Toqanbay Kaumbayev
Toqanbay Kaumbayev (qaz. Тоғанбай Қауынбаев) (20.03.1922, Çimkorqan kəndi, Qızılqum rayonu. Cənubi Qazaxıstan vilayəti, Türkistan MSSR — 11.07.2014 Çimkənd, Qazaxıstan) — Böyük Vətən müharibəsində Qızıl Ordunun Mərkəzi Cəbhəsinin 65-ci Ordusunun 69-cu Qırmızı Bayraqlı Sevsk Atıcı Diviziyasının 20-ci ayrı kəşfiyyat bölüyünün komandiri, baş leytenant. 1943-cü ildə döyüşlərdə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Toqanbay Kaumbayev 20 mart 1922-ci ildə Cənubi Qazaxıstan vilayətinin Qızılqum rayonunun Çimkorqan kəndində kəndli ailəsində anadan olub. Milliyətcə qazaxdır.
Toqanbay 6 sinif bitimiş, sovxozda çoban işləmişdir.
Kaumbayev 1942-ci ilin yanvarında Qazaxıstan SSR Cənubi Qazaxıstan vilayətinin Qızılqum rayon hərbi komissarı tərəfindən orduya çağırılmışdır. 1942-ci ilin aprelindən Toqanbay cəbhəyə göndərilmişdir. Kaumbayev 1944-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü seçilmişdir.