Lamiyə Hacı Bəşər
Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür.
== Həyatı ==
Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir. Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir.
Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.