Emil İosifoviç Kitelman (1 noyabr 1983, Bakı) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının keçmiş üzvü.
Emil Kitelman | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 1 noyabr 1983 (41 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Azərbaycan → İsrail |
||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Emil Kitelman 1 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Atası milliyətcə yəhudi, anası isə rus əsillidir.[1]
8 yaşında ikən "Neftçi" klubunun Uşaq-Gənclər İdman Məktəbində futbolla məşğul olmağa başlayıb.[2] Peşəkar futbolçu karyerasına 1999-cu ildə, Azərbaycan Yüksək Liqasında çıxış edən "Xəzər Universiteti" klubunda start verib.[2] 2001–2002 mövsümündə "Şəfa"nın heyətində çempionat oyunlarında 20 oyun keçirib, 1 qol vurub.[2][3] Yeganə qolunu 1:1 hesablı bərabərliklə yekunlaşan görüşdə "Neftçi"nin qapısından keçirib.[4]
2002-ci ildə ailəsi ilə İsrailə köçməli olan Kitelman, futbolçu karyerasına bu ölkədə davam edib. O, İsraildə yaşadığı 4 il müddətində ölkənin aşağı liqa təmsilçiləri — "Makkabi Herzliya", "Sektsiya Nes-Siona" və "Makkabi İroni Kfar-Yona" kimi klublarında çıxış edib.[2][5]
2006-ci ildə Bakıya geri dönür və "Olimpik" klubu ilə müqavilə bağlayır, lakin "Təyyarəçilər"in heyətində cəmi 3 oyunda forma geyinmək şansı qazanır.[2][6] 2011-ci ilədək futbolçu karyerasına davam edən Kitelman, bu müddət ərzində "Masallı",[2][7] "Bakılı",[2][8] "Muğan",[2][8] "MOİK Bakı"[2][9] və "Neftçi İSM"[2][10] klublarının şərəfini qoruyub.
Kitelman, Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının üzvü olub.[5] O, 2001-ci ildə 19 yaşlılardan ibarət millinin heyətində Avropa çempionatının seçmə mərhələsində 2 oyun keçirib.[11][12]
Emilin böyük qardaşı Mixail də peşəkar futbolçu olub. Karyerasının böyük hissəsini Azərbaycanda keçirmiş futbolçu, yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edib.[13]
Emil, 2010-cu ildə Anarə adlı azərbaycanlı[14] xanımla ailə həyatı qurub.[15]
Bakı Biznes Universitetinin Menecment fakultəsində təhsil alıb.[5]