Kate

die; -, -n kiçik ev, daxma
Katastrophe
Katechismus
OBASTAN VİKİ
Kate
Kate (KDE Advanced Text Editor) — KDE tərəfindən yaradılan mətn redaktorudur. UTF-8, UTF-16, ISO-8859–1 və ASCII kodinqlərini dəstəkləyir. Sintaksi tanıma (highlighting) xüsusiyyətinə malikdir. C++ dili ilə Kate üçün pluginlər yazmaq mümkündür.
Kate Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Kate Upton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Dəstə (taksonomik kateqoriya)
Dəstə (ordo) heyvan sistematikasında bir neçə fəsiləni birləşdirən taksonomik kateqoriya. Yaxın dəstələr sinif əmələ gətirir (mükəmməl sistematikalarda dəstə əvvəlcə tamdəstə və yarımsinif, sonra isə sinfi təşkil edir). Bitki sistematikasında sıra dəstəyə müvafiq tutulur.
Foqarti kateteri
Foqarti kateteri (ing. Fogrty-Katheter) Amerika cərrahı Tomas J. Foqartinin adı ilə adlandırılmış, 75 sm uzunluğunda, uc hissəsində daxilinə maye (Heparinli 0,9%-li NaCl məhlulu) yeritmək üçün qovucuq olan, arteriya damarlarından tromb kütləsini xaric etmək üçün tətbiq edilən elastik və plastik boru ya kateterdir. Kateter damar və ürək cərrahiyyəsində, xüsusən də magistral damarların trombozunda geniş tətbiqini tapmışdır. Tromb kütləsi ilə tutulmuş damar proksimal hissədən yarılaraq daxilinə Foqarti kateteri yeridilir. Kateterin ucu tromb kütləsini dələrək distal istiqamətdə yeridildikdən sonra , onun ucundakı qovucuğa müvafiq miqdarda Heparinli 0,9%-li NaCl məhlulu yeridilərək şişirdilir. Bundan sonra kateter geri çəkilərək yarılmış damar mənfəzindən kənar edilir. Nəticədə qovucuq tromb kütləsini önünə alıb kürəyərək damar kəsiyindən xaric etmiş olur. Kateter Arterial kateter Venadaxili kateter Mərkəzi venoz kateter Svan-Hanz kateteri Sidik kateteri Ellis H. The Fogarty catheter. J Perioper Pract. 2006 Jun;16(6):303.
Fransız kateter şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3 Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer (fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Herbert və Katerin Yakobsun ilk evi
Herbert və Katerin Yakobsun ilk evi və ya I Yakobs ― Amerika Birləşmiş Ştatları, Viskonsin, Madisonda 441-ci prospektdə yerləşən bir ailə evidir. Ev tanınmış amerika memarı Frank Lloyd Rayt tərəfindən tərtib edilmiş, 1937-ci ildə inşa edilmişdir. 2003-cü ildə Milli tarixi bir yer olaraq təyin edildi. Raytın evi və bir neçə başqa mülkü 2019-cu ilin iyul ayında "Frank Lloyd Raytın 20-ci əsr memarlığı" adı altında ümumdünya irsi siyahısına daxil edilib. Yakobsun evi Birç və Evklid prospektləri arasındakı Toepfer prospektinin şərq tərəfində, Madison şəhərinin cənub-qərbində bir yaşayış yerində yerləşir. Ev bir mərtəbəli olub, xarici görünüşü kərpic, taxta və şüşə qapıların birləşməsində ibarətdir. Eyni zamanda ev düz bir dam ilə örtülür və beton təməl üzərində dayanır. Daxili sahəsi 1500 kvadrat metr olub iki yataq otağından ibarətdir. Evin orijinal istilik sistemi əsas beton döşəmənin altına qoyulmuş buxar istilik borularından ibarətdir. Buxar istisini təmin edən soba mətbəxin altındakı kiçik bir zirzəmidə yerləşir.
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri — Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında etdiyi 4 yürüşdür. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxetiya kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Tiflis tamamilə dağıdıldı, üsyan yatırıldı. 100.000-ə qədər gürcü qətlə yetirildi və 130.000 ilə 200.000 arası şəxs İrana sürgün edildi. Bunun nəticəsində Kaxetiya və Kartlidə Səfəvi hakimiyyəti möhkəmləndirildi. 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Karabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Buna görə də, Osmanlı ilə imzalanmış İstanbul sülh müqaviləsi (1612) sona çatdı.
Katemalyo adası
Katemalyo adası — Oxot dənizinə aid olan Şelixov körfəzinin cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Maqadan vilayəti ərazisinə daxildir. Yam adalarına daxildir. SSRİ-nin Şimal-Şərqi Toponimik lüğətinə görə, adın linqvistik mənsubiyyəti müəyyən edilməmişdir. Beş müstəqil konus formalı qaya çıxıntısı ilə təmsil olunur. Pyaqin yarımadasından və Udaça körfəzindən təxminən 3 kilometr şərqdə yerləşir. 3,2 kilometr qərbdə Yam adalarından olan Baran adası qəraralaşır. Katemalyo adasına eniş praktiki olaraq mümkün deyil. Ən yüksək yeri 59 metrdir. Qonşu akvatoriyasının dərinliyi 50–63 metrdir.
Katenaçço
Katenaçço (it. Catenaccio) — futbolda oyun taktikası.
Kateqoriya
Kateqoriya (yun. kategoria) — fikir, təyin etmə, mülahizə, ittiham, əlamət – müəyyən etmə 1)obyektiv varlığın (filologiyada dilin) ən mühüm hadisələrini ifadə edən elmi məfhum; 2)dərəcə, qrup; 3)fəlsəfədə maddi aləmin ümumi və mühüm xassələrini əks etdirən anlayış; 4)dilçilikdə yekcins qrammatik mənaların məcmusu; 5)işçilərin peşəkarlıq səviyyəsini, yaxud əmtəələrin keyfiyyətini müəyyən edən dərəcə, sıra yeri; 6)fəlsəfədə gerçəklik hadisələrin, idrakın ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən əsas anlayışlar; 7)reallıq hadisələrinin ən ümumi xassələrini və əlaqələrini ifadə edən elmi anlayış; 8)hadisələrin, əşyaların, şəxslərin hər hansı bir əlamətə görə birləşdirilmiş qrupu, dərəcəsi. Fəlsəfədə: Kateqoriya ( fəlsəfə) — obyektiv fikir bildirmə prinsipləri; reallıq və təfəkkür məsələlərinə dair ümumi və əsas anlayışlar ; Riyaziyyatda: Ber kateqoriyası; Lyusternik - Şnirelman kateqoriyası; kateqoriyalar nəzəriyyəsi; Pedaqogikada : Pedaqogika kateqoriyaları — pedaqoji elmin əsasını təşkil edən əsas prinsiplər Linqvistikada : terminal kateqoriya, leksik kateqoriya — ingiliscə (lexical category) — nitq hissəsi kimi ; söz kateqoriyası — terminal kateqoriya ilə tipi ilə ayrılan tərkib hissə ; qrammatil kateqoruiya — qrammatik mənaların əksliklərinin qapalı sistemi ; "qrup", "dərəcə", "çoxluq", "cəm", "koqorta", "seçim" mənalarında : Nəqliyyat vasitələrinin kateqoriyaları; həkim kateqoriyası; insan kateqoriyaları; Vikipediya kateqoriyaları — Vikipediya internet ensiklopediyasında məqalələrin hansısa əlamətlər üzrə sistemləşdirilməsi və qruplaşdırılması mexanizmi. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kateqoriya 1 kabel
Kateqoriya 1 kabel (ing. Category 1 cable) və ya 1-ci kateqoriyalı kabel. Qısaldılmış fomrası: Kat 1 (ing. Cat 1) — İnformasiya texnologiyaları sistemlərində istifadə olunmuş ilk və zəif axın kabel standartlarından biri. Hal-hazırkı dövrdə ən zəif kabel standartlarından biri hesab olunur. İlk dəfə 1985-ci ildə satışa buraxılmışdır və telefon xidmətlərində səs məlumatlarının ötürülməsi üçün istifadə olunmuşdur. Bu kabel tipi ümumilikdə 1Mhz-dən az frekansları dəstəkləyir. Analoq telefon sistemlərində istifadəsi mümkündür və 568 standartının heç bir versiyasında mövcud deyil. Qoruyucusuz Burulmuş Cüt (ing. Unshielded Twisted Pair or UTP) kabel standartları tələblərini tam olaraq qarşılaya bilməmişdir.
Kateqoriya 2 kabel
Kateqoriya 2 kabel (ing. Category 2 cable) və ya 2-ci kateqoriyalı kabel. Qısaldılmış fomrası: Kat 2 (ing. Cat 2) Qoruyucusuz Burulmuş Cüt kabel sinifinin telefon və məlumat kommunikasiyası üçün nəzərdə tutulmuşdur. İlk dəfə istehsal olunduğu zamanlarda yüksək qiymətləndirilməsə də Kat 1-ə nisbətən öz keçərliliyini qoruyub saxlaya bilmişdir. Çünki Kat 1-dən daha keyfiyyətli və sağlam kabel olaraq qimətləndirilir. Qoruyucusuz Burulmuş Cüt standartlarını tam olaraq qarşılaya bilməməkdədir. Kat 2 kabel üzərindən transmissiya üçün uyğun maksimum tezlik 4 MHz, maksimum ötürücülük qabiliyyəti 4 Mbit/s-dir.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Katerina Karaqeorqieviç
Katerina Karaqeorqieviç (serb. Катарина Карађорђевић; 13 noyabr 1943, Afina) — Yuqoslaviya şahzadəsi Aleksandrın həyat yoldaşı. Robert Batisin (1916–2011) və Anna Dostinin (1922–2010) iki qızından biridir. Katerina Afinada və İsveçrənin Lozanna şəhərində təhsil almışdır. Daha sonra Denver Universitetində (Kolorado) və Dallas Universitetində biznes ixtisasına yiyələnmişdir. Bir neçə il Amerika Birləşmiş Ştatlarında biznes sahəsində işləmişdir. 25 noyabr 1962-ci ildə Katerina Cek Volter Endryus (Jack Walter Andrews, 1933–2013) ilə evləndi. Bu evlilikdən iki uşağı var: Devid və Alison. O, çoxlu səyahət etmiş, Avstraliyada və Afrikada yaşamışdır. Katerina və Cek Volter Endryus 7 dekabr 1984-cü ildə boşandı.
Katerina Kornaro
Katerina Kornaro (yun. Αικατερίνη Κορνάρο, it. Caterina) (25 noyabr 1454 – 10 iyul 1510) — 1474-1489-cu illərdə Kipr krallığının kraliçası. Həyat yoldaşı II Ceymsin ölməsindən sonra "Venesiya Respublikasının qızı" adını qəbul etdi və adanı Venesiya Respublikasının himayəsinə verdi. Beləliklə, Kipr krallığı süqut etdi.
Katerina Oikonomopulu
Katerina Oikonomopulu (16 fevral 1978, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. Katerina Oikonomopulu, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Katerina Oikonomopulu, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Katerina Prokesova
Katerina Prokesova (d. 1 fevral 1976; Bratislava, Slovakiya) — Slovakiyanı təmsil edən batut gimnastı. Katerina Prokesova, 2004-cü ildə Slovakiyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Katerina Prokesova, 2004-cü ildə Slovakiya bayrağı altında Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Prokesova, 61.90 xal topladı və 16 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Katerina Sakellaropulu
Katerina Sakellaropulu (yun. Κατερίνα Σακελλαροπούλου; 30 may 1956, Saloniki) — 13 mart 2020-ci ildən etibarən Yunanıstan Prezidenti vəzifəsində çalışan yunan siyasətçi. Sakellaropulu Salonikidə anadan olub. Ailəsi Ksanti prefekturasının Stavrupoli şəhərindəndir. Afina Universitetində hüquq təhsili aldı və Panteon-Assas Universitetində ictimai hüquq üzrə aspiranturasını bitirdi. 1980-ci illərin ortalarında Dövlət Şurasına üzv qəbul edildi və 2000-ci ildə müşavir vəzifəsinə yüksəldi. 2015-ci ilin oktyabrında Dövlət Şurasının Vitse-prezidenti təyin edildi və 2018-ci ilin oktyabrında yekdil səsvermənin ardından məhkəmənin ilk qadın Prezidenti oldu. Onun seçilməsi o dövrdə iqtidarda olan Radikal Sol Koalisiyanın ətraf mühit və insan hüquqları kimi məsələlərdə mütərəqqi rekordunu nəzərdən keçirməsindən sonra baş verdi. Dövlət Şurası Ədliyyə İşçiləri Assosiasiyasının üzvüdür. Birlikdə işlədiyi müddətdə, Baş katib, Vitse-prezident və Prezident vəzifələrində çalışdı.
Katerina Vildermut
Katerina Vildermut (17 aprel 1979) — Almaniyanı təmsil edən bədii gimnast. Katerina Vildermut Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Katerina Vinoqradskaya
Katerina Nikolayevna Vinoqradskaya (14 noyabr 1905, Oryol, Rusiya-10 may 1973, Moskva, Rusiya). Ssenari Müəllifi. Ədəbiyyat fəaliyyətinə 1922-ci ildə (bəzi mənbələrə görə 1926) başlamışdır.
Katerina Zeno
Katerina Zeno (it. Caterino Zeno) ; (1440-cı illər, Venesiya – 1490-cı illər, Venesiya) — italyan siyasətçi və Venesiya Respublikasının diplomatı. Ağqoyunlu hökmdarı Uzun Həsənin yanında Venesiya səfirliyi etməsi ilə məşhurdur. Zeno 12 iyul 1418-ci ildə Venesiyada dünyaya gəlmişdir. O, Zeno ailəsinin üzvü olaraq zadəgan ailəsində dünyaya gəlmişdi. Atası Draqone Pietro Zeno (ö. 1430), anası Anna Morosini idi. Anna Morosini Venesiyanın bir müddət doju olmuş Miçele Morosininin qardaşının qızı idi. Zenonun Antonio və Nikolo adlı iki qardaşı, Antonia adlı bir bacısı olmuşdur. Bacısı 1439-cu ildə Antonio Zorzi ilə evlənmişdir.
Katerine Torrans
Katerine Torrans (d. 10 oktyabr 1998) — Böyük Britaniyalı suya tullanan. Katerine Torrans Böyük Britaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Katerine Torrans birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 236.75 xal toplayaraq 10-cu yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Torrans 255.40 xal toplayaraq 4-cü oldu və yarışı medalsız başa vurdu.
Katerini
Katerini (yun. Κατερίνη) — Yunanıstanın Pieria bölgəsində şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 58.309 nəfər yaşayır.