kixon
kiilər
OBASTAN VİKİ
Kii yarımadası
Kii yarımadası (yap. 紀伊半島) — İnzibati cəhətdən Vakayama, Mie, Nara, Osaka kimi prefekturalar onun ərazisində yerləşir. — Yarımada da Sintoizm şəhəri, İse-dzinqu kompleksi yerləşir, üstəlik mirvari çıxarılır. Yaponiyanın Honşu adasının şərqində yerləşir. Yosino — Əsrarəngiz dağlar arasında cənub imeratorluğu dönəmində mövcud olan saray. Sinqu (Vakayama), Ovase (Mie) və Kumano (Mie) — ərazilərdə məşhur sintoizm məbədləri yerləşir. 2004-ci ildən Yosino, Kumano, Koya-san və ətraf ərazilər UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Mənbə == Kii yarımadasında yerləşən müqəddəs yerlər və yollar.
Kii boğazı
Kii boğazı (yap. 紀伊水道) — Honşu və Şikoku adaları (Kii yarımadası, Vakayama prefekturası) arasındakı boğaz. Daxili Yaponiyan dənizini və Sakit Okeanı ilə birləşdirir. Boğazın uzunluğu təqribən 50 km, eni isə təqribən 40 km-dir. Boğazdakı qabarma-çəkilmə axınları 17 km/saat sürətə çata bilir. Orta hündürlüyü 2 m-dir. Boğaz Hinomisaki və Kamoda-misaki burnu ilə həmsərhəddir, aralarındakı məsafə 30 km-dir. Dərinliyi 20-100 m-dir. Şimal hissəsində Şikoku ilə Avaci və Kitan və ya Tomoqaşima adasını (və qonşu Sato və Nakano) ayıran, Avaci və Honşu adalarını ayıran dar Naruto boğazı ilə birləşir. Boğazın cənub hissəsi genişdir və birbaşa Sakit okeanla birləşir.
Eupatorium kiirunense
Eupatorium luchuense (lat. Eupatorium luchuense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Kiilunq
Kiilunq — Tayvanda şəhər.
Kiilut (krater)
Kiilut – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Kallistonun cənub qütbünün yaxınlığında yerləşir. Zərbə krateri olduğu güman olunur. Ölçüsü 47 kilometr təşkil edir. Yuxarı hissəsində deqredasiyaya uğramış Reqinleyf krateri görünür.
Kiira Korpi
== Karyerası == === 2002–2003-cü illər: === Kiira Korpi 2003-cü ilin 10 – 12 yanvarında baş tutan gənclər arasında Finlandiya Çempionatında mübarizə apardı. Nəticədə o, gənclər arasında Finlandiya Çempionatının gümüş medalına sahib oldu. Daha sonra isə Kiira Korpi 24 mart-2 apreldə Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Qısa proqramda 17-ci pillənin, sərbəst proqramda isə 20-ci pillənin sahibi olan Kiira Korpi ümumi nəticədə 33.0 balla gənclərin Dünya Çempionatını 19-cu pillədə başa vurdu. === 2003–2004-cü illər: === Kiira Korpi 2003–2004-cü illər mövsümündə gənclər arasında Sloveniya və Polşa Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Sloveniyanın Bled şəhərinin ev sahibliyində baş tutan gənclərin ISU Sloveniya Qran-Prisində mübarizə apardı. Qısa proqramda 2.5 balla beşinci pillənin sahibi olan Kiira Korpi sərbəst proqramda 8.0 balla yeddinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə gənclərin ISU Sloveniya Qran-Prisini 10.5 balla altıncı pillədə başa vurdu. Gənclərin ISU Sloveniya Qran-Prisindən sonra Kiira Korpi 1 – 2 noyabrda Polşada baş tutan gənclərin ISU Polşa Qran-Prisində mübarizə apardı. Qısa və sərbəst proqramlarda dördüncü pillələrin sahibi olan Kiira Korpi gənclərin ISU Polşa Qran-Prisini ümumi nəticədə də 6.00 balla dördüncü pillədə başa vurdu.