Katalizatorlar

kimyəvi reaksiyaların asanlaşmasına və ya tezləşdirilməsinə təsir göstərən kimyəvi birləşmələr.
Karotaj
Katlavan
OBASTAN VİKİ
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar Porfirinlər-təbii və sintetik tetrapirrol birləşmələrdir. Porfirinlərin törəmələri azottərkibli piqmentlər olub, hemoqlobin, xlorofil və digər fermentlərin molekullarının qeyri-zülal hissələrinin tərkibinə daxildir, yüksək heterotsikllərə aiddir. 150-dən çox porfirin sintez olunub. Porfirinlərin fiziki və kimyəvi xassələrinin unikallığı ilə əlaqədar olaraq onların analoqlarının kimyada, biologiyada, tibbdə, optikada və materialşünaslıqda tədqiqatına böyük maraq yaradır.Son illər tədqiqatçıların porfirin və onun komplekslərinə marağı artmışdır. Hazırkı dövrdə porfirinlərin əllidən artıq törəməsi sintez edilmişdir və onlara maraq aşağıdakı xassələri ilə əlaqədardır. Öz biokimyəvi əhəmiyyətinə görə porfirin komplekslərini zülallarla, nuklein turşuları, karbohidrat və lipidlərlə bir sıraya qoymaq olar. Porfirinin maqnezium kompleksi – xlorofil vacib bioloji proseslərdən biri fotosintezdə iştirak edir. Porfirinin digər kompleksi – dəmirlə protoporfirinin kompleksi qan hemoqlobinin tərkibinə daxildir. Porfirinin dəmirlə kompleksi hüceyrələrdə baş verən mürəkkəb oksidləşmə-reduksiya reaksiyalarında iştirak edən bir çox fermentlərin aktiv hissəsini təşkil edir. Porfirin kompleksləri yüksək aktiv katalizatorlar, yüksək keyfiyyətli boyalar, fotosensibilizatorlar, işıq və termostabilizatorlar kimi tətbiq edilə bilər.Porfirinlər əsasında katalizatorlar, sensorlar, dərman preparatları, üzvi yarımkeçiricilər, maye kristallar və optika üçün materiallar yaradılmışdır.
Tsiqler-Natta katalizatorları
Tsiqler-Natta katalizatorları – vinil monomerlərinin polimerləşmə katalizatorlarıdır. Onlar həmçinin stereomüntəzəm polimerlərin alınmasına da imkan verir. Bu katalizatorlar keçid metalların birləşmələrinin (TiCl4, TiCl3, VOCl3 və s.) alkillərlə və II-III qrup metalların halogenalkanları (AlR3, AlR2Cl, MgRCl, ZnR2) ilə qarşılıqlı təsirindən əmələ gələn komplekslərdən ibarətdir. Katalizatorlar polimerləşmə prosesində keçid metalın alkil törəməsi ilə koordinasiya olunur, sonra isə M—C, M—M əlaqəsi üzrə tətbiq olunur. == Tarixi == 1990-cı illərə qədər Tsiqler-Natta katalizatiolarının qəqiq təsir mexanizmi axira qədər öyrənilməmiş qalırdı. 2010-cu ildə Tsiqler-Natta katalizatiolarının istifadəsi ilə plastmas, elastomer və rezin istehsalının həcmi 100 milyon tondan artıq olmuşdur. == Növləri == Hal-hazırda Tsiqler-Natta katalizinin 3 növü tətbiq olunur: klassik – titan birləşmələrinin əsasında. Kataliz sokatalizator kimi alüminium üzvi birləşmələrinin iştirakı ilə gedir. Bir qayda olaraq, sokatalizator kimi trietilalüminium Al(C2H5)3 və triizobutilalüminium Al(C4H9)3 götürürlər; metallosen – metallosenlər əsasında (məs., titanosen dixlorid əsasında). Bu halda da sokatalizator tələb olunur, adətən, digər alüminium üzvi birləşmədən – metilalümoksandan (Al(CH3)O)n istifadə olunur; postmetallosen kataliz.
-ячк-(а) брэнд-ме́неджер гло́сса монбла́н не бо́льший отождестви́ться плясу́нья самовозвели́чивание батра́к за́пись запу́гиваться иллюмина́торный клеёночный контрацепти́вы оя́ловеть послать кого-л. пода́льше простирну́ть юзи́ть encyclopaedize Great Victoria Desert lubricity May Queen Old Arabic замокнуть невеста