kefi saz, damağı çağ

to be in a perfect bliss / Amer. to be on the top of the world быть на верху блаженства
kefi pozulmaq
kefi saz olmaq
OBASTAN VİKİ
Saz
Saz — təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir: Bu gün ələ almaz oldum mən sazım Ərşə dirək-dirək çıxar mənim avazım. Dörd iş vardır hər qarındaşa lazım: Bir elm, bir kəlam, bir nəfəs, bir saz. Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.
SAZ (avtomobil)
SAZ (rus.: ОАО « Сара́нский заво́д автосамосва́лов» - İxt: Saranskiy Zavod Avtosamosvalov - Az.: Saransk yük maşınları zavodu), Sovet Rusiyasında yük maşınları istehsalçısı olmuşdur. Şirkət özüboşaldan yük maşınlarının, yol qatarlarının, zibil daşıyan maşınların istehsalında ixtisaslaşmış və Saransk şəhərində (Mordoviya, Rusiya) yerləşir. Şirkət QAZ Qrupun daxilində yerləşir.
Yeni Çağ
Nyu-eyc (ing. New Age, hərf. Yeni dövr) — psixoloji mövzularla əlaqəli baxışların eklektik yanaşma ilə səciyyələndirən spesifik cərəyan; həm də dünyanın ən sürətlə yayılan dini kimi də təqdim olunur. XX əsrin sonlarında meydana çıxmışdır. "Nyu-eyc" terminini Alisia Beyli adlı bir ingilis xanım yaratmışdır. Minlərlə kilsəsi, külli miqdarda varidatı olan bu cərəyanın 150-dən çox ölkədə 10 milyona yaxın üzvü var. "Nyu-eyc" 1980-ci illərə qədər də submədəniyyət kimi mövcud olmuşdur. Onu bir din kimi isə Ron Habbard adlı amerikalı yazıçı yaratmışdır. Amerikanın yeni dini — "New Age".
Yeni Çağ (Azərbaycan)
"Yeni Çağ" — Aqil Ələsgərin təsisçisi və rəhbəri olduğu, Azərbaycanda fəaliyyət göstərən hökumətəmeyilli media-qrup. 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi saytı yenicag.az 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb. "Yenicag.az" İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir. Saytın rəhbəri Aqil Ələsgərdir. İnformasiya agentliyi Azərbaycan xəbərlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində fəaliyyət göstərir. "Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub. Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən media qrupun təsisçisi və rəhbəri Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü" və "Səssiz işğal" kitablarını çap etdirib. 2016-cı ilin dekabrından "Yenicag.az"ın türk (Yenicag.info) və rusdilli (Yenicag.ru) versiyaları fəaliyyətə başlayıb. Hal-hazırda "Yeni Çağ" Media Qrupuna "Yenicag.az" ( (az.)), "novayaepoxa.com" (Новая Эпоха) ( (rus.)) və "Yenicag.info" ( (türk.)), 2018-ci ildən isə "yenicag.tv" domenləri daxildir.
Yeni Çağ (media qrup)