Beynəlxalq Kooperativ Alyansı
Beynəlxalq Kooperativ Alyansı (BKA) (ing. International Co-operative Alliance) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat
Beynəlxalq Kooperativ Alyans əsasən istehlak, kredit və kənd təssərüfatı yönümlü milli və regional ittifarqları, kooperativ federasiyaları birləşdirən, kooperativ hərəkatı bütün dünyada təmsil edən qeyri-hökumət təşkilastı.
== Yaradılması ==
19 avqust 1895-ci ildə Londonda təsis edilmişdir. BKA 700 milyondan çox insanın maraqlarından çıxış edir. 2010-cu ilin sonuna alyansa 92 ölkədən 248 kooperativ federasiya və təşkilat daxil olmuşdur.
== Məqsədi ==
BKA-nın nizamnamə üzrə əsas məqsədləri: bütün ölkələrdə kooperasiyanın inkişafına kömək etmək, kooperativ hərəkatın metod və prinsiplərinin təşviqi, maraqların təqdimatı və müdafiəsi, qarşılıqlı əlaqələrin yaradılması və inkişafı, müxtəlif ölkələrin kooperativləri arasında əməkdaşlıq, uzunmüddətli sülh və təhlükəsizliyinin bərqərar olunması.
== Rəhbərlik ==
BKA-nın rəhbər orqanları: konqres — bir neçə ildən bir çağrılır, Mərkəzi Komitə — hər il çağrılır, İcraiyyə Komitəsi — BKA-nın prezidenti, 2 vitse-prezident və 13 üzvdən ibarət. Cari işləri direktor və Katiblik rəhbərlik edir.
== Haqqında ==
BKA "Beynəlxalaq kooperativ günü" bayramının müəllifidir və BMT-də məsləhətçi statusuna malikdir.
İsveçrənin Cenevrə şəhərində yerləşən və Birləşmiş Millətlər Təşkilatının struktur bölməsi olan bu alyans hazırda dünyanın 200 beynəlxalq və milli kooperativ təşkilatının simasında 750 milyondan artıq kooperatoru öz sıralarında birləşdirir.