kostyumsuz
koşar 2021
OBASTAN VİKİ
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Karoy Koş
Karoy Koş (mac. Károly Kós; 16 dekabr 1883[…], Timişoara, Avstriya-Macarıstan – 24 avqust 1977[…], Kluj-Napoka, Rumıniya Sosialist Respublikası) — Transilvaniya macarlarından olan Avstriya-Macarıstan və Rumıniya memarı, yazıçısı, redaktoru, illüstrator, müəllimi, professoru, etnoloqu və siyasətçisi. == Həyatı == Karoy Koş 16 dekabr 1883-cü il tarixində Avstriya-Macarıstanın Temeşvar şəhərində (indiki Rumıniyanın Timişoara şəhəri) anadan olmuşdur. Dörd övladlı bir ailənin yeganə oğlu olan Karoy Koş orta təhsilini Koloşvar şəhərində (indiki Kluj-Napoka) bir kalvinist kollecində, ali təhsilini isə Budapeşt Universitetində mühəndislik üzrə almışdır. Karoy Koş daha sonra memarlıqla maraqlanmış, 1907-ci ildə Budapeşt Memarlıq Məktəbindən məzun olmuşdur. O, təhsil aldığı dövrdə və karyerasının ilk illərində tarixi və ənənəvi xalq memarlığı ilə maraqlanırdı. Buna görə də o, Kalotaseq regionuna və Sekey diyarına tədqiqat məqsədli səyahətlər etmişdir. 1909-cu ildə Karoy Koşun Zebegen qəsəbəsində bir Roma-Katolik kilsəsi, Obudada bir kalvinist kilsəsi, 1910-cu ildə isə Budapeşt Zooparkı layihəsi təsdiq edilmişdir. 1910-cu illərdə o, Koloşvar şəhərində kalvinist kilsəsi və Şepşisentdyörd şəhərində (indiki Sfıntu-George) bir xəstəxana layihələri üzrə işləmişdir. Bu dövrdə onun memarlıq üslubuna Vyana ayrılması və art-nuvo böyük təsir göstərmişdir.
Elena Koşka
Yelena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Həmid Zübeyr Koşay
Həmid Zübeyir Koşay (1897[…] – 2 oktyabr 1984, Ankara) — Ufa quberniyası Telançe Tamaq köyendä anadan olmuş, başqurd kökənli türk etnoqraf, arxeoloq, yazıçı və folklor araşdırmaçısı. == Həyatı == Atasının adı Übeydullah Əfəndi, anasının adı Nurizadə xanımdır. Ailəsi tərəfindən 1910-cu ildə təhsil alması üçün Osmanlıya göndərilmişdir. Selanikdə Mərkəz Rüşdiyyəsini bitirmiş, liseyi İstanbulda oxumuşdur. 1916-cı ildə İstanbul Darülmuallimdən məzun olmuş, 1917-ci ildə Kadıköy liseyinə təyin olunaraq 1 il müəllimlik etmişdir. Bu zaman İstanbul Darülmuallimdə etnoqrafiya və macarca dərslərində iştirak etmişdir. Macarıstanda türkologiya və dilçilik sahələrindəki təhsilini davam etdirmiş və 1923-cü ildə doktorantura təhsilini başa vurmuşdur. 1925-ci ildə Berlin Universitetində professor Banq Kaupun dərslərində iştirak etmiş və dövlət kitabxanasında tədqiqatlar etdikdən sonra Türkiyəyə geri dönmüş və Maarif Naziliyində çalışmağa başlamışdır. Koşay Türkiyədə etnoqrafiya, folklor və arxeoloji tədqiqatlarının elmi əsaslarını qurmuş elm adamıdır. 1 oktyabr 1984-cü ildə Ankarada vəfat etmişdir.
Kedrovaya Koşka burnu
Kedrovaya Koşka burnu — Çukot Muxtar Rayonunun cənubunda yerləşən burun. Sahillərini Berinq dənizinə daxil olan Onemen körfəzi yuyur. Elədə böyük olmayan yarımadanın cənub-şərq qutqracağını təşkil edir. Burunun qutaracağında qum və gildən təşkil olunmuş dil vardır. Tundra bitkiləri və kollarla örtülüdür. Burun ətrafında sahilin dərinliyi 1 metrdir. Su altı bankələrə rast gəlinir. Burunda Rusiya Federasiyasına məsxus olan naviqasiya işarəsi vardır.
Koşala
Koşala (və ya Kosala) (Sanskrit dilində: कोसल)- Qədim Hindistanda, keçmiş Auda (Hindistanda indiki Uttar Pradeş ştatında və Cənub-Qərbi Nepal ərazisində mövcud olmuş quldar dövlət Koşala dövlətinin paytaxtı Rama allahının doğulduğu Ayodhya şəhəri hesab olunurdu. Şəhər Qhaqhra çayının sahilində yerləşirdi, bu şəhər eyni zamanda induizm dininin beş müqəddəs yerlərindən biri hesab olunurdu. Koşala e.ə. VI–V əsrlərdə Şimali Hindistanın siyasi və iqtisadi həyatında mühüm rol oynamışdı. Koşalanın adı 16 "böyük dövlət, və ya Mahacanapad (Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) haqqında mənbələrdə xatırlanır. Koşala, e. ə. VI əsrdə diplomatiya və müharibələr vasitəsilə Kaşi və bir sıra digər əyalətləri özünə tabe edən çar Prasenacitin dövründə xüsusilə güclənmişdir. Budda mətnlərinə əsasən Koşala inama görə Buddanın meydana çıxdığı şakyların ərazisini də işğal etmişdi. Bu müharibə xüsusilə amansız və qanlı olmuş, şakyelərin tamamilə məhv edilməsi ilə nəticələnmişdi.
Koşalin
Koşalin (pol. Koszalin [kɔˈʂalin], kaşub Kòszalëno), əvvəllər Köslin (alm. Köslin‎ [kœsˈliːn]) — Polşanın şimal-qərbində şəhər. Baltik dənizi yaxınlığındadır. Koşalin voyevodalığının inzibati mərkəzidir. Dəmiryol qovşağıdır. Yarımkeçiricilər, avtomobil hissələri, elektrotexnika və tikinti avadanlığı istehsal edilir. Ağac emalı və yeyinti sənayesi, kətan zavodları, Ali Mühəndislik Məktəbi, XIII–XIV əsrlərə aid memarlıq abidələri var.
Koşatina
Pişik əti — Cənub-Şərqi Asiya ölkələrində və Çində yaşayan şərq xalqlarının mətbəxində istifadə edilən pişik əti. Pişik ətindən Afrika və Latın Amerikasında yaşayan bir sıra xalqlar da kulinariyalarında pişik ətindən istifadə edirlər. Cənubi Amerikada pişik ətindən ən çox Afrika mənşəli perulular istifadə edirlər. Hər il sentyabr ayında La Kebrada şəhərində keçirilən Müqəddəs İfegeniya festivalında pişik ətindən yeməklər hazırlanması metodları nümayiş etdirilir. Kamerunda yaşayan bir sıra xalqların mədəni irsinə aid mənbələrə əsasən hətta belə bir inam aşılanır ki, pişik ətindən hazırlanan xüsusi yemək insanlara xoşbəxtlik gətirir. == Xarici keçid == Sarah Hartwell. Cats — friend or food? // Статья на сайте Messybeast.com (ing.) (Yoxlanılıb 18 oktyabr 2015) Website on cat meat in southern China (Yoxlanılıb 18 oktyabr 2015) Кошатина — это вкусно. И наплевать на SARS (Yoxlanılıb 18 oktyabr 2015) "The countries where people still eat cats and dogs for dinner" (ingilis). BBC News UK. 12/04/2017.
Koşava adası
Koşava adası — Zed adaları arxipelaq qrupunun ən şərqdəki adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarında, Varna yarımadasının Livinqston adasının şimal-şərq sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 340 m, eni 220 metrdir. Ada qonşu ada olan Lesidren adasından 140 m, Livinqston adasının Vilyams zirvəsindən isə 1.9 km şimalda yerləşmişdir. Ada MakForlen boğazının qərbində yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Bolqarıstanın şimal-qərb şəhərlərindən olan Koşavanın adını daşıyır. == Yerləşməsi == Koşava adası 62°25′59″ c. e.
Koşenil
Koşenil yastıcası
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Koşexabl
Koşexabl (adıq Кощхьабл) — Adıge Respublikasında aul. Koşexabl rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi kimi "Koşexabl kənd qəsəbəsi" inzibati ərazisini təşkil edir. == Coğrafiyası == Laba çayının (Kubanın qolu) sol sahilində, düzənlik ərazidə yerləşir. Aulun yerləşdiyi ərazinin dəniz səviyyəsindən hündürlüyü 148 metrdir. Kurqaninsk şəhəri ilə üzbəüz, Maykopdan 60 km şimal-şərqdə yerləşir. Şimali Qafqaz dəmir yolunun Armavir-Tuapse xəttində yerləşən Koşexabl dəmir yolu stansiyası aulun ərazisindədir. Yaşayış məntəqəsinin sahəsi 76,35 km² olmaqla iki hissəyə bölünür: şimal-şərq — düzənlik və cənub-qərb — dağətəyi. === Faydalı qazıntıları === Ərazi qum, gil, qum daşı və s. ilə zəngindir.
Koşexabl rayonu
Koşexabl rayonu (adıq Кощхьабл район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Koşexabl qəsəbəsidir. == Coğrafiyası == Rayonu Adıgey Respublikasının mərkəz hissəsində yerləşir. Şaquli olaraq şimaldan cənuba doğru uzanır. Rayonun şimaldan cənuba doğru uzunluğu 75 km, qərbdən şərqə 17 km-dir. Rayonun ümumi sahəsi 607,52 km² təşkil edir. Burada 9 kənd inzibati vahidliyinə 24 yaşayış məntəqəsi daxildir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbə Qiaqin rayonu, şimal-qərbdə Şovqenov rayonu, qərbdə Kurqanin rayonu, cənub-şərqdəki Labinski rayonu və cənub-qərbdə Mostovrayonu. Respublikanın dağətəyi zonasında yerləşir. Ərazisi əsasən təpələrdən ibarətdir.
Koşi-Eyler tənliyi
Koşi-Eyler tənliyi və ya Eyler-Koşi tənliyi ya da qısaca, Eyler tənliyi xətti, bircins, dəyişən əmsallı adi differensial tənlikdir. == Tənlik == y(n)(x) y(x) funksiyasının n-ci dərəcədən törəməsi olsun, onda Koşi- Eyler tənliyi bu şəkildə verilir: a n x n y ( n ) ( x ) + a n − 1 x n − 1 y ( n − 1 ) ( x ) + ⋯ + a 0 y ( x ) = 0. {\displaystyle a_{n}x^{n}y^{(n)}(x)+a_{n-1}x^{n-1}y^{(n-1)}(x)+\cdots +a_{0}y(x)=0.} x = e u {\displaystyle x=e^{u}} əvəzləməsi ilə tənlik sabit əmsallı xətti diferensial tənliyə gətirilir. Alternativ olaraq tənliyin aşkar həlli y = x m {\displaystyle y=x^{m}} əvəzləməsi ilə tapılır. === İkitərtibli Koşi-Eyler tənliyinin aşkar həlli === Ən çox yayılmış Koşi-Eyler tənliyi Laplas tənliyinin qütb koordinatlarında həlli kimi, bir sıra fizika və mühəndislik tətbiqlərində görünən ikitərtibli tənlikdir. İkitərtibli Koşi-Eyler tənliyi aşağıdaki kimidir: x 2 d 2 y d x 2 + a x d y d x + b y = 0. {\displaystyle x^{2}{\frac {d^{2}y}{dx^{2}}}+ax{\frac {dy}{dx}}+by=0.\,} Aşkar həlli y = x m {\displaystyle y=x^{m}\,} şəklində tapılır. Differensiallamaqla alınır: d y d x = m x m − 1 {\displaystyle {\frac {dy}{dx}}=mx^{m-1}\,} və d 2 y d x 2 = m ( m − 1 ) x m − 2 . {\displaystyle {\frac {d^{2}y}{dx^{2}}}=m(m-1)x^{m-2}.\,} Alınan ifadələri əsas tənlikdə yerinə yazmaqla alınır: x 2 ( m ( m − 1 ) x m − 2 ) + a x ( m x m − 1 ) + b ( x m ) = 0 {\displaystyle x^{2}(m(m-1)x^{m-2})+ax(mx^{m-1})+b(x^{m})=0\,} Tənlik aşağıdaki hala gətirilir: m 2 + ( a − 1 ) m + b = 0. {\displaystyle m^{2}+(a-1)m+b=0.\,} Alınan tənlik m -ə nəzərən həll edilir.
Koşi kriteriyası
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. (,) m m x y ,(,) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Koşi tənliyi
Koşi ötürmə tənliyi Optikada müəyyən bir şəffaf material üçün işığın sınma indeksi və dalğa uzunluğu arasında empirik əlaqə . Adını 1837-ci ildə təyin edən riyaziyyatçı Oqüsten Koşinin şərəfinə almışdır. == Tənlik == Koşi tənliyinin ən ümumi forması n ( λ ) = A + B λ 2 + C λ 4 + ⋯ , {\displaystyle n(\lambda )=A+{\frac {B}{\lambda ^{2}}}+{\frac {C}{\lambda ^{4}}}+\cdots ,} burada n sınma əmsalıdır, λ dalğa uzunluğu, A, B, C və s., tənliyi məlum dalğa uzunluqlarında ölçülmüş sındırma göstəricilərinə uyğunlaşdırmaqla material üçün müəyyən edilə bilən əmsallardır . Əmsallar adətən mikrometrlərdə vakuum dalğa uzunluğu (materialın daxilində olan λ/n kimi deyil) kimi λ üçün göstərilir. Adətən, tənliyin ilk iki həddindən istifadə etmək kifayətdir: n ( λ ) = A + B λ 2 , {\displaystyle n(\lambda )=A+{\frac {B}{\lambda ^{2}}},} burada A və B əmsalları tənliyin bu forması üçün xüsusi olaraq təyin edilir. Ümumi optik materiallar üçün əmsallar cədvəli aşağıda göstərilmişdir: işıq-maddə qarşılıqlı əlaqəni əsaslandıran Koşinin bu tənliyi sonradan yanlış olduğu məlum oldu. Xüsusilə, tənlik yalnız görünən dalğa uzunluğu bölgəsində normal dispersiya bölgələri üçün keçərlidir. İnfraqırmızı dalğalarda tənlik qeyri-dəqiq olur və anomal dispersiya bölgələrini təmsil edə bilmir. Buna baxmayaraq, onun riyazi sadəliyi onu bəzi tətbiqlərdə faydalı edir. Zelmeyer tənliyi anomal dispersiv bölgələri əhatə edən və ultrabənövşəyi, görünən(400-700 nm dalğa uzunluqlu şüalar) və infraqırmızı spektrdə materialın sındırma indeksini daha dəqiq modelləşdirən Koşinin çalışmasının genişləndirilmiş formasıdır.
Koşi əlaməti
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. (,) m m x y ,(,) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Koşinya
Koşinya (Coxinha) — Braziliyaya xas yemək. İçərisində toyuq olan unun xaricinin qalet unu ilə örtülməsi ilə hazırlanır. İçərisindəki toyuq adətən qaynadılmış şəkildə olur.
Koşitse
Kоşitsе (slovak. Košice [ˈkɔʃɪt͡sɛ], alm. Kaschau‎, mac. Kassa, keçm. rus. Ко́шицы, Кашау) — Slovakiyanın ikinci böyük şəhəri. Slovakiyanın şərqində Çyerna Qora dağ massivinin yamaclarında, Qornad çayı vadisində yerləşir. Əhali 235 min nəfərdir. Koşitse mühüm sənaye və ticarət mərkəzidir. == Əhali == Son 100 ilə şəhər əhalisinin etnik tərkibi: 1850: ?
Koşitse Hava Limanı
Koşitse Hava Limanı (Slovak. Medzinárodné letisko Košice) — Slovakiyanın ikinci ən böyük hava limanı. 2005-də hava limanından 269 885 sərnişin istifadə etmişdir. == Tarixçəsi == Hava limanı 1950-ci ildə yaranmışdır. İlk xətt 1955-ci ildə Koşitse-Praqa arasında olmuşdur. Hal-hazırda, Vyana, Praqa, Bratislava və Poprada uçan dörd aviasiya xətti vardır. Turizm mövsümündə Aralıq dənizi ölkələrinə əlavə reysləri həyata keçirilir. == Terminallar == Terminal 1-in ümumi sahəsi 4 456 m2 (47 960 sq ft.) təşkil edir. Terminallarda, aviasiya və turizm agentlikləri, uşaq otağı, istirahət otağı və biznes zalı qonaqların xidmətindədir. Həmçinin restoranlar, avtomobil icarəsi üzrə ofislər və kiçik mağazalar da fəaliyyət göstərir.
Koşitse bölgəsi
Koşitse diyarı (slovak. Košický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Koşitse şəhəridir. Sahəsi 6753 km², əhalisi isə 766 012 nəfər (2001) təşkil edir. Koşitse diyarı Slovakiyanın şərqində yerləşir. Diyar cənubda Ukrayna və Macarıstan (Slovakiyanın Preşov, Ukraynanın Zakarpatye, həmçinin cənubda Macarıstanın Borşod Abauy Zemplen və Sabolç Satmar Bereq medyeləri ) ilə həmsərhəddir. Koşitse diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Koşitse diyarı
Koşitse diyarı (slovak. Košický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Koşitse şəhəridir. Sahəsi 6753 km², əhalisi isə 766 012 nəfər (2001) təşkil edir. Koşitse diyarı Slovakiyanın şərqində yerləşir. Diyar cənubda Ukrayna və Macarıstan (Slovakiyanın Preşov, Ukraynanın Zakarpatye, həmçinin cənubda Macarıstanın Borşod Abauy Zemplen və Sabolç Satmar Bereq medyeləri ) ilə həmsərhəddir. Koşitse diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Koşk saray
Köşksaray — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,439 nəfər və 1,858 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Layoş Koşut
Layoş Koşut (mac. Lajos Kossuth) (d. 19 sentyabr 1802, Monok, Macarıstan, ö. 20 mart 1894, Turin, İtaliya)- macar əsilzadə, hüquqşünas, jurnalist, siyasi xadim, dövlət adamı və 1848–1849-cu illər Macar inqilabı ərəfəsində Macarıstanın qubernatoru == Həyatı == Layoş Koşut 19 sentyabr 1802-ci ildə Zemplen əyalətinin Monok kəndində dünyaya gəlmişdir. Atası Lazlo Koşut, anası Karolina Veber olmuşdur. Onun ailəsi Felvidek bölgəsinin adlı-sanlı ailələrindən biri idi. Uşaqlıqdan yaxşı təhsil görən Layoş Budapeşt Universitetində hüquqşünas ali təhsili almış, Fransız, Latın, Alman, İngilis dillərini öyrənmişdir. == Siyasi fəaliyyəti == Siyasi fəaliyyətinə ilk dəfə Peşt şəhərində başlamışdır. İlk əvvəl reformist müxalifətin üzvlərindən olmuş, Pozsoni parlamentinə girmişdir. Öz düşüncələrini yaymaq üçün əl yazma qəzetlər çıxarmağa başlayan Layoş bu yolla parlamentin fəaliyyətləri, qərarları barədə əhaliyə məlumat vermişdir.

Значение слова в других словарях