Kalif

der; -en, -en xəlifə
Kaliber
Kalium
OBASTAN VİKİ
Cənubi Kaliforniya Universiteti
Cənubi Kaliforniya Universiteti (ing. University of Southern California) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən ali təhsil müəssisəsi. Xarici tələbələr ölkə universitetlərindən ən çox bu universitetdə təhsil alırlar. Universitetin Mühəndislik fakültəsi zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir və bu sahədə kadrların hazırlanması üzrə ən yaxşı mərkəzlərdən biri kimi məşhurdur.
Del-Nort qraflığı (Kaliforniya)
Del-Norte — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 28,610 nəfər olmuşdur. Mərkəzi Kresent şəhəridir.
Del-Norte qraflığı (Kaliforniya)
Del-Norte — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 28,610 nəfər olmuşdur. Mərkəzi Kresent şəhəridir.
Deyvis Kaliforniya Universiteti
Deyvis Kaliforniya Universiteti (ing. University of California, Davis və ya qısaca: UCD, UC Davis) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Deyvis şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin tarixi 1905-ci ildən başlayır.
El-Dorado qraflığı (Kaliforniya)
El-Dorado — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 181,058 nəfər olmuşdur. Mərkəzi Pleyservil şəhəridir.
El Dorado qraflığı (Kaliforniya)
El-Dorado — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 181,058 nəfər olmuşdur. Mərkəzi Pleyservil şəhəridir.
Fresno (Kaliforniya)
Fresno (ing. Fresno) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən şəhər.
Fresno qraflığı (Kaliforniya)
Fresno — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 931,098 nəfər olmuşdur. Mərkəzi Fresno şəhəridir.
Hidden Hills (Kaliforniya)
Hidden Hills – ABŞ-nin Kaliforniya ştatının Los Angeles County regionunda yerləşən bir şəhər. Şəhər San Fernando vadisindən qərbdə yerləşir və Böyük Los Ancelesin bir hissəsidir. Sahəsi 4.37 km² olan şəhərin əhalisi 2010-cu ilə görə 1856 nəfərdir.
Humbold qraflığı (Kaliforniya)
Humbold — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 132,646 olmuşdur. Mərkəzi Evrika şəhəridir.
Humboldt qraflığı (Kaliforniya)
Humbold — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 132,646 olmuşdur. Mərkəzi Evrika şəhəridir.
Kalaveras qraflığı (Kaliforniya)
Kalaveras — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 40,171 nəfər olmuşdur. Mərkəzi San-Andres şəhəridir.
Kalifornium
Kalifornium — işarəsi Cf və atom kütləsi 98 olan radioaktiv metal. İlk dəfə 1950-ci ildə Berkli Kaliforniya Universitetində, küriyumun alfa zərrəcikləri ilə bombardmanı zamanı alınmışdır. Aktinoidlər sırasının 9-cu və urandan sonra sintez edilən 6-cı elementdir. Böyük atom kütləsinə malik elementlər içərisində, eynşteyniumdan sonra adi gözlə görülə biləcək qədər sintez edilmiş elementdir. Elementin adı kəşf olunduğu yerin və universitetin şərəfinə adlandırılmışdır. Kalifornium normal təzyiq altında iki kristal quruluş əmələ gətirir. Çox yüksək təzyiqdə isə o, öz 3-cü kristal quruluşuna keçir. Kalifornium otaq temperaturunda hava ilə təması zamanı oksidləşir. Kaliforniumun ən davamlı izotopu Cf-251-dir ki, onun da yarımçevrilmə periodu 859 ildir. Bu qısa yarımparçalanma periodu, elementin yer üzərində yayılmadığını da bildirir.
Kaliforniya
Kaliforniya (ing. California) – Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-nin ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır. Şimal tərəfdən Oreqon ştatı, şərqdən Nevada və Arizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los-Anceles, San-Dieqo, San-Xose və San-Fransiskodur. Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur. Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır.
Kaliforniya Berkli Universiteti
Berkli Kaliforniya Universiteti (ing. University of California, Berkeley) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Berkli şəhərində yerləşən ali təhsil müəssisəsi. Berkli Kaliforniya Universiteti Amerika Universitetləri Assosiasiyasının yaradıcılarından biridir. 1866-cı ildə özəl Kaliforniya Kolleci maliyyə çətinliyi səbəbindən dövlət tabeliyindəki Kənd Təsərrüfatı, Dağ-Mədən Sənayesi və Mexaniki İncəsənətlər kollecləri ilə birləşdirilərək Kaliforniya Universiteti yaradılır. 1868-ci il martın 23-də Kaliforniya ştatının qubernatoru Henri Heyt Kaliforniya Universitetinin yaradılması haqqında nizamnaməni imzalayır. 1870-ci ilədək universitetin prezidenti vəzifəsini professor Con Le Kont icra etsə də, həmin ildən etibarən Regentlər Şurası bu vəzifəyə özəl Kaliforniya Kollecinin yaradıcısı Henri Dyurantı seçir. Universitetin açılışı 1869-cu ilin sentyabrında müvəqqəti olaraq Oklend şəhərində yerləşən binada baş tutur. Regentlər Şurasının qərarına əsasən qızlar oğlanlarla birgə universitetdə təhsil almaq hüququna malik olurlar. 1873-cü ildə universitet 167 oğlan və 222 qız tələbəsi ilə Berkli şəhərində yeni tikilən Cənub və Şimal binalarına köçür. Universitet tədricən inkişaf edir, yeni-yeni korpuslar açılır, proqramlar qəbul edilir.
Kaliforniya Nanosistemlər İnstitutu
Kaliforniya Nanosistemlər İnstitutu (ing. California NanoSystems Institute) — ABŞ-də nanotexnologiyalar üzrə innovasiya lideri olan elmi müəssisə; Los-Anceles Kaliforniya və Santa-Barbara Kaliforniya universitetlərinin birgə əməkdaşlığı nəticəsində 2000-ci ildə yaradılmışdır.
Kaliforniya Respublikası
Kaliforniya Respublikası - Şimali Amerikada Meksikadan bir tərəfli olaraq müstəqilliyi 14 iyun 1846-cı ildə edir. ABŞ-dən gəlmə miqrantlar tərəfindən qurulan və tanınmayan dövlət. 1 ay ərzində fəaliyyət göstərmişdir. 13 may tarixində Meksika-ABŞ müharibəsi başlayır ancaq üsyançıların bundan xəbəri olmur. Üsyançılara Cons Frimont başçılıq edirdi. Onlar Meksikanın Şimali Kaliforniya vilayətinin komendantını həbs edirlər və müstəqiliyi elan edirlər. Ölkənin paytaxtı Sonone idi. Ölkənin ilk və tək prezidenti isə Vilyam İd olur. Onun hakimiyəti cəmi 25 gün davam edir. 23 iyun tarixində Frimontun rəhbərliyi ilə Kaliforniya batalyonu yaradılır.
Kaliforniya Texnologiya İnstitutu
Kaliforniya Texnologiya İnstitutu (qısa adı: Kaltek) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır. Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır. Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır.
Kaliforniya Universiteti
Kaliforniya Universiteti (ing. The University of California), UC — Kaliforniyanın 10 ictimai universitetinin birliyi. "İctimai" statusu ali məktəb sisteminin müxtəlif mənbələrdən, o cümlədən Kaliforniya ştat büdcəsindən (maliyyəsinin üşdə biri) maliyyə yardımı aldığını göstərir. Birlik ştatın qubernatoru tərəfindən təyin olunan regentlər şurası tərəfindən idarə edilir. (ing. The Regents of the University of California) Kaliforniya Universiteti sistemində 191.000-dən çox tələbə təhsil alır. Universitet sistemində ən qədimi və ən nüfuzlusu 1868-ci ildə təsis edilmiş Berklidəki Kaliforniya Universitetidir.
Kaliforniya akalifi
Kaliforniya akalifi (lat. Acalypha californica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Kaliforniya amorfası
Kaliforniya amorfası (lat. Amorpha californica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin amorfa cinsinə aid bitki növü. Növün arealı Meksikanın şimalı, Kaliforniya, Arizona, Yeni Meksikadır. Hündürlüyü 1-2 m-ə çatan sıx budaqlı koldur. Zoğları, salxımın oxları, yarpaqların saplaqları və xırda yarpaqların aşağı hissəsinin damarcıqları ipəkvari tükcüklərlə örtülmüşdür. Yarpaqların uzunluğu 9-20 sm, 11-17 xırda yarpaqcıqlıdır. Xırda yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,3-4 sm, eni 1,2-2,2 sm, ucu yumru və ya xırda oyuqlu, iynəsiz, enli bünövrəli, üstü parlaq yaşıl, alt tərəfi açıqdır. 2-4 ədəd bənövşəyi çiçəkləri uzunluğu 28 sm-dək olan salxımlarda yerləşir. Kasacığı tükcüklü, üçkünc dişli, onlardan yuxarıda olan ikisi enli və bir az digərlərindən qısadır; yelkənin uzunluğu 5 mm-dir. Paxlaların uzunluğu təxminən 6 mm, qabarıq kürəkli, çılpaq, nöqtəli vəziciklidir.
Kaliforniya ardıcı
Kaliforniya ardıcı (lat. Juniperus californica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Kaliforniya cərəyanı
Kaliforniya cərəyanı— Sakit okeanda Şimali Amerikanın qərb sahilləri boyu cənub istiqamətində axan soyuq okean cərəyanıdır. Cərəyan Britaniya Kolumbiyasının cənubundan başlayır və Kaliforniya yarımadasının cənubunda sona çatır. Şimali Amerikanın sahil zonalarına təsirinə görə şərqi sərhəd axımı hesab olunur. Həmçinin, cərəyan yüksək təzyiq sahələrinin 5 əsas cərəyanlarından biridir. Digərləri Peru cərəyanı, Kanar cərəyanı, Bengel cərəyanı və Somali cərəyanıdır. Kaliforniya cərəyanı Sakit okeanın şimal kütləsinin əhatə edən böyük bir dönən su axımıdır. Sakit okean Kaliforniya yarımadası Dəniz cərəyanları Okeanda suyun hərəkəti Mann, K. H.; Lazier, J. R. N. (2006). Dynamics of Marine Ecosystems: Biological-Physical Interactions in the Oceans (3rd ed.). Blackwell Publishing. pp.
Kaliforniya dəniz şiri
Kaliforniya dəniz şiri, və ya Qara dəniz şiri (Zalophus californianus) — Qulaqlı suiti fəsiləsinin Dəniz şiri yarımfəsiləsinə aid növdür. Əsasən Sakit okean sularında yaşayırlar. ABŞ alimlərinin məlumatına görə sayları 188 min başdır). İl ərzində 5% artım müşaahidə edilir. Kaliforniya dəniz şirləri asan əhəlləşmə xüsusiyyətinə malikdirlər. Onlar Sirk və zooparklarda asanlıqla yaşaya bilirlər. ABŞ donanmasına xidmətə qəbul olunurlar (üzərlərinə müxtəlif qurğular yerləşdirərək). Kaliforniya dəniz şirinin erkəkləri 2,4 m uzunluğa, 300 km çəkiyə malik olurlar. Dişilər isə 2 metr uzunluğa və 90 kq çəki verirlər. Dişilərin bu cür kiçik ölçüləri onları suitinə bənzədir.