Kaste

die; -, -n silk, təbəqə
kastanienbraun
kasteien
OBASTAN VİKİ
Jan Kasteks
Jan Kasteks (fr. Jean Castex; 25 iyun 1965[…], Vik-Fezansak[d]) — 3 iyul 2020-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız siyasətçi. Cənub-qərb fransız aksenti olan Kasteks Sandra Ribelayq ilə evlidir, dörd qızı var. Sərbəst katalan dili danışan Kasteks Fransanın cənubundakı katalan kimliyinin və digər regional həssaslıqların müdafiəçisi hesab olunur. Keçmiş həmkarlar ittifaqı lideri Jan-Klod Mayi və "Charlie Hebdo"-un keçmiş yazarı, həkim Patrik Pellu ilə də dostdur. 2010-cu ildən 2011-ci ilə qədər 2000-ci ildə Şərqi Pireneydə Pradesə bələdiyyə sədri seçilən Kasteks Səhiyyə Naziri Ksavye Bertran rəhbərliyi altında Fransua Fiyonun nazirliyində Baş Qərargah rəisi olaraq çalışdı. Raymond Subidən sonra, 2011–2012-ci illərdə Prezident Nikolas Sarkozinin rəhbərliyi altında Eliseyin baş katibi olaraq çalışdı. XHB-də 2012-ci il seçkilərində Fiyonu dəstəklədi. Yerli səviyyədə Kasteks 2010–2015-ci illərdə Langedok-Russilyon bölgə müşaviri kimi çalışdı və 2015-ci ildən Şərqi Pireneyin şöbə müşaviri vəzifəsində çalışdı. Kasteks 2017-ci ilin sentyabr ayında 2024 Olimpiadası və Paralimpiadasına idarələrarası nümayəndə təyin edildi, eyni zamanda Milli İdman Agentliyinin prezidenti təyin edildi.
Karlos Kastenada
Karlos Kastanyeda (25 dekabr 1925[…] – 27 aprel 1998[…], Los-Anceles, ABŞ) — yazıçı. Karlos Kastanyeda adı ilə tanınan Sezar Salvador Aranyanın doğum tarixi və məkanı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələr onun 1925-ci il 25 dekabrda Perunun Kaxamarka şəhərində, digərləri isə 1935-ci ildə Braziliyanın San Paulo şəhərində dünyaya gəldiyi qənaətindədir. Anadan olarkən anasının on beş, atasının on yeddi yaşı olmuşdur. Aranyanı xalalarından biri böyütmüşdür. Lakin onu altı yaşında olarkən itirmişdir. İyirmi beş yaşında isə doğma anası vəfat etmişdir. On beş yaşında ikən valideynləri Aranyanı ABŞ-yə göndərmişlər. Orta təhsil almaq üçün ona San-Fransiskoda ailə də tapmışlar. Məktəbi bitirdikdən (Hollywood High School) sonra Aranya Milana İncəsənət Akademiyasında təhsil almaq məqsədilə getsə də, istəyi baş tutmamış, Kaliforniyaya qayıtmalı olmuşdur.
Kastel-de-Kastels
Kastel-de-Kastels (isp. Castell de Castells) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 493 nəfərə çatmışdır.
Kastel Rotsone
Kastel Rotsone (it. Castel Rozzone) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 40 kilometr (25 mil) şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) cənubda yerləşir. Əhalisi 2545 nəfər, əhalinin sıxlığı 2545 nəfər/km²-dir. Sahəsi 1 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 0363.
Kastelao stadionu
Kastelao stadionu (Fortaleza)
Kastelao stadionu (Fortaleza)
Kastelao stadionu (port. Estádio Governador Plácido Castelo) — Braziliyanın Fortaleza şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 58,400 nəfərdir. "Keara" klubu ev oyunlarını bu stadionda keçirir. Açılışı 11 noyabr 1973-cü ildə olmuşdur. Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Kastelao stadionu (San-Luis)
Kastelao stadionu (port. Estádio Governador João Castelo) — Braziliyanın San-Luis şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 40,000 nəfərdir. "Moto Klub" və "Sampayo Korrea" klubları ev oyunlarını bu stadionda keçirirlər. Açılışı 5 fevral 1982-ci ildə olmuşdur.
Kastellammare di Stabiya
Kastellammare di Stabiya (it. Castellammare di Stabia) — İtaliyanın Kampaniya regionunda şəhər.
Kastellan (rayon)
Kastellan (fr. Castellane) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Provans Alpları. Suprefektura — Kastellan. Rayon əhalisi 2006-cı ildə 9 238 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 7 nəf / km². Rayon sahəsi — 2195 km².
Kastelle-le-Sos
Kastelle-le-Sos (fr. , oks. Castelet de Saussas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04042. 2008-ci ildə əhalinin sayı 113 nəfər təşkil edirdi. 2007-ci ildə 54 yaşda (15-64 yaş arasında) 34 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 63.0%, 1999-cu ildə 58.8%). 34 fəal şəxsdən 32 nəfəri (20 kişi və 12 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Kastello Kalepyo
Kastello Kalepyo (it. Castelli Calepio) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 20 kilometr (12 mil) cənub-şərqdə yerləşir. Bələdiyyə mərkəzi Tagliuno fraksiyasındadır. Əhalisi 9337 nəfərdir (2005-ci ilə görə), əhalinin sıxlığı 942 nəfər/km²-dir. Sahəsi 9,91 km² ərazini tutur. Poçt kodu 24060. Telefon kodu 0035 (Tagliuno e Calepio), 030 (Cividino e Quintano).
Kastello Sforçesko
Sforçesko qəsri (it. Castello Sforzesco) — Milanın köhnə hissəsinin şimalında Qəsr meydanında (it. Piazza Castello) yerləşmiş Sforza sülaləsindən olan Milan hersoqlarının malikanəsi olmuşdur. Qəsr ilk dəfə XIV əsrdə 1360-1370 ci illərdə Viskonti tərəfindən binası qoyulmuşdur, sonradan Ambroze Respublikası ilə nəticələnən xalq üsyanı zamanı dağıdılmışdır. XV əsrin ortalarında 1447 ci ildə hersoq Françesko Sforça tərəfindən yenidən tikilmişdir. XVI əsrdə qəsrin dizaynı Leanardo da Vinçiyə həvalə olunmuşdur. Qəsrin (it. pergola) talvar hissəsi(bağın tac konkstruksiyası) məhz ona məxsusdur. 1833-1905 ci ildə ətraflı bərpa edilmişdir. 1943-cü ildə bomba nəticəsində zədə almış hissələri sonradan bərpa edilmişdir.
Kastelmari
Kastelmari (fr. Castelmary, oks. Castèl Marin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Peyrale kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12060. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 33 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 135 nəfər təşkil edirdi. 2007-ci ildə 69 yaşda (15-64 yaş arasında) 44 nəfər iqtisadi cəhətdən, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 60.3%).
Kastelno-Peqerol
Kastelno-Peqerol (fr. Castelnau-Pégayrols, oks. Castèlnòu de Leveson) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12062. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 38 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 321 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 342 nəfər (15-64 yaş arasında) 240 nəfər iqtisadi fəal, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 67.7%).
Kastelno-de-Manday
Kastelno-de-Manday (fr. Castelnau-de-Mandailles, oks. Castèlnau de Mandalhas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12061. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 33 km şimal-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 546 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 342 nəfər arasında (15-64 yaş arasında) 240 nəfər iqtisadi fəal, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 70,2%, 1999-cu ildə 67,7%).
Kastelnuovo di Qarfanyana
Kastelnuevo di Qarfanyana (it. Castenuevo di Garfagnana) — İtaliyanın Toskana regionunda şəhər.
Kastelsarrazen (rayon)
Kastelsarrazen (fr. Castelsarrasin ) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Tarn və Qaronna. Suprefektura — Kastelsarrazen. Rayon əhalisi 2006-cı ildə 72 718 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 45 nəf / km². Rayon sahəsi — 1602 km².
Kasteltermini
Kasteltermini (it. Casteltermini) — İtaliyanın Siciliya regionunda şəhər.
Kaster (Vaşinqton)
Kaster (ing. Custer) — ABŞ-nin Uotkom dairəsində siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 366 nəfər olmuşdur. Adı ilk poçt müdiri Alber Kasterin adından götürülmüşdür. İlk ərazi Valley View və Bay Roads yollarının kəsişməsində olsa da, 1890–1892-ci illərdə dəmiryolunun çəkilməsi ilə əlaqədar indiki əraziyə köçürülmüşdür. Ümumi ərazisi 4.7 km² olub, tamamilə quru ərazisindən ibarətdir. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 366 nəfər əhali, 138 şəxsi təsərrüfat və 98 ailə vardı. Əhalinin sıxlığı 63.5 nəfər/km²-di. Burada 147 ev var və evlərin sıxlığı 31.3/km²-di. Əhalinin etnik tərkibini 89,3%-i Ağ amerikalılar, 1,9%-i Asiyalılar, 0,3%-i Hindilər, 0,5%-i Afroamerikalılar, 6,3%-i digər irqdən olanlar və 1,6%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
Le-Kastellar-Melan
Le-Kastellar-Melan (fr. Le Castellard-Melan, oks. Lo Castelar e Melan) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04040. 2008-ci ildə əhalinin sayı 55 nəfər təşkil edirdi. 2007-ci ildə 39 yaşdan yuxarı (15-64 yaş arasında) 25 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,1%, 1999-cu ildə 67.9%). Fəal olan 25 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın) işləyir, 1 nəfər işsizdir.
Le-Kastelle (Yuxarı Provans Alpları)
Le-Kastelle (fr. Le Castellet, oks. Lo Castelet) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Me kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04041. 2008-ci ildə əhalinin sayı 257 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 151 nəfər (15-64 yaş) arasında 111 nəfər iqtisadi cəhətdən fəal, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə 62.0%). Aktiv olan 111 nəfərdən 98 nəfər (57 kişi və 41 qadın), 13 nəfər işsiz (5 kişi və 8 qadın) idi.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Teramo Kastelli
Teramo Kristoforo Kastelli (it. Teramo Cristoforo Castelli; 1597, Genuya və ya Palermo – 3 oktyabr 1659, Palermo) — İtaliya missioneri. Teramo Kristoforo Kastelli 1597-ci ildə anadan olmuşdur. Zadəgan ailəsindən olan Kastelli 1632–1654-cü illərdə Gürcüstanda yaşamışdır. O, əsasən Gürcüstan xalqı və təbiəti haqqında olan yeddi cildlik səyahət qeydləri yazmış, eskizlər və digər illüstrasiyalar çəkmişdir. Bu əlyazma 1878-ci ildə keşiş Coakkino di Marso tərəfindən kəşf edilmişdir. Bu, Palermo bələdiyyə kitabxanasına çatdırılmış və 1910-cu ildə Mişel Tamarati tərəfindən Gürcüstan alimlərinin diqqətinə çatdırılmışdır. Vikianbarda Teramo Kristoforo Kastelli ilə əlaqəli mediafayllar var.
Villa Kastelli helikopter qəzası
Villa Kastelli helikopter qəzası (isp. Accidente aéreo de Villa Castelli) — 2015-ci ilin 9 mart tarixində Argentinanın şimal-qərbində yerləşən La Rioja bölgəsinin Villa Kastelli kəndi ərazisində baş vermiş helikopter qəzası. İki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olmuşdur. Helikopterlər, fransız televiziya kanalı TF1 də yayımlanan "Dropped" adlı yarışma verlişinin çəkimlərini həyata keçirmək üçün istifadə edilməkdə idi. Yarışmada iştirak etmələri üçün səkkiz tanınmış fransız idmançı müəyyənləşdirilmişdi: Florens Arthaud, Alan Bernard, Filip Kandeloro, Jan Lonqo, An-Flor Marker, Kamilla Muffat, Aleksis Vastin və Slavin Viltord. İdmançılardan sadəcə Bernard və Viltord hadisə baş verən an helikopterdə deyildilər. Qəza Argentinanın paytaxtı Buenos Ayres şəhərinin 1170 km şimal-qərbində yerləşən Villa Kastelli kəndində baş vermişdir. Qəzada həyatını itirən idmançıların hər biri fransız vətəndaşları idi. İmdançılarla yanaşı iki nəfəri yerli pilot olmaqla toplam 10 nəfər həlak olmuşdur. Qəzada həlak olanlar əsasən Fransa idman dünyası üçün önəmli olan simalardır.
Kastellar (Fransa)
Kastellar (fr. Castellar) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Mentona kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mentona-Est kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 12,24 km², əhalisi — 929 nəfərdir (2006) artım tendensiyası ilə: 963 nəfər (2012), əhalinin sıxlığı 78,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 969 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 963 nəfər.