kəhrə

kəhrə
kəhkəşan
kəhrəba
OBASTAN VİKİ
Kəhrəba
Kəhrəba — qiymətli daş.
Kəhrəba turşusu
Kəhrəba turşusu (butandion turşusu, etan-1,2-dikarbon turşusu) – ikiəsaslı doymuş karbon turşusudur. Ağ rəngli kristallar olub, suda və spirtdə həll olur, butun bitkilərin tərkibində, kəhrəbada az miqdarda vardır. Bitkilərin boy artımını ctimullaşdırır və məhsuldarlığı artırır, qarğıdalının inkişaf etməsini sürətləndirir. Ilk dəfə kəhrəba turşusunu XII əsrdə kəhrəbanın birbaşa qovulmasından almışlar. Sənayedə isə kəhrəba turşusu, əsas etibarı ilə, malein anhidridinin hidrogenləşdirilməsindən alınır. Kəhrəba turşusunun duzu və efirləri suksinatlar (lat. Succinum – kəhrəba) aşlandırılır. == Xassələri == === Orqanoleptik xassələri === Kəhrəba turşusu ağ kristalar olub, zəif və yüngul duzlu-acıtəhər dada malikdir [2]. === Fiziki xassələri === Ərimə temperaturu 183oC, qaynama temperaturu 235 oC-dir. 235oC-dən yuxarı temperaturda özündən Н2О ayırır və kəhrəba anhidridinə çevrilir.
Kuci Kəhrəba Muzeyi
Kuci Kəhrəba Muzeyi (久慈琥珀博物館, Kuci Kohaku Hakubutsukan) – Yaponiyanın İvate prefekturasının Kuci şəhərində yerləşən və kəhrəbaya həsr olunmuş muzey. Muzey ekspozisiyasına kəhrəbalar, nadir əşyalar, kəhrəba içərisində qalmış fosillər, arxeoloji və tarixi materiallar daxildir. Yaponiyanın yeganə kəhrəba muzeyidir. == Tarixi == Kuci regionu Yaponiyada ən böyük kəhrəba istehsalçısı kimi tanınır. Kuci kəhrəbası Gec Təbaşir dövrünə aid edilir və qədim dövrlərdən etibarən Yaponiyada hasil edilir. Regionda hasil edilmiş kəhrəbalarda fosillər və yeni növlər aşkarlanır. Muzey 1984-cü ildə "Kuji Amber" şirkəti tərəfindən açılmışdır. 2024-cü ildə muzeyin 40 illiyi münasibətilə "Böyük kəhrəba sərgisi" adlı xüsusi sərgi keçirilmiş, içərisində cücü fosili olan 40 kəhrəba nümayiş etdirilmişdir. == Ekspozisiya == Muzey qədim zamanlardan etibarən kəhrəba hasilatı ilə məşğul olan Kuci şəhərində, Osavada çayının sahilində yerləşir və Yaponiyada kəhrəbaya həsr olunmuş yeganə muzeydir. Muzey əsas və yeni bina olmaqla iki ayrı binadan ibarətdir.

Значение слова в других словарях