komma 2021

komma
komlatmaq
kommandos 2021
OBASTAN VİKİ
IV Antiox (Kommagena çarı)
IV Qay Yuli Antiox Yepifan (q.yun. Γαίος Ἰούλιος Ἀντίοχος ὀ Ἐπιφανής; I əsr – I əsr, Roma) — Kommagenanın 38–72-ci illərdə hakimiyyətdə olmuş son çarı. Armenia imperiyasıdan asılı halda hökm sürmüşdür. "Yervanduni" epiteti "şöhrətli" deməkdir. == İrsi == Antiox Yervanduni özü və həyat yoldaşı İotap üçün bir neçə sikkə zərb etdirmişdir. O, ölümündən sonra İotap şəhərini ona həsr həsr etmişdir. == İstinadlar == == Xarici keçidlər == https://web.archive.org/web/20151227175141/http://www.mavors.org/PDFs/Commagene.pdf William Smith (ed.), Dictionary of Greek and Roman Biography and Mythology, 1870. http://books.google.com.au/books?id=S_iZdOzcQCoC&pg=PA192&lpg=PA192&dq=Strabo+and+Antonia+&source=web&ots=to-ReZ9Ehv&sig=nbs8aS8VpIPUEpAjlR3mhs_7lHs&hl=en#PPA25,M1. "Coinage of Antiochus IV".
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). == Yerləşməsi == Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. == Tarixi == İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Kommando (film, 1985)
Kommando (ing. Commando) — 1985-ci ildə rejissor Mark Lester tərəfindən çəkilən ABŞ filmidir. Filmin distribütori 20th Century Fox kompaniyasıdır. == Məzmun == Polkovnik Con Metriks keçmiş hərbiçidir. Günlərin birində Metriksin yanına keçmiş komandiri General Franklin Körbi gəlir. Metriks ondan öyrənir ki, keçmiş xüsusi təyinatlı əsgərlər öldürülməyə başlamışdır. Onun fikrincə, qatillər Metriksi də öldürməyə cəhd edəcəklər. Bu səbəbdən onu qorumaq üçün evində iki əsgər saxlayır. General yola düşəndən sonra qatillər qəflətən evə hücum edirlər. Onlar əsgərləri öldürürlər və Metriksın qızı Cennini girov olaraq qaçırırlar.
Kommando Spezialkräfte
Kommando Spezialkräfte (KSK) — Almaniya Silahlı Qüvvələrinə məxsus xüsusi təyinatlı qüvvələrdirlər. 1996-cı ildə qurulmuşdur. Bunlar briqada ölçüsündədirlər. Baş qərargah Əməliyyat Qüvvələri, Dəstək Qüvvələri və İnkişaf Qrupu olaraq 4 hissəyə bölünürlər. Onlar Əfqanıstanda ISAF kontekstində əməliyyatlarda iştirak etmişdirlər.
Kommantri
Kommantri (fr. Commentry) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Kommantri kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03082. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 4161 nəfərdən (15–64 yaş) 2781 nəfəri iqtisadi cəhətdən, 1380 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 66,8%, 1999-cu ildə — 66,6%). 2781 fəal 2389 nəfər (1346 kişi və 1043 qadın) işləyir, 392 nəfər işsizdir (170 kişi və 222 qadın). 1380 fəaliyyətsiz 336 nəfər şagird və ya tələbə, 473 nəfər təqaüdçü, 571 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kommanvelz
Commonwealth aşağıdakı mənalarda işlədilə bilər: Commonwealth, Britaniya İmperiyasının digər adı Commonwealth of England, 1649-cu ildə İngiltərədə elan edilən Respublika dövrü Commonwealth of Nations, İngilis Millətlər Birliyi, (pakt).
Kommanvelz buzlağı
Kommanvelz buzlağı — Antarktidanın cənubunda, Viktoriya Torpağında yerləşən buz kütləsi. == Coğrafiyası == Buzlaq 77º35' cənub paraleli və 163º19' şərq meridianı aralığında yerləşir. Kommanvelz buzlağı Kanada və Loftus buzlağlarının da başladığı McLennan dağının zirvəsinin altında, 1900 m yüksəklikdə başlayır. Buradan cənub şərq istiqamətinə doğru axaraq Teylor vadisində Koulmen dağının qərb hissəsində sonlanır və Friksel gölünün şərq sərhədini təşkil edir. == Kəşfi == Buzlağın xəritəsi, 1910-cu ildən 1813-cü ilə qədər davam edən və Antarktida qitəsinin cənubunda cənab Robert Falkon Skott liderliyində həyata keçirilən ingilis Terra-Nova elmi gəzintisi əsnasında hazırlanmışdır. Kommanvelz buzlağına, gəzintiyə böyük miqdarda maliyyə vəsaiti ayıran Avstraliya tarix birliyinin ( (ing.) Commonwealth of Australia) adı verilmişdir. Həmçinin bu kiçik qrupun üzvlərinin iki nəfəri Avstraliyalı olub, araşdırmalarda iştirak etmişlər.

Значение слова в других словарях