Kopenhagen

coğ. Copenhague

koordinat
koppuş
OBASTAN VİKİ
Kopenhagen
Kopenhagen (dan. København [kʰøb̥ənˈhaʊ̯ˀn], 1906-cı ilə qədər — Kjøbenhavn, qədim danimarka dilində: Køpmannæhafn — "ticarət limanı"; lat. Hafnia) — Danimarkanın paytaxtı və ən iri şəhəri. Şəhər Zelandiya Slotsholmen və Amager adalarında yerləşir. Tarixi şəhərin əhalisi 600 min nəfərdən bir qədər çox, şəhərətrafı ərazilərdə isə 1,3 milyondan çox əhali var. Şəhərin bir hissəsi, özünü azad şəhər elan edən Kristania, qismən özünü idarə edir. Kopenhagen mədəniyyətini çox vaxt "açıq səma altındakı mədəniyyət" də adlandırırlar. Yay vaxtı Danimarka səmalarında parlaq günəş işıq saçır və şəhərin müxtəlif meydanlarında açıq səma altında mədəniyyət tədbirləri keçirilir. Bu mədəniyyət tədbiləri danimarkalıların və turistlərin çox böyük marağına səbəb olur. Həmçinin yay kinoteatrlarında filmlər nümayiş olunur, hər kəs birlikdə gün dönümünü (midsummer) qeyd edir, parklarda, göl kənarlarında, şəhər ətraflarında məşəllər yandırılır.
Kopenhagen FK
"Kopenhagen" (dan. Football Club København) — Danimarkanın eyniadlı paytaxtının futbol klubu. == Tarixi == Klubunun əsası 1 iyul 1992-ci ildə qoyulmuşdur. == Uğurları == 2017-ci ilə qədər 12 dəfə ölkə çempionu, 6 dəfə Danimarka çempionatının ikincisi olmuş; 8 dəfə ölkə kubokunu, 1 dəfə Danimarka Liqa Kubokunu, 3 dəfə isə Superkubokunun qalibi adını qazanmışdır. == Stadionu == "Şirlər" ləqəbini daşıyan komanda ev oyunlarını 38065 nəfərlik tutumu olan "Telia Parken" stadionunda keçirir. == Rəhbərlik == Klubun prezidenti Bo Riqard, baş məşqçisi isə 2013-cü ildən norveçli mütəxəssis Stole Solbakkendir. == UEFA turnirlərində == "Kopenhagen" 2017-ci ilə qədər 4 dəfə Çempionlar Liqasının (2006/07, 2010/11, 2013/14, 2016/2017) qrup mərhələsində çıxış edib. Komanda bunlardan birində 1/8 finala adlasa da, daha da irəli gedə bilməyib. 6 dəfə isə Avropa Liqasının (2007/08, 2008/09, 2009/10, 2011/12, 2012/13, 2014/15) qrup mərhələsində oynayıb. Bundan əlavə, 1 dəfə Çempionlar Liqasının qrupunda 3-cü yeri tutaraq, Avroliqaya düşmüş və həmin turnirdə 1/8 finala qədər irəliləmişdir.
Kopenhagen Təfsiri
Kopenhagen təfsiri — Nils Bor və Verner Heyzenberq tərəfindən 1927-ci ildə Kopenhagendə birgə fəaliyyət zamanı kvant mexanikası ilə əlaqədar etdikləri təfsirlərin nəticəsidir. Bor və Heyzenberq Kvant mexanikası ilə əlaqədar müxtəlif suallara cavab verməyə çalışmışdılar. Kvant mexanikasının başlıca problemlərindən biri, nəticənin müşahidəçi tərəfindən öyrənilməsindən sonramı, yoxsa cihaz tərəfindən qeydə alınmasından sonramı ölçməyin tamamlanmış qəbul ediləcəyidir. Daha sonra da görüldüyü kimi, kvant mexanikasının Kopenhagen təfsirinə görə, ölçmənin edilməsinin bilinməsi, müşahidəçinin ölçmədən əvvəl var olan məlumatlılıq halında dəyişiklik edir. Yəni, məlumat azalmasına səbəb olur. Müşahidəçinin məlumatlılıq halını, müşahidəçinin ölçmə müddətinin sonunda qavradığı təcrübəyə əsaslanan məlumatı müəyyənləşdirir. Bu məlumat halları, müşahidəçinin məlumatlılıq halına (subyektiv) bağlıdır. Bəhs edilən əlaqədən dolayı, fiziki reallıqda reallaşmış bir hal ilə reallaşacağı irəli sürülən hal arasına "subyektiv müşahidəçi" faktoru yerləşdirilir. Bu subyektivlikdən qurtulmaq mümkün deyil. Dünya iki hissəyə ayrılır: kvant varlıqları (ehtimal dalğaları) və klassik ölçmə vasitələri olan real nəsnələr (obyektlər).
Kopenhagen Universiteti
Kopenhagen Universiteti (dan. Københavns Universitet) — Danimarkada, Kopenhagen şəhərində yerləşən və ölkənin ən böyük ali təhsil müəssisəsi. Avropanın aparıcı elmi tədqiqat mərkəzlərindən biri olan Kopenhagen Universitetində dərslər Danimarka, ingilis və alman dillərində keçilir. Kopenhagen Universiteti Danimarka Krallığının fəxri hesab olunur. == Tarixi == Danimarkanın ən qədim ali təhsil ocağı olan Kopenhagen Universiteti 1479-cu il iyunun 1-də Kral I Xristian Roma papası IV Sikstin razılığını aldıqdan sonra yaradılmışdır. 1536-cı ildə Lund şəhərində yerləşən Studium Generale bağlandıqdan sonra 1920-ci illərin sonunda Orhus Universiteti yaradılana qədər Kopenhagen Universiteti Danimarkada yeganə ali məktəb olmuşdur. Universitet Universal Roma katolik kilsəsinin bir hissəsi olaraq ilahiyyat, hüquq, tibb və fəlsəfə tədris edir. Ali məktəb Lüteran Reformasiyasından sonra 1537-ci ildə bərpa edilir və yevangelist-Lüteran seminariyasına çevrilir. 1675-1788-ci illər arasında universitetdə dərəcə imtahanı tətbiq edilir. 1788-ci ildə qəbul edilmiş nizamnamədən sonra bu ali məktəb tədricən klassik Avropa universitetindən müasir elmi tədqiqat mərkəzinə çevrilməyə başlayır.
Kopenhagen metropoliteni
Kopenhagen metropoliteni (dan. Københavns Metro) — Danimarkada ilk və yeganə metro. 2008-ci ildə Avropanın ən yaxşı dəmiryolu. Danimarkada metro sistemi 2002-ci ildə fəaliyyətə başlayıb və ictimai nəqliyyat şəbəkəsinə daxildir. Metro sistemi Kopenhagen bələdiyyəsi nəzdində olan Frederiksberq və Tornbyu kommunalarına xidmət edir. Kopenhagen metrosu dünyanın ən gənc metropolitenlərindən biri olub, XXI əsrin ilk onilliyində istismara verilmişdir. Bununla yanaşı 2008-ci il beynəlxalq metropoliten konfransında (ing. Metro Rail Conference) Danimarka yeraltı dəmiryolu Avropanın ən yaxşı dəmiryolu kimi tanınmışdır. 2010-cu il məlumatına görə Danimarka metropoliteninin 2 xətti və 22 stansiyası var və daim inkişaf etməkdədir. 2018-ci ildə daha iki yeni xətdən dairəvi marşrutun açılması planlaşdırılır.
Kopenhagen meyarları
Kopenhagen meyarları namizəd ölkələrin Avropa İttifaqının bir hissəsi ola bilməsi üçün yerinə yetirməli olduqları şərtlərə istinad edir. Bu meyarlar 1993-cü ildə Kopenhagendə Avropa Şurası tərəfindən müəyyən edilmiş, daha sonra 1995-ci ildə Madriddə Avropa Şurası tərəfindən gücləndirilmişdir. Kopenhagen meyarları həmçinin 1993-cü ildə Danimarkada Avropa Şurası tərəfindən müəyyən edilmiş qaydalara istinad edir.
Kopenhagen şəhəri
Kopenhagen (dan. København [kʰøb̥ənˈhaʊ̯ˀn], 1906-cı ilə qədər — Kjøbenhavn, qədim danimarka dilində: Køpmannæhafn — "ticarət limanı"; lat. Hafnia) — Danimarkanın paytaxtı və ən iri şəhəri. Şəhər Zelandiya Slotsholmen və Amager adalarında yerləşir. Tarixi şəhərin əhalisi 600 min nəfərdən bir qədər çox, şəhərətrafı ərazilərdə isə 1,3 milyondan çox əhali var. Şəhərin bir hissəsi, özünü azad şəhər elan edən Kristania, qismən özünü idarə edir. Kopenhagen mədəniyyətini çox vaxt "açıq səma altındakı mədəniyyət" də adlandırırlar. Yay vaxtı Danimarka səmalarında parlaq günəş işıq saçır və şəhərin müxtəlif meydanlarında açıq səma altında mədəniyyət tədbirləri keçirilir. Bu mədəniyyət tədbiləri danimarkalıların və turistlərin çox böyük marağına səbəb olur. Həmçinin yay kinoteatrlarında filmlər nümayiş olunur, hər kəs birlikdə gün dönümünü (midsummer) qeyd edir, parklarda, göl kənarlarında, şəhər ətraflarında məşəllər yandırılır.
Kopenhagen Hava Limanı
Kopenhagen Hava Limanı (Danimarka dilində: Københavns Lufthavn) (IATA: CPH, ICAO: EKCH) — Danimarkanın paytaxtı Kopenhagendəki beynəlxalq havalımanı. Danimarkanın Oresund Bölgəsindədir. Amager Adasında yerləşən havalimanı, Kopenhagen şəhər mərkəzindən 8 kilometr; Oresund Körpüsünün digər sahilində yerləşən Malmö şəhər mərkəzindən isə 24 kilometr uzaqlıqdadır. Skandinaviya ölkelerindəki ən böyük havalimanı olub Avropadakı ən köhnə beynəlxalq hava limanlarından biridir. Skandinaviya Havayolları, Cimber Sterling, Norweigan Air Shuttle kimi hava yolu şirkətləri üçün ana mərkəzdir. Gündəlik 60 uçuş istiqaməti müəyyən edilib və 62.000-dən çox sərnişinə xidmət göstərilir. 2011-ci ildə 22.7 milyon sərnişin havalimanını istifadə etmişdir. Hava limanının sahibi Københavns Lufthavne şirkətidir. Hava limanında 1.700 işçi çalışır. Hava limanının digər adı Kastrup Hava limanıdır.
Kopenhagen Kral Kitabxanası
Kral Kitabxanası (dan. Det Kongelige Bibliotek) — Danimarkanın Milli Kitabxanası. Dünya və Skandinaviyada ən böyük kitabxanalardan biridir. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb.
Xilaskar kilsəsi (Kopenhagen)
Kopenhagen xilaskar kilsəsi (dan. Vor Frelsers Kirke) - Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Kristianshavn rayonunda yerləşən lüteran kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsənin burğuyabənzər şpili ona özünəməxsus görünüş verir. Şpilin xaricində yerləşən dolama pilləkənlərlə kilsənin ən yüksək zirvəsinə qalxaraq Kopenhagenin mərkəzi hissəsinə açılan möhtəşəm mənzərəni seyr etmək olar. O həmçinin zəng gülləsində yerləşən və səhər saat 8-dən gecə yarısına kimi hər saat melodiyalar çalan, Şimali Avropanın ən böyük karilyonları ilə də məşhurdur. Danimarka-Norveç kralı IV Kristian Amager adasında yaşayan müstəqil tacirlər üçün Kristianshavn adında yaşayış ərazisinin yaradılmasını plaşlaşdırır və bu zaman sakinlərin istifadəsi üçün yeni salınacaq rayonda kilsənin inşa olunması əsas məqsədlərdən birinə çevrilir. 1639-cu ildə yeni salınmış ərazidə müvəqqəti kilsə sakinlərin istifadəsinə verilir, lakin memar Lambert van Havenin layihəsi əsasında hazırlanmış bugünkü Xilaskar kilsənin inşa planları düz 1678-ci ilə kimi uzadılmışdır. Hazırkı kilsənin açılışı 14 il sonra, yəni 1695-ci ildə baş tutmuşdu, lakin o zaman interyerin mühüm elementlərindən sayılan altar müvəqqəti xarakter daşıyırdı, zəng gülləsi üzərində isə şpil hələ quraşdırılmamışdı. Özünün daimi altarını kilsə 1732-ci ildə qazanmışdır, ancaq şpilin tikintisi üçün hazırlanmış planlarda 1747-ci ildə V Frederikin hakimiyyəti dövrünə qədər heç bir canlanma hiss olunmurdu. Layihə üzrə yeni memar Lauritz de Tura seçilmişdi.
Müqəddəs Nikolay kilsəsi (Kopenhagen)
Nikolay Müasir İncəsənət Mərkəzi (dan. Nikolaj Kunsthal, Kunsthallen Nikolaj, 2006–2010-cu illərdə bina həmçinin Udstillingsbygning (sərgi mərkəzi) olaraq da adlanırdı) — Danimarkanın paytaxtı Kopenhagenin mərkəzində yerləşən və keçmiş Müqəddəs Nikolay kilsəsinin (dan. Sankt Nikolaj Kirke) yerində fəaliyyət göstərən sərgi-ekspozisiya salonu və şəhərin mühüm turistik istiqamətlərindən biridir. Kilsə binası Höybro meydanı (dan. Højbro Plads), onunla parallel şəkildə kəsişən Amagertorv və Avropada ən uzun piyada ticarət küçələrindən biri hesab edilən Strögetin yaxınlığında yerləşir. Kilsə binasını, hündürlüyü 90 metr (300 fut) olan əcaib və təkrarolunmaz görünüşə malik qüllə bəzəyir. Qüllənin yuxarısından şəhər mərkəzinə fantastik dərəcədə gözəl mənzərə açılır. Qısaca olaraq Kunsthallen adlandırılan keçmiş Müqəddəs Nikolay kilsəsi tarix boyu bir neçə dəfə ciddi dəyişikliyə məruz qalmışdır ki, bu da onun zahiri görünüşünün zamanla tamamilə dəyişməsinə gətirib çıxarmışdır. Dövrümüzdə binada danimarkalı və beynəlxalq səviyyədə musiqi, rəsm, memarlıq və digər sahələrdə məşhurlaşan əcnəbilər üçün hər il 5 və ya 6 sərgi düzənlənir. Burada həmçinin mədəni tədbirlər, tamaşalar, sərgilər, ekskursiyalar düzənlənir, daxilində kitab mağazası və bədii kitabxanana fəaliyyət göstərir.