kommutatorçu
komod
OBASTAN VİKİ
Jeleznovodsk Kommünikesi
Jeleznovodsk Kommünikesi, Jeleznovodsk Bəyannaməsi və ya Jeleznovodsk Razılaşması — Rusiya Prezidenti Boris Yeltsin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi ilə 1991-ci il sentyabrın 23-də Rusiyanın Jeleznovodsk şəhərində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı üç illik hərbi əməliyyatları dayandırmaq niyyəti ilə müvafiq dövlətlərin arasında keçirilmiş görüşdə qəbul edilmiş birgə sülh razılaşması. Razılıq əldə edilsə də, saziş heç vaxt təsdiq olunmamışdır. == Tarixi == 1988-ci ilin əvvəllərindən başlayan, Azərbaycan SSR-ə məxsus Dağlıq Qarabağ Muxtar Vilayəti ilə əlaqədar olan Qarabağ münaqişəsi bir sıra mülki şəxslərin ölümünə səbəb olmuşdu. == Mediasiya prosesi == Azərbaycan və Ermənistan hakimiyyət orqanlarının razılığı ilə Boris Yeltsin və Nursultan Nazarbayev 1991-ci il sentyabrın 20-23-də Bakı, Gəncə, Xankəndi və İrəvan şəhərlərinə səfər ediblər. Ərazi bütövlüyü, suveren dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi, insan hüquqlarına başlanğıc nöqtə kimi riayət edilməsi kimi prinsipləri rəhbər tutaraq, sentyabrın 22-də Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməsindən sonra irəliləyiş əldə olundu. Bu, tərəflərin növbəti gün birgə razılığına imkan verərək, hər iki tərəfin silahsızlaşdırılması və silahlı qüvvələrin bölgədən çıxarılması, qaçqın və məcburi köçkünlərin geri qaytarılması, Dağlıq Qarabağda Sovet dövründəki inzibati qaydanın yenidən qurulması və münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu. Vəziyyəti nizama salmaq məqsədi ilə “müvəqqəti işçi qrupu yaradılır”. Razılığa görə Sovet Ordusu və daxili qoşunlar hələ də münaqişə zonasında qalacaq və proses Rusiya və Qazaxıstan rəsmiləri tərəfindən idarə olunacaqdı. Sülh bəyannaməsi Y.Şapoşnikov, V.Barannikov, S.Voskanyan, M.Gözəlov, V.Cəfərov, R.Köçəryan, L.Petrosyan, M.Radayevin iştirakı ilə müzakirə olunmuş və Boris Yeltsin (Rusiya Federasiyası), Ayaz Mütəllibov (Azərbaycan), Nursultan Nazarbayev (Qazaxıstan) və Levon Ter-Petrosyan (Ermənistan) tərəfindən imzalanmışdı. Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak etmişdir.
Tehran Kommünikesi
Tehran Kommünikesi (fars. بیانیه تهران‎; erm. Թեհրանի կոմյունիկե) — Tehranda dövlət başçılarının Birgə Bəyanatı olaraq da bilinən, İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə və Azərbaycan Prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən 7 may 1992-ci ildə imzalanan ortaq bildiridir. Ermənistan və Azərbaycan arasında Azərbaycan SSR-in keçmiş muxtar vilayəti olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı dörd ildir davam edən düşmənçiliyə son qoymaq niyyəti ilə imzalanmışdır. == Arxa plan == 1988-ci ilin əvvəllərində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində çıxan qarşıdurma böyümüş və bir çox mülki şəxsin, daxili qoşunların və ordudakı bir çox şəxsin həlak olması ilə nəticələnmişdir. İran tərəfinin təşəbbüsü ilə, Dağlıq Qarabağdakı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin normallaşdırılmasına dair diplomatik səylər çərçivəsində Azərbaycan və Ermənistan liderləri 7 may 1992-ci il tarixində danışıqlar üçün Tehrana dəvət edildi. Dəvət İranın başlatdığı sülh səylərinin üçüncü mərhələsi kimi qəbul edildi. İlk vasitəçilik mərhələsi fevral ayında İran elçisi Əli Əkbər Vilayətinin həm Bakıya, həm İrəvana, həm də Qarabağa getməsi ilə başladı, lakin Xocalı soyqırımı və Xocalının Ermənistan qoşunları tərəfindən ələ keçirilməsinə görə dərhal dayandırıldı. Mart ayında İran səfiri Mahmud Vaezinin hər iki ölkəni gəzərək bir neçə görüş keçirməsi və bu ilin mayında Azərbaycan və Ermənistan liderlərinin Tehrana rəsmi dəvət edilməsinə səbəb olan ikinci səy göstərildi. == İmzalanma == Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı hər iki ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən hərbi heyət arasında görüşlərin təşkil ediləcəyi və tərəflər arasındakı bütün mübahisələrin ATƏT-in prinsipi və beynəlxalq qanunlar əsasında sülh yolu ilə həll ediləcəyi razılaşdırıldı.