kvarklar
kvarsit
OBASTAN VİKİ
Kvars
Kvars (SiO2) — Triqonal sinqoniya – aşağı temperaturlu (573°C-dək) –a -kvars; Heksaqonal sinqoniya – yüksək temperaturlu (573–870°C) –b -kvars. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. α - kvars β - kvars – 573°C çevrilməsi enantiotropdur. Silisium oksidinin təbiətdə ən geniş yayılmış modifikasiyası olan α - kvars adətən sadəcə kvars (K) adlanır. == Növ müxtəliflikləri == Morfologiyasına görə: hökmdar əsası şəkilli K, Vavilon K, ulduzvari K, «K papaqda» və b.; rənginə görə: ametist, sitrin, morion, xrizopraz və b.; marşalit – narın tozvari K. == Xassələri == Rəng – adətən rəngsiz, südlü-ağ, boz; müxtəlif rəngli şəffaf və yarımşəffaf kvarsların bir sıra növ müxtəlifliklərinin xüsusi adları vardır: dağ bülluru; marmaroş diamantı – rəngsiz su kimi şəffaf K; ametist – bənövşəyi K; sitrin – sarı K, morion – qara K. Kvarsın başqa mineral qarışıqları ilə əlaqədar olan alloxromatik növ müxtəliflikləri: prazem –aktinolit və ya xloritin narın möhtəvilərini saxlayan yaşıl K; avantürin – mika, hötit və ya hematit möhtəviləri ilə əlaqədar olan sayrışan qızılı çalarlı sarımtıl, yaxud qonuru-qırmızı K; pişik gözü – asbest möhtəviləri ilə əlaqədar olan ipək parıltılı yaşıl K; pələng gözü – amfibol-asbest və hötit möhtəviləri saxlayan qızılı çalarlı tünd-qonur K; şahin gözü–krokidolit möhtəviləri olan göyümtül K; Mineralın cizgisinin rəngi – ağ, rəngsiz; Parıltı – şüşədən (iri kristallik K) donuqadək (gizlikristallik K), bəzən ipəyi (pələng gözündə); Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq –2,65; Sərtlik –7;{1010} üzlərində {0001} üzlərinə nisbətən yüksəkdir; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qabıqvari; Başqa xassələr – pyezoelektrikləşmə və ultrabənövşəyi şüaları buraxmaq qabiliyyəti ilə səciyyələnir; Morfologiya – kristallar: adətən üfqi istiqamətdə cizgilənmiş prizmatik, romboedrik, nisbətən az dipiramidal, bəzən skelet-kristallar; Trapesoedr (5161) və dipiramida (1121) üzlərinin tutduqları mövqedən asılı olaraq sağ və sol kvarslar ayrılır; İkiləşmə: çox tez-tez müşahidə olunur; 20-ə yaxın müxtəlif qanunlar üzrə ikiləşmələri məlumdur; Ən geniş təzahür edən dofiney, braziliya və yapon ikiləşmələridir; kombinasiya edilmiş ikiləşmə də rast gəlir; Mineral aqreqatları: dənəvər (kobud çubuqvaridən gizlikristallikədək), incəlifli, torpaqvari kütlələr, sızmalar, sferolitlər, tez-tez druzalar, müxtəlif minerallar və üzvi qalıqlar üzrə psevdomorfozalar. K üçün başqa minerallarla, məsələn çöl şpatları ilə, qanunauyğun bitişiklər (yəhudi daşı, yaxud «yazılı qranit» və b.) səciyyəvidir. == Mənşəyi və yayılması == Təbiətdə ən çox yayılmış poligen mineraldır.b -kvars yüksək temperaturlu turş maqmatik süxurların süxur əmələgətirən mineralı olub, qranitlərdə, qranodioritlərdə, riolitlərdə geniş yayılmışdır. Müxtəlif şəraitlərdə əmələ gələn kvarsa bir çox püskürmə, metamorfik və çökmə süxurlarda rast gəlinir. Kvarsın nəhəng, kütləsi 70 tona çatan kristalları peqmatitlər üçün səciyyəvidir. Müxtəlif filiz yataqlarında geniş yayılmış hidrotermal K onların çoxunun əsas damar mineralıdır.
Kvarsit
Kvarsit – gözlə və ya zərrəbin altında seçilən, kvarsdan təşkil olunmuş, kvars materialı ilə də sementləşmiş dənəvər süxur Geoloji praktikada, demək olar ki, sırf silisium oksidindən (kvars və opal – xalsedon – kvars qarışığı) təşkil olmuş, sıx və bərk süxurlar kvarsit adlandırılır. == Yaranması == Kvarsit kvars qumdaşları və bəzi maqmatik süxurlarin (porfirlər) metamorfizmə uğraması nəticəsində əmələ gəlir. Massiv kvars qumdaşları, habelə aşınma qabıqlarında rast gələn metasomatik mənşəli (hipergen kvarsitlər) dənəvər kvars süxurları da bəzən kvarsit adlanır. Mis kolçedanı yataqlarının oksidləşməsilə bağlı hipergen kvarsit digər süxurlar arasında aydın seçildiyindən, bu fliz üçün axtarış əlamətidir. Güman edilir ki, habelə hidrotermal məhlullarla dəniz dibinə çıxarılan silisium oksidi də, başqa komponentlər (Fe, Mn və b.) iştirak etmədikdə, çox vaxt mikrokvarsitlər adlanan kvarsit linzalarının əmələ gəlməsinə səbəb olur. Kvarsit tikintidə və turşuya davamlı material, əsasən xammal kimi odadavamlı kərpic (dinasin) istehsalında və metaləritmə sənayesində flüs kimi istifadə olunur. == Tərkibi == 100–450 mpa xüsusi kütləsi, orta hesabla 2,6 q/sm³ sıxlıq, orta hesabla 2,68 q/sm³ uzunömürlüyü — 150–300 il == Dəmirli kvarsitlər == Dəmirli kvarsitlər dərin metamorfizmə uğramış kvarslı-dəmirli çöküntülərdir və ya vulkanogen-çökmə süxurlardır. Kembriyəqədər süxurlar içərisində geniş yayılmışlar. Aydınlaylı, adətən incə zolaqlı kvars, silikat-maqnetitli və ya hematitli süxurlarla təmsil olunmuşdur. Ayrı-ayrı nazik laycıqlarda (0,1–20 mm) hər hansı bir mineral (kvars, maqnetit və ya martit, hematit, xlorit, serisit, biotit, amfibol və başqa) miqdarca üstünlük təşkil edir.

Значение слова в других словарях