kondensasiya temperaturu

ру температура конденсации en condensing temperature de Verflüssigungstemperatur fr température de condensation es temperatura de condensación it temperatura di condensazione
kondensasiya nöqtəsi
kondensat
OBASTAN VİKİ
Kondensasiya
Kondensasiya — qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində şəkil dəyişdirməsidir. Kondensasiya molekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər molekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Kondensasiya prosesində buxardan enerji ayrılır. Kondensasiya buxarın mayeyə toxunmadığı halda da baş verə bilir. Buna misal buludların əmələ gəlməsidir: Yer səthindən qalxan su buxarının molekulları atmosferin nisbətən soyuq təbəqələrində qruplaşaraq kiçik su damcıları yaradır. Bu damcılar isə səmada “süzən” buludları əmələ gətirir. Bərk cisimlərin buxarlanma prosesi sublimasiya, əks proses isə desublimasiya adlanır. Sublimasiya — maddənin bərk haldan birbaşa qaz halına keçmə prosesidir. Məsələn, “quru buz ” (CO2 bərk halda) mayeləşmədən buxarlanır. Bəzi bərk cisimlər, məsələn, naftalin sublimasiya etdiyinə görə biz onun iyini hiss edirik.
Havanın temperaturu
Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperatur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsilə qeyd olunur. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Atmosferin yüksək təbəqələrində Havanın temperaturu şarzond, təyyarə və s.
Kəsmə temperaturu
Kəsmə temperaturu — mexaniki emalda yonqarçıxarma zamanı yaranan istiliyin təsirindən alətin qızma temperaturuna deyilir. Yonqarçıxarmada tətbiq olunan enerjinin demək olar ki, hamısı istiliyə çevrilir. Emal olunmuş səthin bərkiməsinə sərf olunan enerji həddən çox kiçik olduğundan nəzərdən atılır. Kəsmədə yaran istilik mənbələri şəkildə təsvir edilmişdir. Burğulamada yaranan istiliyin 80%-i yonqarla xaric edilir. Yerdə qalan 10% pəstaha, 10% isə alətə keçir. Buna baxmayaraq alətdə yaranan temperatur hamıdan yüksək olur, o orta temperaturu 2–2,5 dəfə, pəsathınkını isə 20–30 dəfə keçir. Ümumiyyətlə, kəsmə temperaturu alət və pəstah materialları ilə bərabər həm də emal rejimlərindən asılıdır. Kəsmə sürəti, veriş artdıqca kəsmə zonasında görülən iş də artır. Alətdə istiliyin nisbətən az hissəsinin cəmləşdiyinə baxmayaraq, onun qızma temperaturu xeyli yüksək olur (bəzən 1000 °C-dən artıq olur).
Otaq temperaturu
Danışıq dilində, otaq temperaturu insanların çoxunun qapalı şərait üçün üstünlük verdiyi bir sıra hava istiliyidir. Tipik qapalı paltar geyindikdə insana rahatlıq hissi verir. İnsan rahatlığı rütubətdən, hava sirkulyasiyasından və digər amillərdən asılı olaraq bu diapazondan kənara çıxa bilər. Qida və ya içkilər otaq temperaturunda verilə bilər, yəni nə qızdırılır, nə də soyudulur. Elm və mühəndislik kimi müəyyən sahələrdə və müəyyən bir kontekstdə otaq temperaturu fərqli razılaşdırılmış diapazonlar mənasını verə bilər. Bunun əksinə olaraq, ətraf mühitin temperaturu hər hansı bir xüsusi yerdə havanın (və ya digər mühitin və ətrafın) termometrlə ölçülən faktiki temperaturudur. Ətraf mühitin temperaturu (məsələn, qışda isidilməmiş otaq) ideal otaq temperaturundan çox fərqli ola bilər. İngilis dilinin Amerika İrs Lüğəti otaq temperaturunu 20–22 °C (68–72 °F) arasında müəyyən edir, isə Oksford İngilis Lüğətində qeyd edilir ki, "şərti olaraq təxminən 20 °C (68 °F) kimi qəbul edilir." İdeal otaq temperaturu yerə və mədəniyyətə görə dəyişə bilər; Nigeriya tədqiqatları 26–28 °C (79–82 °F) arasında rahat bir temperatur aralığını göstərir, rahat sərin 24–26 °C (75–79 °F) və rahat isti 28–30 °C (82–86 °F). Rütubət və (ehtimal) geyim dəyişikliklərinə görə yay və qış üçün tövsiyələr dəyişə bilər; yay üçün təklif olunan tipik diapazon 23–25.5 °C (73–78 °F) dir, qış üçün isə 20–23.5 °C (68–74 °F). Bəzi tədqiqatlar göstərir ki, kişi və qadınların istilik komfortu üstünlükləri əhəmiyyətli dərəcədə fərqlənə bilər, qadınlar isə orta hesabla daha yüksək ətraf temperaturlarına üstünlük verirlər.
Atmosferdə kondensasiya
Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Atmosferdəki su buxarı bərk və maye halına keçə bilər. Atmosferdə suyun qazvari haldan maye halına keçməsinə atmosferdə kondensasiya deyilir.
Atmosferdə kondensasiya nüvəsi
Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Su buxarının kondensasiyası üçün havada toz hissəcikləri və aerozollar olmalıdır və bu zərrəciklər də kondensasiya nüvələri adlanırlar. Atmosferdə kondensasiya nüvələri olmasa, təmiz havada su buxarının kondensasiyası üçün 4–8 qat artıq doyma şəraiti olmalıdır. Ancaq real atmosferdə bu şəraitin əmələ gəlməsi mümkün deyil. Kondensasiya nüvələri əriyən və əriməyən olmaqla, radiusu 5•10–7-2•10–5sm olan kiçik hissəciklərdən ibarətdir. Kondensasiya nüvələri rolunu oynayan hissəciklər atmosferə yanacağın yanması, dağ süxurlarının sovrulması, dəniz suyunun buxarlanması və vulkan püskürməsi nəticəsində daxil olurlar. Kondensasiya nüvələri ən çox atmosferin aşağı təbəqələrində olmaqla, hündürlük artdıqca tədricən azalırlar.