Bakı kondisionerləri (film, 1975)
Bakı kondisionerləri qısametrajlı sənədli filmi rejissor İsmayıl Xəlilov tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı Məişət Kondisionerləri Zavodunun tikintisinə və açılışına həsr olunmuşdur.
== Məzmun ==
Doqquzuncu beşillikdə ölkənin həyatında müəyyən dəyişikliklər oldu, xeyli tikintilər istifadəyə verildi. Onlardan biri də Bakı Məişət Kondisionerləri Zavodu idi. Film həmin zavodun tikintisinə və açılışına həsr olunmuşdur.