kvazar

kvazar
kvazaq
kvazi
OBASTAN VİKİ
Kvazar
Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir. Kəşf olunan ilk kvazarlar 3C 48 və 3C 273 kvazarları olmuşdur. Kvazarlar bizdən milyardlarla işıq ili uzaqlığında olan qalaktikaların mərkəzlərində yerləşirlər. Bir kvazarın parlaqlığı bütöv bir qalaktikanın parlaqlığından çoxdur və bir kvazar Günəşdən 1 trilyon dəfə daha parlaqdır. Kvazarların mərkəzlərində superkütləli qara dəliklər yerləşir. Bu obyektlər inanılmaz dərəcədə çox enerji yayırlar.4 milyard ildən sonra Süd Yolu və Andromeda qalaktikalarının toqquşması zamanı onların mərkəzlərində olan superkütləli qara dəliklər də toqquşacaqlar. Bu zaman böyük ehtimalla, Süd Yolunun mərkəzində bir parlaq kvazar əmələ gələcəkdir. Kvazar termini "quasi-stellar radio source" yarı ulduz (ulduza oxşar) radio mənbəyi mənasını verir, bunun səbəbi 1950-ci illərdə aparılmış müşahidələrdə bu obyektlərin mənşəyi bilinməyən radio şüalanma mənbələri kimi kəşf edilməsi və vizual oblastda fotoqrafik müşahidələr zamanı zəif parıltılı ulduza oxşar işıq nöqtələrinə bənzədilmələridir. Habbl kosmik teleskopu vasitəsilə aparılmış müşahidələr zamanı kvazarların qalaktikaların mərkəzində meydana gəldiyi, bəzi kvazarların isti qalaktikalarla güclü qarşılıqlı təsirdə olduğu və ya qalaktikaları birləşdirdiyi meydana çıxdı. Kvazarlar çox geniş məsafə aralığında aşkar edilir və kvazarların kəşf araşdırmaları göstərir ki, kvazarların yaranması daha çox uzaq keçmişdə baş vermişdir.
Kvazarlar

Значение слова в других словарях