kristalloqrafik
Kronştadt
OBASTAN VİKİ
Kristalloqrafiya
Kristalloqrafiya — kristallar və kristallik maddə haqqında elm. Həndəsi, fiziki və kimyəvi kristalloqrafiyaya bölünür. Həndəsi kristalloqrafiya simmetriya və kristallik cisimlərin formaları, fəza qəfəsləri quruluşların həndəsi qanunları haqqında təlimləri birləşdirir. Fiziki kristalloqrafiya kristalların fiziki xassələrini tədqiq edir və kristalların rentgenometriyası və optikası kimi müstəqil sahələrə ayrılır. Kimyəvi kristalloqrafiya kristallik cismlərin kimyəvi quruluşunun kompleks məsələlərini tədqiq edir. Kristalların forma və həndəsi quruluşunun, onların fiziki xassələri və kimyəvi tərkibi ilə əlaqədar məsələlər kristalloqrafiya müstəqil sahəsi olan kristallokimyanın tədqiqat obyektidir. Kristalloqrafiya mineralogiyanın bir qoludur, mineralların forma və daxili quruluşlarını araşdırır. X-şüaları ilə həyata keçirilən quruluş tədqiqatlarında, atom və ya molekulların üç ölçülü tənzimlənməsi araşdırılır. Mineral kristallarında fiziki-kimyəvi olaraq atom və molekulları müəyyən bir qaydada olurlar. Amorf (formasız) kristallarda və ya minerallarda, atomlar və ya molekullar ixtiyari bir sıralanma nümayiş etdirirlər.

Значение слова в других словарях

иммуномодуля́торы нешироко пасть подлова́тость францу́зик беркути́ца дыха́ние карпообра́зные ме́рять трактова́ться bawty doggrel hunt inventorial Kent peregrinate pollute statistical troop drop буза вымарывать вякать досье переустройство рисунок