Həsən Kasablanka Universiteti
Həsən Kasablanka Universiteti — Mərakeş Krallığının Kasablanka şəhərində dövlət universiteti.
== Tarixi ==
Universitet 1975-ci ildə Həsən de Ain Çok Universiteti və Həsən Məhəmmədiya Universitetinin birləşməsindən sonra yaranıb.
Ümumilikdə burada yerli və xarici tələbələr də daxil olmaqla 24 mindən çox tələbə təhsil alır. Universitet Mərakeşin üçüncü ən böyük universitetidir.
== Akademik strukturu ==
Universitetdə ərəb və fransız dilləri tədris olunur. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər kimi bəzi fənlər üçün və aspirantlar üçün fransız və ərəb dillərini bilmək tələb olunur. Bununla belə, Texniki fənlər yalnız fransız dilində təklif olunur.
Universitet Beynəlxalq Tədqiqat Universitetləri Alyansının üzvüdür.
Xarici tələbələr əsasən fransız dilli ölkələrdəndir: Fransa, Seneqal, Konqo Respublikası, Mavritaniya, Liviya, Tunis, Əlcəzair, Mali, Yəmən, İndoneziya və s.
=== Fakültələri ===
Hüquq, İqtisadi və Sosial elmlər fakültəsi.