Kolorektal xərçəng
Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma.
İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir.
Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Kolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyi. Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir.
Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995).
Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6–10 ay arasında dəyişir
Kolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hal-hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdır.