Kaliforniya amorfası
Kaliforniya amorfası (lat. Amorpha californica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Növün arealı Meksikanın şimalı, Kaliforniya, Arizona, Yeni Meksikadır.
== Botaniki təsviri ==
Hündürlüyü 1-2 m-ə çatan sıx budaqlı koldur. Zoğları, salxımın oxları, yarpaqların saplaqları və xırda yarpaqların aşağı hissəsinin damarcıqları ipəkvari tükcüklərlə örtülmüşdür. Yarpaqların uzunluğu 9-20 sm, 11-17 xırda yarpaqcıqlıdır. Xırda yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,3-4 sm, eni 1,2-2,2 sm, ucu yumru və ya xırda oyuqlu, iynəsiz, enli bünövrəli, üstü parlaq yaşıl, alt tərəfi açıqdır. 2-4 ədəd bənövşəyi çiçəkləri uzunluğu 28 sm-dək olan salxımlarda yerləşir. Kasacığı tükcüklü, üçkünc dişli, onlardan yuxarıda olan ikisi enli və bir az digərlərindən qısadır; yelkənin uzunluğu 5 mm-dir. Paxlaların uzunluğu təxminən 6 mm, qabarıq kürəkli, çılpaq, nöqtəli vəziciklidir.