KARABUĞDAY
KARAKOL
OBASTAN VİKİ
Cem Karaca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Gizem Karaca
Gizem Karaca (7 sentyabr 1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb. == Həyatı == Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir. == Karyerası == Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır.
Mehmet Karaca
Mehmet Karaca — əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru. Türkiyənin tanınmış rok ifaçısı Cem Karacanın atasıdır. Həyat yoldaşı erməni əsilli Toto Karacadır (İrma Feleqyan). 1934-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. 1964-cü ilədək fəaliyyət göstərib. Beynində baş verən problemlərə görə sənətdən aralanıb.
Reyhan Karaca
Reyhan Karaca (8 noyabr 1970, İstanbul) türk müğənnisidir .
Xeyrəddin Karaca
Xeyrəddin Karaca (4 aprel 1922 – 20 yanvar 2020, İstanbul) — bir Türk sənayeçi və ətraf mühit fəalıydı. Atası Xocazadə Xəlil Əfəndi və anası Zəhra Xanım, hər ikisi Krımdan mühacir idilər. Orta məktəbi bitirdikdən sonra ailənin trikotaj ticarətini götürərək ölkənin ən uğurlu sənaye müəssisələrindən birinə çevirdi. Karaca firması Türkiyədə ixracatın lideri olub, üstəlik bunu digər müəssisələrdən təxminən 20 il əvvəl həyata keçirmişdir. Xeyrəddin Karaca bu mövzuda belə danışır: " Mən sənayeçi olmaq istəmirdim. İstədiyim ədəbiyyatla məşğul olub qalan vaxtımı təbiətlə iç-içə keçirmək idi. Lakin o vaxtlar atamıza qarşı çıxmaqdan söhbət belə gedə bilməzdi." Əlli yaşlarında Türkiyənin ilk özəl dendrarisini qurdu. Ölkə daxili və xaricində gəzdiyi hər yerdən toxum topladı , botanika bağlarını gəzdi və əlaqələr qurdu. Bu gün Yalovadakı Karaca Arboretumu bütün dünyada botaniklər tərəfindən tanınır. İldə iki dəfə nəşr olunan Arboretum Magazine, alimlərin araşdırmalarının və fikirlərinin dərc olunduğu bir forumdur.
İşın Karaca
İşın Karaca (7 mart 1973, London, Böyük Britaniya) - türk musiqiçi. == Diskoqrafiya == Anadilim Aşk (2001) İçinde Aşk Var (2004) Başka 33/3 (2006) Uyanış (2009) Arabesque: Geçmiş, Geçmemiş Hiç...
Karaca Dağ
Karaca dağ— təqribən Cənub-Şərqi Anadolu bölgəsinin ortasında yerləşən, Diyarbəkir hövzəsi ilə Şanlıurfa yaylasını şimal-cənub istiqamətində ayıran sönmüş vulkandır. Ən yüksək nöqtəsi 1952 m-dir. Karaca dağ vulkanı maye lavanın əmələ gətirdiyi qalxan vulkan quruluşuna malikdir. Onun diametri 120 km, sahəsi 8000 km²-dir. Onun çox aşağı 2% maililiyi olan yamacı var. Bazaltik lavadan ibarətdir. Püskürmələr üç fərqli dövrdə baş vermişdir. Karaca dağ Diyarbəkir, Şanlıurfa və Mardin illərinin torpaqlarına yayılır. Vulkan yuxarı miosendə fəaliyyətə başlamış və dövrümüzdən 100.000 il əvvələ qədər lava püskürmüşdür. Karaca dağın yaranmasının əsas səbəbi Ərəbistan plitəsinin Anadolu plitəsi üzərindəki təzyiqidir.
Sevda Karaca Dəmir
Sevda Karaca Dəmir (1984, Adana) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Sevda Karaca Dəmir 1984-cü ildə Adana ilində anadan olub. ODTÜ Siyasi və İctimai Elmlər Bölməsindən məzun olub. Uzun illər jurnalist olaraq çalışıb. 2007-ci ildən Evrensel qəzetində çalışır. Həmin il Hayat Televiziyasının qurucularından olub. Hayat TV Nəşr Koordinasiyasının üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Parlamentdə Əmək Partiyasını təmsil edib. İngiliscə, almanca və fransızca bilir.
Anthemis karacae
Anthemis karacae (lat. Anthemis karacae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Batuhan Karacakaya
Batuhan Karacakaya (5 fevral 1997, İstanbul) — Türkiyə TV serial aktyoru. İlk layihəsinə Beşinci Ölçü serialı ilə başladı və bu serialda qonaq aktyor kimi göründü. O, sosial şəbəkədə Bülent Ziyagil kimi tanınır. 2008–2010-cu illər arasında Aşk-ı Memnu serialında "Bülənt Ziyagil" rolunu oynayıb. Daha sonra Çarəsiz Evdarlar serialında "Mert" obrazını canlandırıb. Diriliş Ərtoğrul serialında "Dündar bəy" obrazını canlandırıb. 2021-ci ildə Acun Ilıcalı Survivor Məşhurlar-Könüllülər yarışmasına qatıldı və məşhurlar komandasında iştirak etdi və yarışmada 7-ci oldu. 2022-ci ildə yenidən Survivor 2022: All Star yarışmasına qatıldı və yarışmağa davam edir. 29 iyun 2022 tarixində Yarım Finalda 3-cü olmuşdur. 2023-cü ildə hərbi xidmətdə olmuşdur.
Eftixiya Karacanni
Eftixiya Karacanni (d. 10 sentyabr 1973) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Eftixiya Karacanni, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.