Milan Kundera
Milan Kundera (çex. Milan Kundera; 1 aprel 1929[…], Kralovo Pole[d], Çexoslovakiya – 11 iyul 2023[…], VII arondisman (Paris)) — Çexiya yazıçısı.
Milan Kundera 1 aprel 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub.1968-ci il hadisələrinin fəal iştirakçısı olub. 1975-ci ildən Fransada yaşayıb. 11 iyul 2023-cü ildə vəfat edib. Kundera 1975-ci ildə Fransaya sürgünə gedib, 1981-ci ildə vətəndaşlıq alıb. Onun Çexoslovakiya vətəndaşlığı 1979-cu ildə ləğv edilib, lakin 2019-cu ildə ona Çexiya vətəndaşlığı verilib.
M. Kundera yaradıcılığa şair kimi başlayıb. "İnsan: Böyük bağ"(1953), "Sonuncu may"(1955), "Monoloqlar"(1957) adlı poetik toplularını nəşr etdirib. 1962-ci ildə "Açarların sahibləri" adlı pyesini yazıb.