kolorektal

kolorektal (tib.)
koloratura 2021
kolorimetr
OBASTAN VİKİ
Kolorektal xərçəng
Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma. İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Kolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyi. Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir. Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995). Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6–10 ay arasında dəyişir Kolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hal-hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdır.
Kolorektal cərrahiyyə
Kolorektal cərrahiyyə — düz bağırsaq, anus və yoğun bağırsağın pozğunluqları ilə əlaqəli cərrahiyyə şöbəsi. Bu sahə həm də proktologiya kimi tanınır, lakin son termin indi tibbdə nadir hallarda istifadə olunur və ən çox anus və düz bağırsaqda terapevtik müdaxilələri təyin etmək üçün istifadə olunur. == İxtisaslaşma sahəsi == Kolorektal cərrahiyyə aşağıdakı xəstəliklərin cərrahi müalicəsi üsullarını nəzərdən keçirir: varikoz damarları, düz bağırsağın və anusun damarlarında şişlik və iltihab (hemoroid); anusda qeyri-təbii çatlar və ya yırtıqlar (anal çatlar); bədən boşluqları arasında anormal əlaqələr və ya patoloji kanallar (fistulalar: xarici fistula daxili boşluqdan başlayır və anal kanalın lümeninə və ya perineumun səthinə çıxır, daxili - bədənin içərisindəki içi boş orqanları birləşdirir); şiddətli qəbizlik ilə müşayiət olunan şərtlər; nəcisin tutulmaması; anus vasitəsilə düz bağırsağın divarının çıxması (rektal prolaps); anal atreziya kimi doğuş qüsurları; Kron xəstəliyi kimi ağır kolon xəstəliklərinin müalicəsi; kolon xərçəngi və rektum xərçəngi (kolorektal xərçəng); prolaps halında rektal bölgənin yerini dəyişdirmək; anal xərçəng; anusun hər hansı bir travması; anusa yerləşdirilən xarici cisimlərin çıxarılması. == Ədəbiyyat == Кайзер А.М. Колоректальная хирургия. М.: Издательство Панфилова, 2011. - 755 с. ISBN 978-5-91839-005-4.