Milan Kundera (çex. Milan Kundera; 1 aprel 1929[1][2][…], Kralovo Pole[d], Çexoslovakiya[7] – 11 iyul 2023[3][4][…], VII arondisman (Paris)[8]) — Çexiya yazıçısı.
Milan Kundera | |
---|---|
çex. Milan Kundera | |
Doğum tarixi | 1 aprel 1929[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 iyul 2023[3][4][…] (94 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | yazıçı, ssenarist, tərcüməçi, roman yazıçısı, dramaturq, universitet müəllimi[d], şair, dramaturq, esseist, nasir |
Fəaliyyət illəri | 1953–2023 |
Əsərlərinin dili | çex dili[9], fransız dili[9] |
Janrlar | roman, hekayə, esse, teatr pyesi, şeir |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Milan Kundera 1 aprel 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub.1968-ci il hadisələrinin fəal iştirakçısı olub. 1975-ci ildən Fransada yaşayıb. 11 iyul 2023-cü ildə vəfat edib. Kundera 1975-ci ildə Fransaya sürgünə gedib, 1981-ci ildə vətəndaşlıq alıb. Onun Çexoslovakiya vətəndaşlığı 1979-cu ildə ləğv edilib, lakin 2019-cu ildə ona Çexiya vətəndaşlığı verilib.
M. Kundera yaradıcılığa şair kimi başlayıb. "İnsan: Böyük bağ"(1953), "Sonuncu may"(1955), "Monoloqlar"(1957) adlı poetik toplularını nəşr etdirib. 1962-ci ildə "Açarların sahibləri" adlı pyesini yazıb. Həmin vaxt nəsrlə ciddi məşğul olan Milan Kunderanın novellaları, romanları və esseləri müəllifə böyük şöhrət qazandırıb. "Gülməli əhvalat" (1963–1968) novellalar toplusu, "Zarafat" (1965), "Burda olmayan həyat" (1973), "Gülüş və yaddaş kitabı" (1978), eyni zamanda "Mövcudluğun dözülməz yüngüllüyü", "Ölməzlik", "Arxayınlıq" romanları onu dünya ədəbiyyatının nəhəng simaları sırasına çıxarıb.
M. Kundera nəzəriyyəçi kimi də çox məşhurdur. O, yazdığı esselərində öz romanları barədə mülahizələrini söyləyir. Oxuculara təqdim elədiyimiz bu esseni müəllif "romanlarında olan başlıca sözlər və roman estetikasının başlıca sözləri" adlandırıb.