Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü.
== Çeşidləri ==
Çarpayı-kreslo — açılıb-yığılan kreslo.
Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə).
Yelləncək-kreslo.
Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo.
Masaj kreslosu.
Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.