Domokoş Koşar
Domokoş Koşar (mac. Kosáry Domokos; 31 iyul 1913, Banska Ştyavnisa – 15 noyabr 2007, Budapeşt) — 1990-1996-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış macar tarixçisi və yazıçısı.
== Fəaliyyəti ==
Domokoş Selmecbanyada anadan olmuş və İkinci Dünya müharibəsi zamanı Macarıstanın Almaniya ilə əməkdaşlıq etməsinə qarşı çıxmışdır. 1956-cı ildə uğursuz Macarıstan inqilabından sonra kommunist rejiminə qarşı çıxdığı üçün həbs olunmuşdu.
Domokoş 1990-cı ildə Macarıstan Elmlər Akademiyasının (MEA) prezidenti seçilmiş və 1993-cü ildə ikinci dəfə üç il müddətinə yenidən seçilmişdir. MEA-da daha yeni, daha demokratik qanunlar həyata keçirtmək üçün səy göstərmişdi. MEA-nı tənzimləyən yeni qanunlar 1994-cü ildə Macarıstan Parlamenti tərəfindən qəbul edilmişdir.
Domokoş Koşar 15 noyabr 2007-ci ildə 95 yaşında Budapeşt şəhərində vəfat etmişdir.