Kultur

die; -, -en 1. nur sg. mədəniyyət, kultur; 2. (Anbau) becərmə; bəsləmə
kultiviert
Kulturabkommen
OBASTAN VİKİ
Fuad Məmmədov (kulturoloq)
Fuad Teyyub oğlu Məmmədov (28 oktyabr 1946, Bakı) — Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı. == Həyatı == Azərbaycan Respublikasının vətəndaşı; 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub; Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru; “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyəsının akademiki; Rusiyanın Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki; “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti; “Mədəniyyət və cəmiyyət” daimi kulturuloji seminarın elmi rəhbəri. “Simurq” Kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyası məsələləri) yaradıcısı və baş redaktoru; “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatı; “Sülh səfiri” və “Mədəniyyət səfiri” Beynəlxalq və Milli fəxri adlarla təltif olunub. Elmi maraqlar dairəsi: milli və beynəlxalq idarəetmə mədəniyyəti; insanın həyatfəaliyyəti mədəniyyəti; dünya mədəniyyəti və sivilizasiyasının tarixi. Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və “Humay” mili mükafatı ilə təltif olunmuş “Kulturologiya” fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünyə mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərməək olar. Prof. F.T.Məmmədov 1990-cu ildən “Mədəniyyət və cəmiyyət” adinda daimi fəaliyyət göstərən kulturuloji seminarın elmi rəhbəridir. 1990 – 2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfransları, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir.
Kultura (Auırqazı)
Kultura (başq. Культура, rus. Культура) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Semenkin): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (98%) üstünlük təşkil edir.
Kultura (Avurğazı)
Kultura (başq. Культура, rus. Культура) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Semenkin): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (98%) üstünlük təşkil edir.
Kultural mühit
Kultural mühit (culture medium) (lat.cultus – yenidən hazırlanma, emal) bitki, heyvan və mikroorqanizm-hüceylərinin yetişdirilməsi üçün in vitro (sınaq şüşəsində, orqanizmdən kənar və ya süni şəraitlərdə) istifadə olunan maye və ya bərk halda qidalı material. Kultural mühit tərkibində qidalı maddələrdən başqa kultura stimullaşdırıcı, məhvedici, toksik, mutagen və ya kanserogen təsir göstərən agentlər saxlaya bilər. Hər bir kultivasiya olunan (yetişdirilən) obyekt üçün xüsusi kultural muhit seçilir. == Mühitin pH-ı == Kultivasiya olunan hüceyrələr mühitin pH-ına çox həssasdırlar. Əksəriyyət hüceyrələr üçün pH-ın optimal qiyməti 7,2–7,4 civarında olur. Natrium hidrokarbonat kultural mühitin "təbii" bufer sistemini tənzimləyir (CO32-/HCO3-); atmosferdə CO2-in 5–10% tərkibdə olmasını tələb edir ki, bu da hüceyrələrin CO2 — inkubatorda kultivasiya zamanı asan yerinə yetirilir. HEPES bufer tutumu 7,2–7,4 pH olan fosfat duzudur. Nəzarət edilməli qaz mühiti tələb etmir, lakin böyük qatılıqlarda bəzi növ hüceyrələr üçün toksik ola bilər. Fenol- qırmızı pH indikatoru kimi istifadə olunur: 7,4 pH-da qırmızı və pH-ın azalması ilə narıncı və ya sarı rəngə qədər dəyişir. Estrogenə həssas hüceyrələrin kultivasiyası üçün fenol-qırmızı olmayan mühitdən istifadə etmək tövsiyə olunur.
Kulturbolşevizm
Kulturbolşevizm və ya mədəni bolşevizm (alm. Kulturbolschewismus‎) — alman mədəniyyətində alman milli ruhuna zərərli və nasional sosializm ideologiyasına uyğun olaraq alman dövlətinə düşmən hesab edilən cərəyanları bolşevizmin və Oktyabr inqilabının təxribatçı təsiri ilə əlaqələndirən termin. == Mənşəyi və əhatə dairəsi == 1920-ci illərdə Almaniyanın sağçı burjua dairələrində yaranmış və 1929-cu ildə dünya iqtisadi böhranının başlaması ilə alman cəmiyyətində geniş yayılmışdır. Bu, nasistlər tərəfindən 1933-cü ildən hakimiyyətə gəldikdən sonra bədii avanqard və modernizmi yatırmaq, sonradan bu cür sənətkarları təqib etmək üçün fəal şəkildə istifadə olunmuşdur. "Baubolschewismus" (tikintidə bolşevizm), "Kunstbolschewismus" (incəsənətdə bolşevizm) terminləri də istifadə edilmişdir. Təsviri incəsənətdə bunun sinonimi "Entartete Kunst" (degeneratuv incəsənət), musiqidə isə "Entartete Musik" (degenerativ musiqi) termini idi. 1930–1950-ci illərdə SSRİ-də, daha sonra isə 1950-ci illərdə müharibədən sonra formalaşmış sosialist ölkələrində oxşar rolu " burjua formalizmi" termini oynamışdır. == İstinadlar == == Ədəbiyyat == Castoriadis, C., Crossroads in the Labyrinth, Harvester Press, 1984, ISBN 978-0-85527-538-9 Williams, R. C. Chapter 5: Bolshevism in the West: From Leninist Totalitarians to Cultural Revolutionaries // Russia Imagined: Art, Culture and National Identity, 1840-1995. Peter Lang. 1997.
Kulturizm
Bodibildinq (ing. body-bədən, building-qurmaq) və ya kulturizm — xüsusi fiziki məşqlər hesabına əzələlərin inkişafı, şişirdilməsi.
Kulturkampf
Kulturkampf (alm. Kulturkampf‎ — "mədəniyyət uğrunda mübarizə") — kansler Otto fon Bismarkın başçılığı ilə Almaniya imperiyası hökumətinin Roma-Katolik kilsəsi üzərində nəzarəti bərqərar etmək uğrunda kəskin mübarizə dövrü. Bu termini ilk dəfə Prussiya dövlət xadimi və alim Rudolf Virxov 1873-cü ildə işlətmişdir. == Tarixi == Almaniyanın birləşdirilməsi nəticəsində vahid ölkədə müxtəlif mədəniyyətlərə sahib, fərqli dinlərə sitayiş edən, bəzən isə bir-biri ilə mübarizə aparan böyük icmalar yarandı. Katoliklər isə əsasən Almaniyanın yeni, cənub vilayətlərində (Bavariyada) yaşayırdılar. Onlar ümumən Almaniya imperiyasının əhalisinin üçdə birini təşkil edirdilər. Dövlət qarşısında birləşmiş Almaniyada böyük icmaya malik katolik kilsəsi ilə münasibətlər məsələsi çox ciddi şəkildə gündəmə gəldi. Bu zəmində Bismarkın Almaniyanın vahid mədəniyyəti uğrunda mübarizəsi başlayır. Prussiya ənənəvi olaraq protestant bölgəsi idi. Ancaq çoxsaylı katolok icması vahid dövlətə narahatlıq yaradırdı.
Kulturologiya
Kulturologiya (lat. cultura, q.yun. λόγος) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elm. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir. Kulturologiya – mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etnoqrafiya, arxeologiya, etika, estetika və s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmiş, müxtəlif dövrlərdə onlardan lazımınca faydalanmışdır. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elm sahəsidir. == Mahiyyəti == Bu gün dünyada kulturologiya elmi haqqında fikirlər mübahisəlidir.
Kulturoloq
Kulturoloq — müəllim müxtəlif ölkələrin sosial-mədəni fəaliyyət sahələri, idarəetmə və mədəni inkişafın milli texnologiyaları, eləcə də bu sahədə beynəlxalq təcrübə barədə dürüst və müfəssəl informasiyaya malik olmalıdır. Universal bilikli mütəxəssislər olan kulturoloqların praktiki iş sahəsi artbiznes, media, reklam və beynəlxalq əlaqələrlə məhdudlaşmamalıdır. Kulturoloqun praktiki işi dövlət və ictimai həyatın geniş sosial-mədəni fəaliyyət sahəsini əhatə etməlidir. Universal kulturoloji biliklərə istinadən, kulturoloq tədqiqat, təhsil, maarif məsələlərini həll etməyi bacarmalı, sosial-mədəni həyat fəaliyyətinin tərəqqipərvər texnologiyalarına istiqamətlənən inkişafın innovasiyalı modellərini hazırlamalı, investisiya siyasətini düzgün formalaşdırmalı, mədəniyyətin inkişafını idarə etməlidir. Dövlətin beynəlxalq nüfuzunun, onun sivil dünya birliyinə inteqrasiyasının möhkəmlənməsinə yardım edən, ölkənin xarici mədəni siyasəti də kulturoloqun diqqət mərkəzində olmalıdır.
İlqar Hüseynov (kulturoloq)
İlqar Həsrət oğlu Hüseynov — Azərbaycanda "Tətbiqi kulturologiya" elminin yaradıcısı, "Kulturologiya tarixi" elminin banisi, kulturologiya üzrə mütəxəssis, kulturologiya elmləri doktoru, professor. İlqar Həsrət oğlu Hüseynov 1965-ci il fevalın 14-də Lerik rayonunda anadan olmuşdur. 1982–1988-ci illərdə ADİİ-də (indiki ADMİU) ali təhsil almışdır. O, təhsil müddətində Nizami Gəncəvi adına təqaüd almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. İ. Hüseynov əmək fəaliyyətinə 1988-ci ildə başlamış, 1993-cü ilə qədər universitetin klub müdiri, 1989–1993-cü illərdə saathesabı müəllım, 1993-cü ildən bu günə qədər tam ştat müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Pedaqoji fəaliyyəti dovründə 1000-ə yaxın müxtəlif mövzularda elmi-kütləvi tədbirlərin təşkilatçısı və ssenari müəlifi olmuşdur. Bu tədbirlərin əksəriyyəti mətbuatda və kütləvi-informasiya vasitələrində geniş işıqlandırılmışdır. Yaxşı işinə görə dəfələrlə universitetin rəhbərliyi tərəfindən təşəkkürə layiq görülmüş, fəxri fərman, diplom və ADMİU-nun yubiley medalları və döş nişanı ilə təltif edilmişdir. 1994–2000-ci illərdə ADMİU-nun tələbə elmi cəmiyyətinin sədri olmuşdur. 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Dövlət Mədəniyyət Akademiyasında pedoqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Əyləncə-oyun ünsiyyətinin tərbiyə potensialının realizə edilməsi" adlı dissertasiya müdafiə etmişdir.
Əliyeva Yeganə (kulturoloq)