Kutilər
Kutilər və ya qutilər – b.e.ə.2202/2201-ci ildən b.e.ə. 2109-cu ilədək Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfa ittifaqlarından biri.
== Kuti dili ==
Kuti dilinin mənşəyi barədə dəqiq fikir söyləmək mümkün deyil. Elamşünaslığın yaradıcılarından olan Q.Hüsing İran dağlıq yaylasının qərbində və mərkəzində məskunlaşan xalqların (elamlıların, lullubilərin, qutilərin və kassilərin) eyni dil ailəsinə mənsub olduqlan fikrini irəli sürdü. Sonralar bu fikir digər nüfuzlu alimlər tərəfindən qəbul olundu və bu dil ailəsini şərti olaraq “Zaqro-Elam”, “Kaspi” və ya “Kaspi-Elam” adlandırmaq təklif olundu. 1944-cü ildə İ.Gelb bu dillərin Subartunun hurrilərə qədərki əhalisinin dili ilə qohum olduğu fikrini irəli sürdü. İ.Konteno kuti dilinin Kiçik Asiyanın ölü dilləri ilə qohumluğunun tərəfdarı idi. 1960-cı illərdə U.Henning “Kuti” etnonimini kuçi (İrandilli toxarlara verilən ad) tayfa adı ilə eyniləşdirməyi təklif etdi. Sovet və Rusiya tarixşünaslığında kuti dilini Şimal-şərqi Qafqaz dil qrupuna aid etmişlər. Güman olunur ki, kutilərin dil qalıqlan hazırda Azərbaycan və Gürcüstanda yaşayan udinlərin dilində qorunub saxlanmışdı.