anası Aliyə Şöhrət Xanım qafqaz əsilli olan ubıxlardan idi.Jurnalist olan atası Əhməd Agah Əfəndi Mevlevi idi. Gelenbevi məktəbində son sinifdə olarkən atasını itirmişdir. Bundan sonra təhsilinə ara vermiş və işləməyə başlamışdır. İstanbuldakı Vezneçilərdə kitabçılıqla məşğul olmuşdur. Çorumun Alaca bölgəsindəki Mənbə-i İrfan ibtidai məktəbində müəllimlik və idarəçilik etmişdir. 1922-ci ildə İstanbula dönmüş, imtahanla son sinfinə girdiyi İstanbul kişi Müəllim Məktəbini, ardından da İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və Ədəbiyyatı bitirmişdir. 1930-cu ildə Professor Köprülüzadə Fuad bəyin rəhbərliyində hazırladığı "Məlamilik və Məlamilər" mövzusunu müdafiə edərək məzun olmuşdur.
Əbdülhaq Abdullayev
Əbdülhaq Ağsaqqal oğlu Abdullayev (özb. Abdulhaq Oqsoqolovich Abdullayev; 30 dekabr 1918, Türkistan – 29 oktyabr 2001, Daşkənd) — Özbəkistan portret rəssamı, Özbəkistan SSR xalq rəssamı (1968), Özbəkistan Rəssamlıq Akademiyasının fəxri üzvü. == Həyatı == Əbdülhaq Ağsaqqal oğlu Abdullayev 30 dekabr 1918-ci ildə Türkistan şəhərində anadan olmuşdur. Uşaqlıq illərində rəsm çəkməyə meyli müəyyən edilmişdir. 1928-ci ildə o, Daşkənddəki fəhlə məktəbinə daxil olmuş, burada digər fənlərlə yanaşı, rəsm çəkməyin əsasları ilə də tanış olmuşdur. Abdullayev məktəbdə rəssamlıq peşəsi haqqında ciddi düşünməyə başlamışdır. 1931-ci ildə rəssamlıq məktəbi yerləşdiyi Səmərqənd şəhərinə köçürülmüşdür. Abdullayev hansısa aktyorun portretinin surətini yazmışdı və məktəbdə yoxlanılanda onu imtahansız tələbə kimi qəbul etmişdilər. 1938–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır.1940-cı, 1946-cı, 1953-cü illərdə Daşkənddə rəssamın əsərlərindən ibarət sərgilər keçirilmişdir. Abdullayev sənətlə bağlı bir sıra məqalələrin müəllifidir.
Əbdülbasit Əbdüs-Səməd
Əbdülbasit Məhəmməd Əbdüs-Səməd (ərəb. عبدالباسط عبدالصمد d. 1 yanvar 1927-ci il – ö. 30 Noyabr 1988-ci il) — İslam dünyasının görkəmli Quran qarisi, tilavət qaydalarının pionerlərindən biri. Qurani-Kərimi xüsusi həzin üslubda oxumaqla fərqlənmişdir. == Həyatı == Əbdülbasit 1927-ci ildə Misirin cənubunda Qina əyalətinə bağlı olan, Ərmənt şəhərinin Məzaizə kəndində anadan olmuşdur. O, Qurani-kərimin hifzi və qiraətinə diqqət və maraq göstərilən bir yerdə dünyaya göz açır. Babası Əbdüs-Səməd quran hafizlərindən və təqvalı şəxslərdən sayılırdı. Qardaşları ilə birlikdə 6 yaşında quranı hifz etməyə başlayır. Ustadı şeyx Əmir, onun fövqəladə istedadına və qiraət məharətinə heyran qalır.
Əbdülhaq Adnan Adıvar
Əbdülhaq Adnan Adıvar (1882, Gelibolu, Çanaqqala vilayəti – 1 iyul 1955, İstanbul) — Türk siyasətçi, yazıçı, tarixçi, akademik və həkim. Respublikasının ilk tarixçisi, Parlament dövrünün ilk səhiyyə naziridir. (Cümhuriyyət dövrünün ilk səhiyyə naziri Adnan Adıvardan sonra gələn Refik Saydam idi). Birinci Parlamentdə millət vəkili olmuş və parlamentin ikinci sədri olmuşdur. Türkiyənin ilk müxalifət partiyası olan Tərəqqipərvər Cumhuriyyət Partiyasının qurucularından biridir. Romançı Halide Edipin həyat yoldaşıdır. == Həyatı == 1882-ci ildə Gəliboluda anadan olub. Kadi Ahmet Bahai Əfəndi və Sabiha Hanımın oğludur. Məktəb həyatı İstanbulda keçdi. İbtidai təhsilini Tərəqqinin Nümunəsi Məktəbində, orta məktəb təhsilini "Mülki İdadi"-də bitirmişdir.
Əbdülhaq Hamid Tərxan
Əbdülhaq Hamid Tərxan — Türk ədəbiyyatının nümayəndlərindən biri, şair == Həyatı == Əbdülhaq Hamid Tərxan 1852-ci ildə anadan olmuşdur. 1937-ci ildə vəfat etmişdir. Əbdülhaq Hamid XIX əsrin ikinci yansı — XX əsrin birinci yansmda Türkiyənin ən böyük şairlərindəndir. Türkiyə ədəbiyyatma Şinasinin, Ziya Paşanm, Namiq Kamalm gətirdiyi yenilikləri davam etdirmək yoluyla gedən Ə. Hamid bu yeniləşmədə daha yüksək zirvəiərə qalxmış, türk şerini həm məzmun, həm formaca zənginləşdirmişdir. Divan ədəbiyyatı ənənələrindən bəhrələnən, hətta şerlərini ərəb-fars tərkibləriylə qəlizləşdirən Hamid eyni zamanda Qərb ədəbiyyatımn da bir çox dəyərlərini yaradıcı surətdə mənimsəmiş, türk poeziya və dramaturgiyasmda yeni bir səhifə açmışdır. XX əsrin əvvəllərində Hamid sənəti Azərbaycan ədəbiyyatma, özəlliklə Hüseyn Cavid kimi müqtədir bir sənətkann yaradıcılığma təsir göstərmişdir. Gənc yaşlarmda itirdiyi həyat yoldaşmın xatirəsinə həsr etdiyi "Məqbər" poeması şairin şah əsərlərindən, ümumtürk ədəbiyyatının poetik zirvələrindəndir. == Yaradıcılığı == Böyük şair Əbdülhaq Hamid Tərxan Qərbin, xüsusilə, Fransa ədəbi mühitinin təsiri ilə "Sənət sənət üçündür!" deyir, bu inamla yazıb-yaradırdı.
Abdulbari Gözəl
Abdolbari Gozal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin Müşahidə Şurasının sədri. == Həyatı == Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır. == Fəaliyyəti == === Erkən biznes fəaliyyəti === Gənc yaşlarından atasının yanında topdan qida və ərzaq (düyü, yağ, çay) ticarəti və satışı ilə məşğul olmuşdur. 1968-ci ildə ticarət həcmini böyüdərək, həmin tarixdə illik həcmi 50–60 milyon dollara çatdırmışdır. 1981-ci ildə baş verən İran İslam inqilabından sonra Türkiyənin Ankara şəhərinə keçmiş və buradan İsveçrəyə getməyi planlaşdırmışdır. Lakin o vaxtlar baş nazir müavini, daha sonra Prezident olan rəhmətlik Turqut Özalın israrlı məsləhətindən sonra Türkiyədə qalmış və Ankarada "Etsun A. Ş." şirkətini qurmuşdur. 1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda "İntersun Holding" adlı şirkətlər qrupunu yaratmışdır.
Abdulbari Gozal