KOLLOKVİUM

is. \[lat.\] təhs. 1. Tələbələrin bilik səviyyəsini yoxlamaq üsullarından biri (semestr ortası). 2. Məruzələrin müzakirə məclisi.
KOLLAGEN
KOLORİSTİKA
OBASTAN VİKİ
Kollokvium
Kollokvium (lat. colloquium — danşıq, söhbət) — təhsil sistemində, əsasən ali məktəblərdə tələbə biliklərinin yoxlanılması və qiymətləndirilməsi forması. Bir qayda olaraq, əsas imtahana təqdim ediləcək mövzuların siyahısını azaltmaq və tələbələrin hazırkı bilik səviyyəsini qiymətləndirmək məqsədilə keçirilən mini imtahandır. == Kollokviumun keçirilməsi == Kollokviumlar akademik təqvimə uyğun olaraq hər semestrdə 2-3 dəfə təşkil olunur. Hər kollokvium 10 bal ilə qiymətləndirilir. Seminar ballarının orta qiyməti sonuncu kollokvium qiyməti kimi də qəbul edilə bilər. Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s.) olmalıdır. Əks təqdirdə tələbə seminara ayrılmış balı toplamamış hesab olunur. Kollokviumda iştirak etməyən tələbəyə 0 bal yazılır. Kollokvium zamanı tələbələrin layihələri, referatları və digər yazılı işləri də yoxlanıla bilər.
"Kitabi Dədə Qorqud" Kollokviumu
"Kitabi Dədə Qorqud" Kollokviumu — 1–3 iyul 1988-ci il tarixində SSRİ və Türkiyənin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş elmi tədbir. Kollokviumun təkilat komitəsinin rəhbərləri SSRİ Türkoloqlar Komitəsinin sədr müavini professor Tofiq Məlikli və İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Osman Fikri Sərtqaya olmuşdur. == Haqqında == Kollokviumu Azərbaycan Elmlər Akademyasının elmi katibi, akademik Bəkir Nəbiyev açmışdır. Üç gün davam edən kollokviumda professor Xalıq Koroğlu "Təpəgöz və polifem", professor Tofiq Hacıyev "Dədə Qorqud Kitabı dilinin iki sintaktik xüsusiyyətləri haqqında", professor Süleyman Əliyarlı "Kitabı Dədə Qoqud:tarixi-filoloji araşdırma təcrübəsi", professor Şamil Cəmşidov "Dədə Qorqud Kitabı haqqında", professor Tofiq Məlikli "Kitabı Dədə Qoqudda şeir mətinlərinin strukturu", professor Kamil Vəli Nərimanoğlu "Kitabı Dədə Qoqud şeirləri haqqında bir necə söz", professor Orxan Şaiq Gökyay "Dədə Qorqud Kitabı üzərinə", professor Bəhaəddin Ögəl "Dədə Qorqud Kitabının əski və yazılı qaynaqları haqqında", professor Əhməd Bican Ərcilasun ""Dədə Qorqud Kitabı ilə Oğuz Dastanı arasındakı əlaqələr", professor Tuncər Gülənsoy "Dədə Qorqud Hekayələrinin Anadolu və Rumelində izləri", professor Osman Fikri Sərtqaya "Dədə Qorqud Kitabındaki bəzi şeir parçalarının heca vəzni və məzumə türü açısından yenidən oxunması", professor Fikrət Türkmən "Dədə Qorqud hekayələrinin Anadolu və Rumelində yaşayan qolları", professor Saim Sakaoğlu "Bamsı Beyrək hekayəsindəki qiyafət dəyişdirmə motivi ilə digər motivlərin Anadolu nağıllarında görülməsi" mövzusunda çıxış etmiş və bu çıxışlar ətrafında olduqca geniş, maraqlı müzakirələr aparılmışdır. Altı il sonra, 1994-cü ildə bu məruzələr "Türk Dili Araşdırmaları Yıllığı"nın özəl sayınıda çap olunmuşdur. 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultaydan sonra ilk dəfə idi ki, Türkiyədən bir heyət Bakiya gəlir və orada Azərbaycan türkləri ilə birlikdə elmi konfrans keçirirdilər. Bu Türkiyə alimlərinin Bakıya, Azərbaycana ilk gəlişləriydi. Bakı səfəri onlar üçün " xəyal deyil, xəyal ötəsi" bir şeydi. "Kitabi Dədə Qorqud" kollokviumu Türkiyədə, özəlliklə də Azərbaycanda qorqudşünaslıq elminin inkişafina qüvvətli təkan vermişdir. 1988-ci ildən sonra "Dədə Qorqud ensiklopediyası"nın, onlarla maraqlı kitabın, yüzlərlə məqalənin nəşr olunması, dastanın 1300 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsi, "Dədə Qorqud" elmi jurnalının nəşri bunun sübutudur.

Значение слова в других словарях