krol

krol
krokus
kromlex 2021
OBASTAN VİKİ
Krol (İzer)
Krol (fr. Crolles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38140. Kommunanın 2012-ci il üçün əhalisi 8237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1000 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 17 km şimal-qərbdə yerləşir.
Kroliçi adası
Kroliçi adası — Yapon dənizi, Böyük Pyotr körfəzində kiçik bir ada. Yankov yarımadasının şərq sahilindən 280 metr məsafədə, Bezverxovo kəndi yaxınlığında yerləşir. İnzibati cəhətdən Primorsk diyarının Xasan rayonuna aiddir. Adanın cənub-şərq sahilində Kroliçi mayakı quraşdırılıb. Adanın uzunluğu təqribən 400 m, eni 100 m-ə qədərdir. Maksimum hündürlüyü 24,5 m-dir. Bəzi yerlərdə adanı kol-kos basıb. Adanın şimal və qərb sahilləri düzdür və qumlu-çınqıllı çimərliklərdən ibarətdir, şərq və cənub sahilləri isə qayalıdır. Mayak gözətçisi istisna olmaqla, adada daimi əhali yoxdur. Ada məşhur kayak turizm marşrutunun son nöqtəsidir.
Novı Dvor Krolevski
Novı Dvor Krolevski (pol. Nowy Dwór Królewski) — Polşanın mərkəzi hissəsində bir kənddir.