kulon-volt

kulon-volt
kulon-kontur
kulonometr
OBASTAN VİKİ
Volt
1 Volt iki nöqtə arasındakı elə potensiallar fərqidir ki, bu nöqtələrin birindən digərinə 1 Kulon yük verilən zaman görülən iş 1 Coul olsun. Sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi elektrometrlə, elektrik dövrəsinin iki nöqtəsi arasindakı gərginlik düşgüsü voltmetrlə ölçülür. Elektrik gərginliyi və ya sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi, q yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamani sahə qüvvələrinin gördüyü işin bu yükün miqdarına olan nisbətinə deyilir U=A/q.
Kulon qanunu
Kulon qanunu – sükunətdə olan yüklü iki nöqtəvi cismin vakuumda qarşılıqlı təsir qüvvəsi onların yüklərinin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qanunu 1785-ci ildə fransız alimi Şarl Kulon kəşf etmişdir. Şarl Kulon ilk dəfə bu qanunu burulma tərəzisinin köməyi ilə tapmışdır. == Düstur == F = k C | q 1 | | q 2 | r 2 {\displaystyle F=k_{C}{\frac {|q_{1}||q_{2}|}{r^{2}}}} Burada: F {\displaystyle F\ } qüvvət, q 1 {\displaystyle q_{1}\ } birinci kütlənin yükü, q 2 {\displaystyle q_{2}\ } ikinci kütlənin yükü, r {\displaystyle r\ } aralarındaki məsafə, k {\displaystyle k\ } tərs mütənasiblik əmsalıdır.
Şarl Kulon
Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736 − 23 avqust 1806) – fransız hərbi mühəndisi, fizika alimi. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılmışdır. Şarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, dövlət məmuru ailəsində anadan olmuşdur. Saray əyanları üçün nəzərəd tutulan, o dövrün ən tanınmış məktəbində "Dörd millət kolleji"ndə ("Mazarani" kolleci) təhsil almışdır. Bu məktəbi bitirdikdən sonra 1760-cı ilin fevralında imtahan verərək, XVIII əsrin ən yaxşı məktəblərindən olan Mezyeredəki hərbi-mühəndis məktəbinə daxil olur. Həmin məktəbi 1761-ci ildə bitirir və leytenant rütbəsini alır. Bundan sonra o Brest şəhərinə göndərilir. Orada o kartoqrafik işlərlə məşğul olur. Sonra bir neçə il Kulon Fransaya mənsub olan, Martinka adalarında yerləşən hərbi-mühəndis hissələrdə xidmət edir.
Alessandro Volt
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası – 5 mart 1827[…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır.
Elektron volt
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Volt Disney
Volt Disney (ing. Walt Disney; 5 dekabr 1901[…], Çikaqo, İllinoys[…] – 15 dekabr 1966[…], Berbank, Kaliforniya) — ABŞ cizgiçi, rejissor, rəssam və prodüseri. The Walt Disney Company və Walt Disney Picturesin banisi. Volt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açmışdır. 1919-cu ildən etibarən Kanzas Siti şəhərində karikatura rəssamı işləmişdir. Daha sonralar Disney reklam kampaniyasına daxil olmuş və burada Y.Ayverksomla birgə işləməyə başlamışdır. Onlar bir yerdə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək "Gülməyin qramı" adlı film yaratmışlar. Bu formada ilk reklam çarxları fəaliyyətə başlamışdır. Bundan sonra Volt Disney özünün çox da böyük olmayan "Laf-o qramz" adlı şəxsi kompaniyasını yaratmışdır. Volt Disney rəsmlərdən ibarət nağıl filmləri olan "Göyçək Fatma", "Qırmızı papaq", "Çəkməli pişik" və başqalarını böyük ustaqlıqla yaratdı.
Volt Uitman
Volter "Volt" Vitmen (31 may 1819[…] – 26 mart 1892[…]) — Amerikalı şair, oçerkist və jurnalist. Humanist olaraq, həm də transsendentalizm və realizm arasındaki keçidin bir hissəsi idi və öz əsərlərində hər iki görünüşü daxil edib. Vitmen Amerika kanonun ən nüfuzlu şairləri arasında yer alır və çox vaxt sərbəst şer atası adlandırılır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Volt Uitmen
Volter "Volt" Vitmen (31 may 1819[…] – 26 mart 1892[…]) — Amerikalı şair, oçerkist və jurnalist. Humanist olaraq, həm də transsendentalizm və realizm arasındaki keçidin bir hissəsi idi və öz əsərlərində hər iki görünüşü daxil edib. Vitmen Amerika kanonun ən nüfuzlu şairləri arasında yer alır və çox vaxt sərbəst şer atası adlandırılır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Volt Vitmen
Volter "Volt" Vitmen (31 may 1819[…] – 26 mart 1892[…]) — Amerikalı şair, oçerkist və jurnalist. Humanist olaraq, həm də transsendentalizm və realizm arasındaki keçidin bir hissəsi idi və öz əsərlərində hər iki görünüşü daxil edib. Vitmen Amerika kanonun ən nüfuzlu şairləri arasında yer alır və çox vaxt sərbəst şer atası adlandırılır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Kulon (ölçü vahidi)
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir. BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur. == Tərifi == Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur: 1 Kl =1 A·s. Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir: 1 Kl = 1/3600 amper-saat. Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur. Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir. == Tarixi == Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ).
Volt Disney dünyası
Walt Disney World (Volt Disney dünyası) və Disney dünyası kimi adlandırılan Walt Disney World Resort, ABŞ-nin Florida ştatındakı Orlando və Kissimmee şəhərləri yaxınlığında Bay Lake və Lake Buena Vista əyləncə kompleksidir. 1 oktyabr 1971-ci ildə açılan kurort The Walt Disney şirkətinin bir bölməsi olan Disney Parkları tərəfindən idarə olunur. İlk olaraq Walt Disney World Company tərəfindən idarə edildi. Mülk 25,000 acreni (39 kv. mil; 101 km²) əhatə edir , bunun yalnız yarısı istifadə edilmişdir. Kurort dörd tematik park ( Magic Kingdom, Epcot, Disney Hollywood Studios və Disney's Animal Kingdom-dan ibarətdir ), iki su parkı, 27 tematik kurort oteli, doqquz Disney olmayan otel, bir neçə golf kursu, bir düşərgə və digər əyləncələrdən, Disney Springs açıq ticarət mərkəzi də daxil olmaqla məkanlardan ibarətdir. 1960-cı illərdə Walt Disney 1955-ci ildə açdığı Kaliforniyanın Anaheim bölgəsində Disneylendi tamamlamaq üçün hazırlamışdır. "Florida Layihəsi", məlum olduğu kimi, özünəməxsus attraksionları ilə fərqli bir görünüş təqdim etmək üçün nəzərdə tutulmuşdu. Volt Disneyin orijinal planları, yeni şəhərdə yaşayan yeniliklər üçün bir test yatağı olaraq hazırlanması planlaşdırılan bir cəmiyyətin " Sabahın Təcrübəli Prototip Cəmiyyəti " nin (EPCOT) daxil olmasını da çağırdı. Volt Disney, 15 dekabr 1966-cı ildə, kompleksin ilkin planlaşdırılması zamanı öldü.
Ucanq Kulon Milli Parkı
Ucunq-Kulon Milli Parkı — İndoneziya adalarında yerləşən milli park. 1991-ci ildən Dünya irsi siyahısındadır. Ucunq-Kulon Milli parkı Yava adasında yerləşən və düz ərazi halında olan tropik meşələrdən ibarətdir. Nəsli tükənməkdə olan Yava kərgədanının iki həyat sahəsindən biridir. Park Yavanın uzaq qərb bölgəsində yerləşir. Region düzənlik tropik meşələri, bataqlıqlar, manqrovlar və çayırlar ilə əhatəlidir. Yarımadada mərcan adaları və mərcan qayalıqları var. Milli park daxilində vulkanik ada qrupu Krakatoa və Panaytan, Handeuleum adaları və Sunda Boğazındaki Peucanq adası yerləşir. Krakatoa Sakit okean Odlu Qövsünün bir hissəsidir. 1883-cü ildə vulkanik axıntıların, vulkanik küllərin və sunami təsirləri bölgədə faciəvi nəticələrə açıb tərəfindən böyük bir eroziyaya məruz qalmışdır.
Ucunq-Kulon Milli Parkı
Ucunq-Kulon Milli Parkı — İndoneziya adalarında yerləşən milli park. 1991-ci ildən Dünya irsi siyahısındadır. Ucunq-Kulon Milli parkı Yava adasında yerləşən və düz ərazi halında olan tropik meşələrdən ibarətdir. Nəsli tükənməkdə olan Yava kərgədanının iki həyat sahəsindən biridir. Park Yavanın uzaq qərb bölgəsində yerləşir. Region düzənlik tropik meşələri, bataqlıqlar, manqrovlar və çayırlar ilə əhatəlidir. Yarımadada mərcan adaları və mərcan qayalıqları var. Milli park daxilində vulkanik ada qrupu Krakatoa və Panaytan, Handeuleum adaları və Sunda Boğazındaki Peucanq adası yerləşir. Krakatoa Sakit okean Odlu Qövsünün bir hissəsidir. 1883-cü ildə vulkanik axıntıların, vulkanik küllərin və sunami təsirləri bölgədə faciəvi nəticələrə açıb tərəfindən böyük bir eroziyaya məruz qalmışdır.
Volt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı
Amerikalı rəssam-multiplikator, kinoprodüser və "The Walt Disney Company" şirkətinin yaradıcısı Volt Disney öz karyerası ərzində toplam olaraq, iyirmi altı "Oskar" mükafatı əldə edib. Hazırda "Oskar" mükafatını ən çox qazanmış, həmçinin mükafata ən çox namizəd olmuş şəxs rekordu Disneyə məxsusdur. Disney qazandığı və namizəd olduğu bütün "Oskar" mükafatlarını prodüser qismində əldə edib. Disney özünün birinci "Oskar"ını ("Güllər və ağaclar" filminə görə "Ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyasında) və Kinematoqrafiyaya verdiyi töhfələrə görə Akademiyanın xüsusi mükafatını (Mikki Maus personajını yaratdığı üçün) 1932-ci ildə baş tutmuş 5-ci Oskar mükafatı mərasimində əldə edib. Disneyin işləri — "Üç donuz balası", "Tısbağa və Dovşan", "Üç kimsəsiz pişik balası", "Kənd əmioğlusu", "Köhnə dəyirman", "Öküz Ferdinand" və "Çirkin ördək balası" mükafatlandırmanın sonrakı altı mərasimində (6-cı — 12-ci) "Ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyasında qalib olublar. Sonralar Disney Akademiyanın daha üç xüsusi mükafatını qazanıb: birini 1939-cu, ikisini isə 1942-ci ildə. 1954-cü ildə baş tutmuş 26-cı "Oskar" mükafatının təqdimetmə mərasimində Disneyin işləri təqdim edilmiş bütün kateqoriyalarda qalib olublar: "Ən yaxşı qısametrajlı animasiya filmi", "Ən yaxşı qısametrajlı canlı hərəkət filmi", "Ən yaxşı tammetrajlı sənədli film" və "Ən yaxşı qısametrajlı sənədli film". Prodüser Akademiyadan sonuncu mükafatını ölümündən sonra, 1969-cu ildə "Vinni Pux və qayğılar günü" cizgi filminə görə qazanıb. Volt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı — IMDb səhifəsi "Volt Disney" (ingilis). AllMovie.com saytında.