Açıq kodlu
Açıq mənbəli proqram təminatı — müəllif hüquqları sahibinin istifadəçilərə proqram təminatını və onun mənbə kodunu hər kəsə və istənilən məqsədlə istifadə etmək, öyrənmək, dəyişdirmək və yaymaq hüququnu verdiyi lisenziya əsasında buraxılan kompüter proqramı. Açıq mənbəli proqram təminatı birgə, ictimai şəkildə hazırlana bilər. Açıq mənbəli proqram təminatı açıq əməkdaşlığın bariz nümunəsidir, yəni istənilən istifadəçi orda onlayn iştirak edə bilər və bu da mümkün töhfə verə biləcək istifadəçilərin sayını sonsuz edir. Kodu yoxlaya bilmək imkanı ictimai etimadı asanlaşdırır.
Açıq mənbəli proqram təminatının tərtibatı bir şirkətin perspektivlərindən kənar müxtəlif perspektivlər gətirə bilər. Standish Group-un 2008-ci il hesabatında açıq mənbəli proqram modellərinin istifadəsinin istehlakçılar üçün ildə təxminən 60 milyard dollar qənaətlə nəticələndiyini bildirir.
Açıq mənbəli kod öyrənmək üçün istifadə oluna bilər və bacarıqlı son istifadəçilərə proqram təminatını öz şəxsi ehtiyaclarına uyğunlaşdırmağa imkan verir. Nəticədə oxşar istəklərə sahib olan istifadəçilər öz modifikasiyalarını fork kimi dərc edir və ya mümkün təkmilləşdirmələri birbaşa "pull request" kimi təqdim edir.
== Tarixi ==
1950-ci və 1960-cı illərdə hesablamanın ilk günlərində proqramçılar və tərtibatçılar bir-birindən öyrənmək və hesablama sahəsini inkişaf etdirmək üçün proqram təminatını bir-birləri ilə paylaşırdılar. Məsələn, Unix istifadəçilər üçün əməliyyat sisteminin mənbə kodunu ehtiva edirdi.