Kitt

der; -(e)s (Glaserkitt) zamaska; fig. der ganze ~ hamisi,hamisi bir yerdə
kitschig
Kittchen
OBASTAN VİKİ
Aqnes Kittelsen
Aqnes Kittelsen (20 may 1980) — norveçli aktrisa. O, "Skolen"(2004) televiziya seriyasındakı "Anneli", "Maks Manus"(2008) filmindəki "Tikken" və "Kon-Tiki" filmindəki "Liv Heyerdal" rolları ilə tanınır. 2003-cü ildə Norveç Milli Teatr Akademiyasını bitirdikdən sonra o, 2004–2006-cı illərdə Den Milli Teatrında,2007-ci ildən isə Oslo Milli Teatrında işləmişdir. Aqnes Kittelsen 2012-ci ildə "Reisen til julestjernen" adlı Norveç filmində cadugər rolunu və 2013-cü ildə NRK-də yayımlanan 2Yarım qardaş" kitabının televiziya versiyasında Vivian rolunu ifa etmişdir.
Bulbophyllum kittredgei
Bulbophyllum kittredgei (lat. Bulbophyllum kittredgei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Kaze mo Sora mo Kitto...
"Kaze mo Sora mo Kitto..." (風も空もきっと…, azərb. "Külək də, səma da, şübhəsiz..."‎) — Yaponiya müğənnisi Alisa Mizukinin 11-ci sinqlı. 1996-cı ilin 20 aprelində özünün 3-cü albomu olan "Fiore II" albomunun 2-ci sinqlı kimi yayımlanmışdır. Sinqlın sözləri Çika Ueda tərəfindən yazılmışdır. Mahnıdan Yaponiyanın TV Asahi telekanalında yayımlanmış "Seylor Mun" animesinin 5-ci mövsümündə bağlanış mahnısı kimi istifadə olunmuşdur. Animedə bu sinqlın iki versiyası səslənmişdir: Takao Konişi tərəfindən qaydaya salınan ilkin versiyası (167-172-ci seriyalar) və Hiroyuki Otsuki tərəfindən qaydaya salınan hazırkı versiyası (173-199-cu seriyalar). "Kaze mo Sora mo Kitto..." ilk həftəsində Oricon Weekly Singles hit paradında 24-cü yerdə göstərilmiş və 14.130 nüsxəsi satılmışdır. Sinql hit paradda 3 həftə qalmışdır və ümumilikdə 27.530 nüsxəsi alıcılarına qovuşmuşdur. Bütün mahnılar Çika Ueda tərəfindən yazılmış və bəstələnmişdir. Youtube linki.
Kittelia
Sianeya (lat. Cyanea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Kittelia Rchb. Macrochilus C.Presl Rollandia Gaudich.
Pyrethrum kittaryanum
Tanacetum kittaryanum (lat. Tanacetum kittaryanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Pyrethrum kittaryanum C.A.Mey. Tanacetum kittaryanum subsp. kittaryanum Tanacetum kittaryanum subsp. sclerophyllum (Krasch.) Tzvelev Tanacetum kittaryanum subsp.
Tanacetum kittaryanum
Tanacetum kittaryanum (lat. Tanacetum kittaryanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Pyrethrum kittaryanum C.A.Mey. Tanacetum kittaryanum subsp. kittaryanum Tanacetum kittaryanum subsp. sclerophyllum (Krasch.) Tzvelev Tanacetum kittaryanum subsp.
Tanacetum kittaryanum subsp. kittaryanum
Cozef Kittincer
Cozef Uilyam Kittincer II (ing. Joseph William Kittinger II; 27 iyul 1928, Tampa, Florida – 9 dekabr 2022[…]) — "Manhigh" və "Excelsior" layihələrində iştirakı ilə tanınan ABŞ Hərbi Hava Qüvvələri zabiti. Vyetnam müharibəsi zamanı o, vurularaq əsir düşmüş və 11 ay əsirlikdə qalmışdır. Florida ştatının Tampa şəhərində anadan olub. 1949-cu ilin martında o, ABŞ Hərbi Hava Qüvvələrinə qatılır və pilot hazırlığı məktəbinə göndərilir. 1950-ci ilin martında təlimi başa vurduqdan sonra pilot adını və kiçik leytenant rütbəsini qazandı. Daha sonra 86-cı qırıcı-bombardmançı qrupun tərkibində AlmaniyadakıRamştayn Hava Bazasında xidmət etmişdir. 1953-cü ildə Nyu-Meksikodakı Holloman Hərbi Hava Qüvvələri bazasına köçürülmüş, burada hava təhlükəsizliyi zabiti olaraq sağ qalma və katapulta metodları üzrə təlimatçı kimi xidmət etmişdir. Layihənin adı latın dilindən "yüksək" mənasını verən "excelsior" sözündən gəlir. Layihə böyük hündürlükdən paraşütlə tullanmanı tədqiq etmək üçün planlaşdırılmış və stratostatlardan həyata keçirilməli olan cəmi üç tullanış nəzərdə tutulmuşdu.
Mr. Kitty
Mr. Kitty və ya Echo Strobe kimi daha yaxşı tanınan əsl adı Forrest Avery Carney olan (24 mart 1992-ci ildə anadan olub), Amerikalı müğənni-bəstəkar, prodüser və DJ-dir. Onun üslubu synthwave, synthpop, new wave, cadugər evi və qaranlıq dalğa kimi təsvir edilir və musiqilərində dinləyicilərdə nostalji hisslər oyadır. O, daha çox 2014-cü ildə yayımladığı və 2019-cu ildə YouTube platformsında fanatı tərəfindən videosu yerləşdirildikdən sonra populyarlaşan "After Dark" mahnısı ilə tanınır Carney başqaları üçün IAMX və Estetik Mükəmməllik remiksləri etdi və Pastel Ghost və Crystal Castles ilə birgə mahnılar ifa etdi.
Bonsai Kitten
Bonsai Kitten (azərb. Bonsay pişikləri‎) — oxuculara pişik balasını bir bankada necə böyütmək barədə təlimat verdiyini iddia edən yalançı bir veb sayt idi. Düşüncəyə görə böyüdükcı pişik balasının sümükləri bonsay bitkisi kimi qabın şəklini almalı idi. Sayt Michael Wong Chang ləqəbli Massaçusets Texnologiya İnstitutu tələbəsi tərəfindən hazırlanmışdı. Veb sayt bir çox insanın bunu ciddi qəbul etməsi və heyvan hüquqları təşkilatlarına şikayət etməsi ilə qəzəb doğurdu. Miçiqan Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti bildirdi ki, "saytın məzmunu saxta olsa da, apardığı təbliğat heyvanlara qarşı zorakılığa səbəb ola bilər". Veb sayt hazırda fəaliyyət göstərmir. == Veb saytla bağlı narahatlıqlar == 30 oktyabr 2000-ci ildə "BonsaiKitten.com", "Cruel.com" saytında "Günün Qəddar Saytı" kimi təqdim edildi. Şiakryətlərdən sonra bağlantılar silindi. Lakin BonsaiKitten.com saytına olan keçidlər bütün dünyaya yayıldıqdan sonra bir çox heyvansevər Heyvanların Rifahı İnstitutuna və Birləşmiş Ştatların Humanitar Cəmiyyətinə şikayətlər göndərdilər.