katalan 2021
katalektik
OBASTAN VİKİ
Katalaza
Katalaza - hidrogen- peroksidi (H2O2) dihidrogen (H2) və dihidrogen- monooksidə (H2O, su) parçalayan enzim (ferment). Tərkibində Fe3+ kationu saxlayır. Bu günə qədər hidrogen peroksidi katalaza enzimindən sürətli parçalayan katalizator nə tapılmış, nə də sintez edilməmişdir. Hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks katalaza peroksidat (CAT-H2O2) adlanır. Tənəffüs zamanı ağ ciyərlərimizdə hidrogen- peroksid alınır. Bu maddə tibdə istifadə edilməsinə baxmayaraq zəhərlidir. Bu səbəbdən orqanizmdə katalaza enziminə ( fermentinə )ehtiyac olur. Katalaza demək olar ki, bütün aerob orqanizmlərdə tapılmışdır. Katalaza dörd subvahiddən əmələ gəlmişdir və tərkibində təxminən 2 milyon aminturşu qalığı mövcuddur, yəni tetramerdir . Bu dörd subvahiddə hidrogen- peroksidlə reaksiyaya daxil olmağa imkan verən hem var.
Katalaza-peroksidat
Katalaza-peroksidat — Katalaza enziminin ( fermentinin ) hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks. Formulu CAT-H2O2 kimidir.
Katalaza-peroksidaz
Katalaza-peroksidaz (EC nömrəsi: 1.11.1.21, katG (gen)) fermentinin sistematik adı hidrogen-peroksid oksidazadır. Bu ferment aşağıdakı reaksiyada katalizator rolunu oynayır: (1) donor + H2O2 ⇌ {\displaystyle \rightleftharpoons } oxidized donor + 2 H2O (2) 2 H2O2 ⇌ {\displaystyle \rightleftharpoons } O2 + 2 H2O Bu ferment H2O2-dən O2-ni çıxarır.