KESE

kisə
KESAFET
KESİF
OBASTAN VİKİ
Kesennuma Köpəkbalığı Muzeyi
Kesennuma Köpəkbalığı Muzeyi (気仙沼シャークミュージアム, Kesennuma Şaku Myuciamu) – Yaponiyanın Miyaqi prefekturasının Kesennuma şəhərində yerləşən muzey. Yaponiyada köpəkbalıqlarına həsr olunmuş yeganə muzeydir. == Tarixi == Kesennuma şəhəri Yaponiyada köpəkbalığı ovu və köpəkbalığı xörəkləri ilə məşhurdur, hətta şəhər "Köpəkbalığı şəhəri" ləqəbi ilə tanınır. Bu səbəbdən 1997-ci ildə şəhərdə köpəkbalıqlarına həsr olunmuş muzey açılmışdır. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi səbəbilə muzey bağlanmış, yenidənqurma işlərindən sonra 2014-cü ildə yenidən açılmışdır. == Xüsusiyyətlər == Umi no İçi binasının 2-ci mərtəbəsində yerləşən muzey köpəkbalıqlarının ekologiyasına və 2011-ci ildə baş vermiş zəlzələyə həsr olunmuşdur. Muzey 4 bölmədən ibarətdir: bölmələrin ikisi zəlzələdən, biri Kesennuma limanının indiki vəziyyətindən, biri isə köpəkbalıqlarından bəhs edir. Köpəkbalığı bölməsində "Köpəkbalığı möcüzələri" adlı sərgi keçirilir. Burada böyük ağ köpəkbalığı və balina köpəkbalığının realistik modelləri dayanır, köpəkbalığı çənələri sərgilənir, köpəkbalıqlarının yaşayış arealını göstərən xəritə nümayiş etdirilir.
Böyük Şərqi Yaponiya Zəlzələsinin Dağıntıları Kesennuma Şəhər Memorial Muzeyi
Böyük Şərqi Yaponiya Zəlzələsinin Dağıntıları Kesennuma Şəhər Memorial Muzeyi (気仙沼市東日本大震災遺構・伝承館) – Yaponiyanın Miyaqi prefekturasının Kesennuma şəhərində yerləşən muzey. 2011-ci ilin martında Yaponiyada baş vermiş Tohoku zəlzələsi və sunamisinin səbəb olduğu dağıntılara həsr olunmuşdur. == Tarixi == Muzeyin rəsmi açılışı 10 mart 2019-cu ildə baş tutmuşdur. Fəaliyyətinin ilk bir ili ərazində 100.000-ə yaxın ziyarətçi qəbul etmişdir. == Xüsusiyyətlər == Muzey keçmiş Kesennuma Koyo liseyinin dördmərtəbəli binasının ərazisində yerləşir. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi və sunamisi zamanı liseyin 170 şagirdi təxliyə edilmişdir. Zərər görmüş lisey və ətrafındakı digər tikililərin mühafizə olunmuş dağıntıları muzeyin əsasını təşkil edir. Muzey fəlakətin səbəb olduğu dağıntıları nümayiş etdirmək məqsədini daşıyır. Muzeyin dağıntılar sahəsində heç bir işçi yoxdur və heç bir şeyə toxunulmayıb. Otaqların şüşəsi sındığı üçün interyeri xarici təsirlərdən qoruyan heç bir vasitə yoxdur.