KAM TERRASI

qum laylarından ibarət göl-buzlaq çöküntülərinin inkişaf etdiyi geniş səth. Özünəməxsus relyef üstünlük təşkil edir. Terrasın arxa hissəsi adətən moren təpəliyinə söykənir, nadir çökəklikləri (zollar) olan yastı səthlə səciyyələnir. терраса камовая kamain terrace
KALİNİN BUZLAQ EPOXASI
KAMLAR
OBASTAN VİKİ
Kam (Xoy)
Kam (fars. كم‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Sikl terrası
Sikl terrası (rus. цикловая терраса, ing. cyclic terrace) — tektonik hərəkətlərin təsiri nəticəsində çay dərəsinin meyilliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlənməsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Çılpaqdağ terrası
Çılpaqdağ terrası — çılpaqdağ zonaları üçün səciyyəvi olan pilləli relyef forması. Yüksəkliyi 1–3 m-dən bir neçə on metrə çatan dik sıxıntılı sahələr. Bərk süxurlardan təşkil olunmuş dağ yamaclarında meşə sərhəddindən yuxarıda, çılpaqdağ aşınma zonasında və qütb vilayətlərində əmələ gəlir. == Həmçinin bax == Dağ süxurlar Dağ == Mənbə == Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm. 2012. səh. 53.
Çay terrası
Çay terrası — çay dərələrində geniş yayılmış bu morfoskulpturların elementlərin morfoloji xüsusiyyətləri, sayı, nisbi və mütləq yüksəklikləri, deformasiya və saxlanılma dərəcələri çay hövzəsinin yerləşdiyi sahənin mütləq yüksəkliyindən, dərənin yaşından, relyefin enerjisindən, uzun müddətli, çoxillik və mövsümi iqlim dəyişmələrindən, axımın miqdarından və rejimindən, erozion siklləri müəyyən edən və terrası formalaşdıran tektonik hərəkətlərin xarakterindən və ritmlərin sayından, çayların uzunluqlarından, eroziya bazisinin miqrasiyasından bilavasitə asılıdır. Bu əlaqəni müxtəlif geotektonik rejimli morfostrukturları kəsən çay dərələrində terrasların sayına, struktur quruluşuna, deformasiya dərəcəsinə, ölçülərinə və kəsilişlərdə olan çöküntü komplekslərinin xarakterinə əsasən izah etmək mümkündür. == Böyük Qafqazın cənub yamacı çaylarında terras səviyyəsi == Böyük Qafqazın cənub yamacı çaylarında B. Ə. Budaqov 17 terras səviyyəsi ayırmışdır (cədvəl 1). Baş Qafqaz silsiləsinin cənub yamacının bəzi çay dərələrinin çay terrasları Bu terraslar çayların su səviyyəsindən 0,5–2; 6–8; 10–15; 20–25; 30–35; 40–45; 50–55; 65–70; 75–80; 90–115; 120–125; 135–145; 150–155; 175; 190–200; 210–220; 240–250 metr yüksəkliklərdə yerləşir, lakin bütün çay dərələrində bu terras kompleksləri tam iştirak etmir. Ərazinin intensiv tektonik qalxması və güclü eroziya nəticəsində terras səviyyələrinin bəziləri tamamilə yuyulmuş, bəzi sahələrdə isə onların xırda fraqmentləri saxlanılmışdır. Alçaq və qismən orta səviyyəli terraslar daha yaxşı saxlanılmışdır. Bu terras səviyyələri çay dərələrinin orta və aşağı hissələri üçün xarakterikdir. === Şimal-şərq yamacın çay dərələrində terraslar === Şimal-şərq yamacın çay dərələrində (Qusarçay, Qudyalçay, Vəlvələçay, Gilgilçay və s.) əsas terras səviyyələri onların sinklinal strukturları kəsdiyi sahələrdə, geniş sahəli olmaqla yaxşı saxlanılmışdır. D. A. Lilienberq, B. Ə. Budaqov şimal-şərq yamacda, A. A. Mikayılov isə Qusar maili düzənliyində 14–17 terras səviyyəsinin olduğunu göstərir. Bəzi çay terraslarının Xəzər dənizi terrasları ilə uzlaşdırılması onların yaşını xeyli dəqiqləşdirməyə imkan vermişdir.
Li Hunq Kam
Li Hunq Kam - Honkonqlu veteran opera müğənnisi, aktrisası. == Həyatı == Məşhur opera müğənnisi Li Hunq Kam 13 yanvar 1932-ci ildə Tayvanda anadan olmuşdur. İlk dəfə 14 yaşında, 1946-cı ildə səhnələrə gəlmişdir və Kanton operalarının birində kiçik çıxış etmişdir. Orta məktəbi bitirdikdən sonra ali təhsil ala bilməyən Li Hunq Kam 1950-ci ildə məşhur opera müğənnisi Xiao Conqkun ilə evləndi və bu evlilikdən onun Xiao Ziyun adlı bir qızı oldu. Ancaq, evlilik 7 il davam edə bildi və 1957-ci ildə həyat yoldaşından boşanan Li qızı ilə birlikdə Kanadaya köçdü. Bundan sonra Li heç evlənmədi, daha sonra, Tan Binqven ilə dəfələrlə əməkdaşlıq etdi, bir neçə film istehsal edən şirkətlər qurmaq üçün ortaq müəssisələr qurdu. Li Hunq Kamın 1970-ci illərdə bir neçə dəfə görünən və televiziyalarda göstərilən iki qardaşı var idi, lakin, sonra Li iki qardaşı ilə əlaqəsinin tamamilə kəsildiyini etiraf etdi. Linin ilk filmi 1956-cı ildə çəkilmişdir. Sonra o, Tan Binqven ilə şərik olaraq film şirkəti təsis etdi və burada bir çox komediyalar çəkdi. 1976-cı ildə özü tək "Lee's Film Company" şirkətini qurdu və burada da bir neçə komediya filmi çəkdi.
Kam Ranh Beynəlxalq Hava Limanı