karikaturalaşdırmaq 2021
karikaturçuluq
OBASTAN VİKİ
Karikaturçu
Karikatur və ya Karikatura (lat. carrus – şişirtmək, italyanca yükləmək, şişirtmək) — ictimai-siyasi və məişət mövzularında satirik və ya yumoristik rəsm. Karikaturlar çox vaxt siyasi məzmunlu olur. Şəkil karikaturların yaradıcıları karikaturçular və ya karikaturçu rəssamlar adlanır. Karukaturada çox vaxt söhbət mövcud dəyərlər və ya siyasi münasibətlərə tənqidi əhatə edən satiranın şəkil formasından gedir. Bu, adətən, cəmiyyətdə qarşıdurmalarda "silah" kimi də tətbiq edilir. Karikatur bilərəkdən verilmiş hadisənin və ya şəxsin xarakterik cizgilərini şişirdilmiş və təhrif olunmuş formada təsvir edərək əldə edilən reallığın kontrastı və etirazı əsasında kənar şəxsləri düşünməyə vadar edir. Tez-tez karikatur aktual hadisəyə sarkastik-ironik baxımdan yanaşır. Burada təsvir olunan hadisə və şəxsin malik olduğu çatışmazlığı və səhvləri qabarıq göstərilir və bu və ya digər formada rəssamlıq texnikasının köməyi ilə onu gülməli vəziyyətə salır. == Tarixi == İlk karikatur rəsmləri Antik dövrlərdə çəkilmişdir.

Значение слова в других словарях