KOSTYOL

polyak katolik kilsəsi.
KORİBANTLAR
KÖVSƏR
OBASTAN VİKİ
Kostyol
Kostyol (pol. kościół, belar. касцёл, çex. kostel, slovak. kostol, ukr. костел — "kilsə", latın dilindən olan lat. castellum "fort, fortifikasiya" sözündən gəlir) — slovak, çex, polyak və Ukrayna dilində xristian məbədinə verilən ad. Bununla belə, polyak, slovak, Ukrayna və Belarus dillərində "kostyol" sözü "pravoslav kilsə" mənasında istifadə olunmur, çex dilində isə bu söz bütün xristian məbədlərinə aid edilə bilər. Rus ədəbiyyatında "kostyol" sözü tez-tez Polşa katolik məbədi mənasını daşıyır. Kostyollar, əsasən, barokko, az halda qotika və roman üslubunda olur.

Значение слова в других словарях