kitayka 2021
kitelli
OBASTAN VİKİ
Emil Kitelman
Emil İosifoviç Kitelman (1 noyabr 1983, Bakı) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının keçmiş üzvü. Emil Kitelman 1 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Atası milliyətcə yəhudi, anası isə rus əsillidir. 8 yaşında ikən "Neftçi" klubunun Uşaq-Gənclər İdman Məktəbində futbolla məşğul olmağa başlayıb. Peşəkar futbolçu karyerasına 1999-cu ildə, Azərbaycan Yüksək Liqasında çıxış edən "Xəzər Universiteti" klubunda start verib. 2001–2002 mövsümündə "Şəfa"nın heyətində çempionat oyunlarında 20 oyun keçirib, 1 qol vurub. Yeganə qolunu 1:1 hesablı bərabərliklə yekunlaşan görüşdə "Neftçi"nin qapısından keçirib. 2002-ci ildə ailəsi ilə İsrailə köçməli olan Kitelman, futbolçu karyerasına bu ölkədə davam edib. O, İsraildə yaşadığı 4 il müddətində ölkənin aşağı liqa təmsilçiləri — "Makkabi Herzliya", "Sektsiya Nes-Siona" və "Makkabi İroni Kfar-Yona" kimi klublarında çıxış edib.

Значение слова в других словарях