Kristall

der; -s, -e u. das; -s kristal, büllur
Krisenzeit
Kristallglas
OBASTAN VİKİ
Fraksion kristallaşma
Fraksion kristallaşma — maqmada kristallaşan mineralların qravitasion çökməsi qalıq mayenin sıxılıb çıxarılması və başqa proseslər nəticəsində maqmatik ərinti və ya məhlul ilə bərk faza arasındakı qarşılıqlı təsirin kəsilməsi. Fraksion kristallaşma diferensial kristallaşma şəklində baş verir. Bu proses təbii ərintilərin (maqmanın) diferensiasiyasının əsas yollarından biridir. Qravitasion çöküntülər Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kristallar
Kristallar — atom və ya molekulları müəyyən nizamlı vəziyyət tutan bərk cisimlərdir. Monokristallar — eyni bir elementar qəfəsin(struktur elementinin) bütün istiqamətlərdə təkrarlanması ilə yaranan kristala deyilir. Bu nizamlı düzülüş kristalın xarici formasında da özünü büruzə verir. Təbiətdə rast gəlinən bütün monokristalları eiementar qəfəsin formasına görə yeddi sinqoniyaya, malik olduqları simmetriya elementlərinin dəstinə görə 32 kristalloqrafik sinifə ayırmaq olar. Monokristalları digər bərk cisimlərdən fərqləndirən əsas əlamət onların fiziki xassələrinin istiqamətdən asılı olmasıdır. Anizotropluq — fiziki xassələrin istiqamətdən asılı olmasına deyilir. Monokristalların elektrik keçiriciliyi , istilik keçiriciliyi, optik xassələri, mexaniki xassələri və s. istiqamətdən asılıdır. Polikristallar — çoxlu sayda kiçik və müxtəlif istiqamətlərdə yönəlmiş monokristallardan yaranmış bərk cisimlərdir. Polikristallardan məsələn metallardan istənilən formalı cisimlər düzəldilir.
Kristallik sipər
Kristallik sipər (rus. кристаллический щит, ing. shield) — platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. "Sipər" termini E. Zyüss (1885), "Kristallik sipər" isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Kristalloqrafiya
Kristalloqrafiya — kristallar və kristallik maddə haqqında elm. Həndəsi, fiziki və kimyəvi kristalloqrafiyaya bölünür. Həndəsi kristalloqrafiya simmetriya və kristallik cisimlərin formaları, fəza qəfəsləri quruluşların həndəsi qanunları haqqında təlimləri birləşdirir. Fiziki kristalloqrafiya kristalların fiziki xassələrini tədqiq edir və kristalların rentgenometriyası və optikası kimi müstəqil sahələrə ayrılır. Kimyəvi kristalloqrafiya kristallik cismlərin kimyəvi quruluşunun kompleks məsələlərini tədqiq edir. Kristalların forma və həndəsi quruluşunun, onların fiziki xassələri və kimyəvi tərkibi ilə əlaqədar məsələlər kristalloqrafiya müstəqil sahəsi olan kristallokimyanın tədqiqat obyektidir. Kristalloqrafiya mineralogiyanın bir qoludur, mineralların forma və daxili quruluşlarını araşdırır. X-şüaları ilə həyata keçirilən quruluş tədqiqatlarında, atom və ya molekulların üç ölçülü tənzimlənməsi araşdırılır. Mineral kristallarında fiziki-kimyəvi olaraq atom və molekulları müəyyən bir qaydada olurlar. Amorf (formasız) kristallarda və ya minerallarda, atomlar və ya molekullar ixtiyari bir sıralanma nümayiş etdirirlər.
Maye kristallar
Maye kristalların növləri
Kristalloqrafik sinqoniya
Kristallik Sinqoniyalar Bütün kristallar 7 sinqoniyaya bölünür: Triklin Monoklin Romb Triqonal Tetraqonal Heksaqonal Kub Bu 7 sinqoniya daxilində 32 sinif ayrılır: Triklin — 2 (monoedr və pikanoid) Monoklin — 3 (domat, sfenoif, prizma) Romb - 3 (rombik piramida, rombik disfenoid, rombik dipiramida) Triqonal - 5 (triqonal piramida, romboedrik, ditriqonal piramida, triqonal trapesoedr, triqonal skalenoedr) Heksaqonal — 7 (triqonal dipiramida, heksaqonal piramida, heksaqonal dipiramida, ditriqonal dipiramida, diheksaqonal piramida, heksaqonal trapesiya, diheksaqonal dipiramida) Tetraqonal - 7 (tetraqonal disfenoid, tetraqonal piramida, tetraqonal dipiramida, tetraqonal skalenoedr, ditetraqonal piramida, tetraqonal trapesiya, ditetraqonal dipiramida) Kub — 5 (pentaqontriteraedr, didodeaker, heksatetraedr, pentaqontrioktaedr, heksaoktaedr) sinifə bölünür. Sinqoniyaların və siniflərinin adlarından göründüyü kimi onlar yuyanca rəqəm və sözlər ile adlandırılmışdır. Dilimizə tərcümə etdikdə: mono — bir, klin — ox, triklin — üç ox, heksaqonal — altı bucaq, tetraedr — dörd üz və s. deməkdir.